Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-557/2025 11.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 iştirakı ilə, xx.xx.1979-cu ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Biləsuvar rayonu Aşağı-Cürəli kəndində qeydiyyatda olan və yaşayan X4 barəsində Biləsuvar rayon PŞ-in polis serjantı X5 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarından X6 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Biləsuvar rayon PŞ-in polis serjantı X5 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati qərardan şikayət vermiş şəxs X6 bildirmişdir ki, 23 iyun 2025-ci il tarixdə Mersedes markal BENZ E220 CDİ avtomaşınını Biləsuvar şəhərində idarə edərkən yol polisi onu saxlayıb bildirmişdir ki, svetoforun qırmızı işığında avtomaşını saxlamadan keşmiş, bununla da inzibati xəta hadisəsini törətmişdir. Halbuki, həmin vaxt Mersedes markal BENZ E220 CDİ avtomaşınını idarə edərkən yol hərəkəti qaydasını pozmamışdır. Belə ki, polis əməkdaşı onun yol hərəkəti qaydasını pozmasına dair hər hansı sübut təqdim etməmişdir. Lakin buna baxmayaraq polis əməkdaşı tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar qəbul edilmişdir. Hesab edir ki, adı çəkilən qərar qəbul olunarkən İXM-nin 3,4,5,6,7,8 və 12-ci maddələrinin tələbləri pozulmuşdur. Ona görə də X1 rayon PŞ-in polis serjantı X5 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Biləsuvar rayon PŞ-nin YPX-nin inspektoru polis serjantı X7 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və inzibati qərardan şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, Biləsuvar rayon PŞ-nin yol patrul xidmətinin inspektoru polis serjantı X5 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsinə dair X6 tərəfindən verilmiş şikayət təmin edilməlidir. Belə ki, işdə olan Biləsuvar rayon YPX inspektoru, polis serjantı X5 tərtib etdiyi xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərardan görünür ki, X6 İXM-in 327.2-ci maddəsi ilə inzibati xətanın törədilməsinə görə 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 31.1 və 31.2-ci maddəsinə görə inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 135.1.1 və 135.1.6-cı maddələrinin tələblərinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühim əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında qərarın dəyişdirilməsi və ləğv edilməsi üçün əsaslardandır. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Biləsuvar rayon YPX inspektoru, polis serjantı X5 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsinə dair X6 tərəfindən verilmiş şikayət təmin edilməli, xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar ləğv edilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın mötəbərliyinə dair hər hansı sübut təqdim edilməmişdir. İXM-in 8-ci maddəsinin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilməlidir ki, İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: X4 şikayəti təmin olunsun. Biləsuvar rayon YPX inspektoru, polis serjantı X5 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı ləğv edilsin. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X9 Əsli ilə düzdür. X9
Məhkəmə qərarları › İş №3(022)-557/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-557/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver