Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-558/2024 08.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X6, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin YPXnin baş inspektoru, polis baş leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1981-cı ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Biləsuvar şəhəri S.Vurğun küçəsi ev 80-də qeydiyyatda olan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2024-çu il tarixda saat 15 radələrində idarə etdiyi Ranc Rover markalı **- GM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Biləsuvar şəhərində hərəkədə olan zaman qarşıdan gələn Tofaş markalı avtomobili gözləməyib sola dönmə manevri edərək toqquşmuşdur. Nəticədə Tofaş markalı avtomobildə olan sərnişin xəsarət almışdır. Buna görə də Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin YPX-nin baş inspektoru, polis baş leytenantı X9 göstərdi ki, Şəxs xx.xx.2024-çu il tarixda saat 15 radələrinda idara etdiyi Ranc Rover markalı **-GM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Biləsuvar şəhərində hərəkədə olan zaman qarşıdan gələn Tofaş markalı avtomobili gözləməyib sola dönmə manevri edərək toqquşmuşdur. Nəticədə Tofaş markalı avtomobildə olan sərnişin xəsarət almışdır.Hadisə yerinə baxış keçirilmiş, baxış keçirilməsi barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək toplanmış materiala əlavə olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək göstərdi ki, özünə məxsus Ranc Rover markalı **-GM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olsa da, sürücüsü X3 verdiyi etibarnamə əsasında idarə edir.Lakin xx.xx.2024-çu il tarixda saat 15 radələrində şəxsi işi ilə əlaqədar olaraq Ranc Rover markalı **-GM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Biləsuvar şəhərində «Saat dairəsi» adlanan yerdən mal bazarı adlanan məhəllədə yerləşən evinə gedən zaman qarşıdan gələn Tofaş markalı avtomobili gözləməyib sola dönmə manevri edərək toqquşmuşdur.Nəticədə Tofaş markalı avtomobildə olan bir nəfər qadın sərnişin xəsarət almışdır.Buna görə də Təcili Tibbi yardım avtomobili ilə onu xəstəxanaya yola salmışlar.Odur ki, barəsində yungül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxsnun inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 332.4-cü maddəsi ilə tövsif olunmuşdur. İşdə olan 30 may 2024-cü il tarixli 688 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, müayinə nəticəsində Şəxs hadisə baş verən zaman sərxoşluğun olması müəyyən edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsin 239 saylı ekspert rəyindən görünür ki, X1 üst dodağın sağ yarısının selikli qişasında əzilmiş yara, üst çənədə sağ üçüncü dişin travmatik sınığı, sol gözaltı nahiyyədə sıyrıq, sol diz oynağında hematoma və hərəkət məhtudluğu müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsin 237 saylı ekspert rəyindən görünür ki, X2 hər hansı bir xəsarət müəyyən olunmamışdır. İş materiallarında olan «cinayət işi başlanmasının rədd edilməsi haqqında» Biləsuvar RPŞ-nin İB-nin baş müstəntiqi polis mayoru X5 17 iyun 2024-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxsnun şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsini iş üzrə məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona İXM-in 332.4-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X15
Məhkəmə qərarları › İş №3(022)-558/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-558/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver