Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-559/2024 09.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Rəsulova Mədinə Camal qızının sədrliyi, məsləhətçi Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi X3, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, məhkəmə, xx xxxx 1987-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, boşanmış, himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, ünvan 1 ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Biləsuvar rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(022)-86/2024 saylı icra sənədinə əsasən Şəxs hər ay X2 və X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 09 iyul 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 bildirdi ki, Biləsuvar rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(022)-86/2024 saylı icra sənədinə əsasən Şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay X2 və X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 260 manat sabit pul məbləğində aliment ödənilməlidir. İcra sənədi 08 aprel 2024-cü ildə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və borclu Şəxs həmin qətnamənin icrasına dair bildiriş göndərilsə də, həmin bildirişin borcluya təqdim edilib-edilməməsi barədə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə heç bir məlumat daxil olmamışdır. 08 aprel 2024-cü il tarixdə, icra sənədinin icrası ilə bağlı Şəxs yaşadığı ünvana poçt vasitəsilə xəbərdarlıq məktubu göndərərək, borcunu ödəməsini tələb etmişdir. Lakin həmin xəbərdarlığın Şəxs təqdim edilib-edilməməsi barədə poçt orqanı ona heç bir məlumat verməmişdir. Buna görə də o, Şəxs Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə dəvət edərək, ona icra sənədinin icrası ilə bağlı xəbərdarlıq məktubunu şəxsən təqdim etmiş və icra sənədinin icrasını tələb etmişdir. Həmin vaxt Şəxs icra sənədi üzrə cəmi 103 manat ödəniş etdiyini ona bildirmişdir.Hazırda həmin şəxsin tələbkara ödənilməmiş aliment borcu 1040 manat təşkil edir. Tələbkar isə borclunun borcunu tam şəkildə ödəməsini tələb edir. Sonda, İ.İ.Əzizov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi barədə xəbəri olduğunu bildirdirərək, tam şəkildə ödəniş etməməyinə səbəb maddi imkanının olmadığını bildirdi. Həmçinin o, tələbkara olan borcundan cəmi 103 manat ödəniş etdiyini bildirdi.Bundan əlavə Şəxs aliment borcunu birdəfəlik deyil, iki ay ərzində tələbkara ödəyə biləcəyini bildirdi. Sonda, Şəxs tələbkarla aralarında razılığa gəldiklərindən barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(022)-86/2024 saylı qətnaməsinə əsasən Şəxs onun xeyrinə hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 260 manat sabit pul məbləğində aliment ödəməlidir. Lakin borclu ona qarşı olan öhdəliyini tam icra etməmişdir. Borclu hazırda qanunla müəyyən edilmiş öhdəliyini icra etsə də aliment sənədi üzrə borcu 1040 manat təşkil edir. Borclu alimenti hissə-hissə az miqdarda ödəyir. Buna görə uşaqların saxlanmasında çətinlik çəkir. Məhkəməyə ərizə təqdim edərək borclu ilə aralarında razılığa gəldiklərini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Biləsuvar Rayon Məhkəməsinin 28 mart 2024-ci il tarixli, 2(022)-86/2024 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 08 aprel 2024-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borcluya bildiriş ünvanlanmışdır. Həmin bildiriş Şəxs tərəfindən 24 aprel 2024-cü il tarixdə təhvil alınmışdır. Borclu şəxsin 09 iyul 2024-cü il tarixli izahatından görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs 103 manat məbləğində pul ödənilmişdir. Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş 09 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tələbkara hazırda 1040 manat ödənilməmiş aliment borcu var. Tələbkar Zərərçəkmiş şəxs 09 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə onunla razılığa gəlmişlər və icraata xitam verilməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən gələcəkdə ödənişlər etməkdən imtina etməməsi onun qərəzli olaraq məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmadığını göstərir. Həmçinin qeyd edilən hallar icra məmuru, tələbkar və özünün izahatı, eləcə də tələbkarın məhkəməyə təqdim etdiyi razılıq ərizəsi ilə də təsdiq olunur. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-559/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-559/2024
09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver