Məhkəmə qərarları › İş №3(022)-561/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-561/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-561/2024 16.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X5, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 481-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində İXM-in 481-ci maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. 09 iyul 2024-cü il tarixli 01200-00354/24 nömrəli EP № ******* inzibati xəta haqqında protokola əsasən Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və təhgigat şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 04 may 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsi, Rəsmiləşdirmə mərkəzi 1-ci bölmədə İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi “VOLVO" markalı, 45AB721/45AB722 dövlət geydiyyat nişanlı yük avtomobili ilə gələn İran İslam Respublikası vətəndaşı X1 Ebrahımın idarə etdiyi yük avtomobili gömrük yoxlaması məgsədilə yoxlama qrupuna göndərilmişdir. Yoxlama qrupuna göndərilən nəqliyyat vasitələrinin çoxluğu və növbəlilik prinsipi nəzərə alınaraq həmin nəqliyyat vasitəsinə xx.xx.2024-cü il tarixdə gömrük yoxlaması tətbiq edilmişdir. 05 may 2024-cü il tarixdə hal şahidləri dəvət edilərək daxil olmuş əməliyyat məlumatına əsasən yük avtomobili əsaslı yoxlanılmışdır. Yoxlama başlamazdan əvvəl X1 Ebrahim gömrük əməkdaşı tərəfindən idarə etdiyi yük avtomobilində hər hansı gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməli predmetlərin olubolmaması barədə şifahi sorğu-sual edilmişdir. O, isə öz növbəsində idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilmiş və 4759 saylı CMR-də, xx.xx.2024-cü il tarixli, 403/04 nömrəli invoysda və xx.xx.2024-cü il tarixli. **********5097 nömrəli qısa idxal bəyannaməsində göstərilmiş yüklərdən əlavə bəyan ediləsi hər hansı bir predmetin olmamasını bildirmişdir. Bundan sonra gömrük nəzarəti məgsədi ilə İran İslam Respublikası vətəndaşı X1 Ebrahımın idarə etdiyi “VOLVO” markalı, 45AB721/45AB722 qeydiyyat nişanlı yük avtomobilinin yoxlanması zamanı avtomobilin yük yerində olan yüklərin 4759 saylı CMR-də, xx.xx.2024-cü il tarixli, 403/04 nömrəli invoysda və xx.xx.2024-cü il tarixli, **********5097 nömrəli qısa idxal bəyannaməsində qeyd olunan yüklərlə eyniləşdirilməsi aparılmışdır. Eyniləşdirmə zamanı “VOLVO” markalı, 45AB721/45AB722 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerində olan 4759 saylı CMR-də xx.xx.2024-cü il tarixli, 403/04 nömrəli invoysda və xx.xx.2024-cü il tarixli, **********5097 nömrəli qısa idxal bəyannaməsində göstərilən 20650 kq “keşniş toxumu” yükünün 20055 kq hissəsinin bəyan edilmiş yüklə eynilik təşkil etdiyi, 595 kq hissəsinin “soğan toxumuna oxşar” toxum yükü olduğu məlum olmuşdur. Beləliklə, 595 kq “soğan toxumuna oxşar” toxum yükünün Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə keçirilməsi ehtimalına gətirmişdir. Bununla da Şəxs tərəfindən İXM-in 481-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(022)-561/2024 saylı qərarından görünür ki, X6 İXM-nin 481-ci maddəsi ilə təqsirli bilinərək 595 kq soğan toxumunun 14875 manat dəyərinin 40 faizi miqdarında, yəni 5950 manat məbləğdə inzibati cərimə tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Yusibova X2 rayon məhkəməsinin 24 iyul 2024-cü il tarixli 3(022)-561/2024 saylı qərarından apellyasiya şikayəti vermişdir. Şəxs Himbət qızı şikayətini onunla əsaslandırmışdır ki, inzibati xətanın bilavasitə obyekti «soğan» toxumu deyil, «kəvər» toxumu olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(106)-397/2024 saylı qərarı ilə Şəxs Himbət qızı tərədindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Biləsuvar rayon məhkəməsinin 24 iyul 2024-cü il tarixli 3(022)-561/2024 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraat materialları qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunan halların araşdırılması məqsədi ilə yenidən baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(106)-397/2024 saylı qərarında göstərilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi 4759 saylı CMR-də xx.xx.2024-cü il tarixli, 403/04 nömrəli invoysda və xx.xx.2024-cü il tarixli, **********5097 nömrəli qısa idxal bəyannaməsində göstərilən 20.650 kq «keşniş toxumu» yükünün 20.055 kq hissəsinin bəyan edilmiş yüklə eynilik təşkil etdiyi, 595 kq hissəsinin həqiqətən soğan toxumu və ya başqa növ toxum olmasını müəyyən etmək üçün heç bir səy göstərmədən, yəni mütəxəssis rəyi almadan ehtimal əsasında inzibati xətanın bilavasitə obyekti olan malları müəyyən etmişdir. Biləsuvar rayon məhkməsinin 09 oktyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə və Biləsuvar Gömrük İdarəsinə ünvanlanmış məktubunda iş üzrə inzibati xətanın predmeti olan 595 kiloqram toxumun hansı toxum növünə aid olmasına dair mütəxəssis rəyinin verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Azərbaycan Respublikası Dövlət X3 Gömrük İdarəsinə ünvanlanmış cavab məktubunda inzibati xətanın predmeti olan 595 kiloqram bitki toxumu partiyasından Agentliyin mütxəssisləri tərəfindən nümunə götürüldüyü və sitogenetik metodla laborator analiz edildiyi, analizin nəticəsinə əsasən qeyd olunan toxumun bitkilər aləminin soğan cinsinin kəvər növünə (Allium porrum L) aid olduğunun müəyyən edildiyi göstərilmişdir. Biləsuvar rayon məhkəməsinin 01 noyabr 2024-cü il tarixli 3(022)-561/2024 saylı qərardadı ilə hazırkı iş üzrə əhəmiyyət kəsb edən məsələlərin həlli üçün xüsusi biliyə malik olan ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin ekspertlərinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 28 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, ekspertiza qarşısında qoyulmuş sualda qeyd edilən kəvər toxumunun 2024-cü ilin may ayı üçün satışına və qiymətinə dair yerli internet saytlarında məlumat mövcud deyildir. Bu səbəbdən də ekspertizanın qarşısında qoyulmuş sualı cavablandırmaq mümkün olmamışdır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı “VOLVO” markalı, 45AB721/45AB722 dövlət geydiyyat nişanlı yük avtomobilinin yük yerində olan 4759 saylı CMR-də xx.xx.2024-cü il tarixli, 403/04 nömrəli invoysda və xx.xx.2024-cü il tarixli, **********5097 nömrəli qısa idxal bəyannaməsində göstərilən 20650 kq “keşniş toxumu” yükünün 20055 kq hissəsinin bəyan edilmiş yüklə eynilik təşkil etdiyi, 595 kq hissəsinin “soğan toxumuna oxşar” toxum yükü olduğu məlum olmuşdur. Beləliklə, 595 kq “soğan toxumuna oxşar” toxum yükünün Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə keçirilməsi ehtimalına gətirmişdir. Bununla da Şəxs barəsində İXM-in 481-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında qərar qəbul edilmişdir. Lakin “soğan toxumuna oxşar” toxum yükünun hansı məqsədlə Azərbaycan Respublikasına gətirməsi, eləcə də inzibati xətanın predmeti olan və mənşəyi məlum olmayan toxumun xarakterinə görə hansı toxuma bənzədiyi, yaxud bənzədilməyə çalışıldığı və nəhayət həmin toxumun Azərbaycan Respublikasına gətirilməsi ilə hansı məbləğdə qazanc əldə edə biləcəyi araşdırılmamışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X4 Bölməsinə müraciət olunmuş və Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 13 iyun 2024-cü il tarixli 19/471 saylı ekspert rəyinə əsaslanmaqla S.H.Yusubovanın barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir.Lakin qeyd olunan xüsusatlar tədqiq olunmadan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsi tərəfindən S.H.Yusubovanın barəsində Azərbaycan Respublikası İXM-nin 481-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinin tələbinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq surətdə tərtib edilib-edilməməsi məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinin tələbinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyətli olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana və vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsindən daxil olmuş matreial düzgün tərtib olunmadığına, tərtib edilmiş material natamam olduğuna və işə baxılarkən onun tamamlanması mümkün olmadığına görə həmin material onu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinə geri qaytarılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrinə əsasən QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material onu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinə geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar