Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-563/2024 10.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 2003-cü ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar şəhəri H.Əliyev prospekti ev 6-da qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 07 iyul 2024-cü ol tarixdə məcburi müayinə zamanı “kannabinoidlərin” qəbulundan yaranan aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X5 göstərdi ki, o, Biləsuvar Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. Biləsuvar rayonu, H.Əliyev prospekti, ev 6-da qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan Şəxs barəsində Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsindən daxil olmuş məktubda Şəxs Hərbi Həkim Komissiyasında ümumi müayinədən keçməsi və icbai narkoji müayinəsi nəticəsində “Tetrahidrokannadiobil” nəticəsinin pozitiv çıxması göstərilmişdir. Araşdırma materialı ilə əlaqədar Kərimov X3 Rayonlararası Narkolji Xəstəxanasında narkoloji testdən keçirilmiş və məcburi narkoloji tibbi yoxlamanın nəticəsində RPŞ-na təqdim olunmuş xx.xx.2024-cü il tarixli 583№-li rəyində vət.Şəxs “kannabinoidlərin” qəbulundan yaranan aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunması və məcburi müalicəyə ehtiyacı olması göstərilmişdir. Toplanmış material əsasında araşdırma aparılmış, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün Azərbaycan Respublikası İXM-nin 296-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə çağırılmışdır. Həmin vaxt Hərbi Həkim Komissiyasında ümumi müayinədən keçməsi və icbai narkoloji müayinəsi nəticəsində “Tetrahidrokannadiobil” aşkar edilmişdir. Bununla bağlı Biləsuvar Rayon Polis şöbəsinə material daxil olmuşdur.Həmin narkotik maddənin adını dəqiq bilmir. Belə ki, həmin maddədən böyrəyində ağrıları olduğu üçün istifadə etmişdir.Həmin maddəni kimdən və necə əldə etdiyini xatırlamır. Sonda Şəxs əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül inzibati təbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №3(022)-563/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-563/2024
10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver