Məhkəmə qərarları › İş №3(022)-567/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-567/2023

23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-567/2023 23.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1983-cü il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, boşanmış, himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(022)-880/2021 nömrəli qətnaməsinə əsasən Şəxs 02 oktyabr 2011-ci ildə anadan olmuş X4 və 10 fevral 2013-cü ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs verilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 23 may 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nicat Bəhmənov məhkəməyə verdiyi izahatında bildirdi ki, icra sənədi icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, Şəxs borcunu ödəmək təklif edilmiş, lakin Şəxs müxtəlif bəhanələrlə icradan yayınmış və heç bir üzrlü səbəb göstərmədən məhkəmə qətnaməsini tam icra etməmişdir. Belə ki, Şəxs icra sənədi üzrə hər ay 200 manat aliment ödəməli olduğuna görə hər ay 100 manat aliment ödədiyinə görə Şəxs 2.200 manat məbləğində aliment borcu yaranmışdır. Dəfələrlə təklif olunmasına baxmayaraq, Şəxs aliment borcunu ödəməkdən imtina etmişdir. Şəxs aliment borcunu tam ödəməkdən imtinasını onunla əsaslandırır ki, tərəflərin birgə nikahından olan uşaqlardan biri - 10 fevral 2013-cü ildə anadan olmuş X11 artıq 2 ilə yaxındır ki, onun himayəsində yaşayır. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs isə təkidə qətnamənin tam şəkildə icrasını, əks halda Şəxs inzibati məsuliyyətə cəlb olunmasını tələb edir. Şəxs Biləsuvar Rayon İcra və Probasiya Şöbəsində verdiyi izahatında Biləsuvar Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(022)-880/2021 nömrəli qətnaməsini tam icra etməyəcəyini, yalnız bir uşağa görə aliment ödəyəcəyini bildirmişdir. Buna görə də onun tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Sonda N.B.Bəhmənov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək, göstərdi ki, Biləsuvar Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən onunla Zərərçəkmiş şəxs arasında nikah ləğv edilmiş, onların birgə nikahından doğulmuş hər iki uşağın - X4 və X6 Zərərçəkmiş şəxs yanında qalması və həmin uşaqların saxlanması üçün ondan Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmin vaxt o, Biləsuvar Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti versə də, onun apellyasiya şikayəti təmin edilməmişdir. Halbuki, mülki işə məhkəmədə baxıldığı dövrdə uşaqların fikri öyrənilərkən, qızı Zəhra anasının, oğlu Ayaz isə onun yanında qalmaq istədiklərini bildirmişlər. Lakin məhkəmə oğlu Ayazın həmin vaxt onun yanında qalmasını və nikah pozulduqdan sonra da onun yanında qalmaq istəməsi barədə fikrini nəzərə almamışdır. Həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra oğlu Ayaz anası Gülşənlə yaşamaqdan israrla imtina etdiyinə görə o, 2022-ci ildə oğlu Ayazın anası Zərərçəkmiş şəxs alınıb ona verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Lakin Biləsuvar rayon Məhkəməsi 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə oğlu Ayazın anası Zərərçəkmiş şəxs alınıb ona verilməsi və həmin uşağa görə müəyyən edilmiş aliment öhdəçiliyinə xitam verilməsi barədə iddiasını da rədd etmişdir. Savadszlığına görə o, həmin qətnamədən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verməmiş, 2023-cü il tarixdə yenidən eyni tələblə Biləsuvar rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Biləsuvar rayon Məhkəməsi onun son iddia ərizəsini icraata qəbul etməkdən imtina etmişdir. Buna görə də o, məhkəmənin həmin qərardadından apellyasiya şikayəti vermişdir. Onun Zərərçəkmiş şəxs ilə birgə nikahından olan qızı Zəhra anası Zərərçəkmiş şəxs yanında qaldığına görə o, həmin uşağa görə Zərərçəkmiş şəxs hər ay 100 manat aliment ödəyir. Lakin digər uşağı onun yanında qaldığına görə o, həmin uşağa görə Zərərçəkmiş şəxs aliment ödəməli olması barədə icra məmurunun tələblərini qanunsuz sayır. Oğlu Ayaz artıq 2 ildir ki, onun yanında yaşamasına baxmayaraq, Zərərçəkmiş şəxs həmin uşağın ona verilməsi barədə məhkəmədə indiyədək iddia qaldırmadığı halda, həmin uşağa görə ondan aliment qismində hər ay 100 manat pul vəsaiti tələb edir. Bu isə onu göstərir ki, Zərərçəkmiş şəxs uşaq yox, yalnız həmin uşağa görə aliment almaq daha maraqlıdır. Halbuki, birgə nikahlarından olan oğlu Ayaz Zərərçəkmiş şəxs yanında qalmaq istəsəydi, o, həmin uşağı tərəddüdsüz olaraq anasına verməyə razı olardı. Çünki, o, özünü, övladlarını və valideynlərini saxlamaq üçün Biləsuvar rayonunun yaşayış məskənlərindən uzaqda yerləşən fermalarda çoban kimi işləməyə məcburdur və bu səbəbdən oğlu Ayazı hər gün məktəbə göndərmək imkanı yoxdur. Sonda Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında işə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi X9 izahatında göstərdi ki, Biləsuvar Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(022)- 880/2021 nömrəli qətnaməsinə əsasən Şəxs 02 oktyabr 2011-ci ildə anadan olmuş X4 və 10 fevral 2013-cü ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Lakin Şəxs qətnamə çıxarıdığı vaxtdan hal-hazıradək 10 fevral 2013-cü il təvəllüdlü X7 öz yanında saxlayaraq, Zərərçəkmiş şəxs verməməklə yanaşı həmin uşağa görə aliment ödəməkdən də imtina edir. Halbuki, Şəxs Biləsuvar Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti versə də, həmin şəxsin apellyasiya şikayəti təmin edilməmişdir. Daha sonra Şəxs oğlu Ayazın anası Zərərçəkmiş şəxs alınıb ona verilməsi və həmin uşağa görə müəyyən edilmiş aliment öhdəçiliyinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırsa da, Biləsuvar rayon Məhkəməsi Şəxs həmin iddiasını da rədd etmişdir. Şəxs tərəflərin birgə nikahından olan uşağı Ayazı Zərərçəkmiş şəxs qaytararsa, Zərərçəkmiş şəxs Şəxs aliment borcunu bağışlamağa razıdır. Çünki, Şəxs oğlunu öz yanında saxlaması səbəbindən həmin uşaq artıq iki ildir ki, məktəbdən və təhsildən kənar qalmışdır. Məhkəmə qətnaməsini hissəvi icra etdiyinə görə Şəxs hazırda Zərərçəkmiş şəxs 2.200 manat məbləğində aliment borcu yaranmışdır. Sonda Ə.M.Əliyev Şəxs barəsində qanunamüvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, icra sənədi üzrə tələbkarın nümayəndəsini və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(022)-880/2021 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 26 noyabr 2021-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Həmçinin iş materiallarından görünür ki, Şəxs 26 iyul 2021-ci il tarixdə Biləsuvar rayon Məhkəməsində iddia qaldıraraq, onunla Zərərçəkmiş şəxs arasında bağlanmış nikahın pozulmasını və həmin tərəflərin birgə nilkahından doğulmuş xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2013-cü il tarixdə doğulmuş X6 onun yanında saxlanılmasını tələb etmişdir. Həmin mülki işə məhkəmədə baxıldığı dövrdə, 14 oktyabr 2021-ci il tarixdə, Zərərçəkmiş şəxs iddianı təminetmə tədbiri barədə ərizə ilə Biləsuvar rayon Məhkəməsinə müraciət edərək, oğlu X6 atası X6 yanında qaldığını, həmin uşağın harada yaşaması barədə məlumatı olmadığını bildirmiş, buna görə də mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, hər həftənin şənbə və bazar günləri, saat 10-dan 18-dək oğlu A.A.Nəsirli ilə ünsiyyətdə olması üçün görüş vaxtlarının müəyyən edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(022)-880/2021 saylı qərardadı ilə Zərərçəkmiş şəxs iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(022)-880/2021 saylı qətnaməsinə görə isə X11 ilə Zərərçəkmiş şəxs arasında bağlanmış nikahın ləğv edilməsi, tərəflərin birgə nikahından olan hər iki uşağın – 02 oktyabr 2011-ci il tarixdə anadan olmuş X10 və 10 fevral 2013-cü il tarixdə doğulmuş X6 anaları Zərərçəkmiş şəxs yanında qalması müəyyən edilmiş və həmin uşaqların saxlanması üçün X5 Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Nəsirov X2 Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(022)-880/2021 saylı qətnaməsindən apellyasiya şikayəti versə də, Şirvan Apellyasiya Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(106)-637/2022 saylı qətnaməsi ilə Şəxs apellyasiya şikayəti təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 2(022)-880/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, iş materiallarından görünür ki, Şəxs 26 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, 10 fevral 2013-cü il tarixdə doğulmuş oğlu X6 onun yanında qalmasının müəyyən edilməklə, Biləsuvar Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 2(022)-880/2021 saylı qətnaməsinə əsasən həmin uşaqla bağlı aliment öhdəçiliyinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin Bİləsuvar rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(022)-1167//2022 saylı qətnaməsinə əsasən Şəxs iddiası təmin edilməmişdir. Bİləsuvar rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(022)-1167//2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Şəxs yenidən eyni cavabdehə qarşı eyni əsasla və eyni tələblərlə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə Bİləsuvar rayon Məhkəməsinin 11 aprel 2023-ci il tarixli, 2(022)-344//2023 saylı qərardadı ilə, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilmişdir. Beləliklə, inzibati xəta haqqında iş üzrə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Biləsuvar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 02 noyabr 2021-ci il tarixli, 2(022)-880/2021 nömrəli qətnaməsinə əsasən Şəxs 02 oktyabr 2011-ci ildə anadan olmuş X4 və 10 fevral 2013-cü ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs verilməsi qət edilməsinə baxmayaraq, 10 yaşı X11 hələ həmin qətnamə çıxarılmamışdan əvvəldən hal-hazıradək Şəxs yanında qalır. Zərərçəkmiş şəxs həmin uşağın Şəxs alınıb ona verilməsi barədə məhkəmədə heç bir iddia qaldırmamışdır və yetkinlik yaşına çatmamış uşağın Şəxs alınıb Zərərçəkmiş şəxs verilməsi barədə heç bir məhkəmə aktı yoxdur. Şəxs Zərərçəkmiş şəxs qarşı X6 onun yanında qalmasının müəyyən edilməklə, Biləsuvar Rayon Məhkəməsinin 02 noyabr 2021ci il tarixli 2(022)-880/2021 saylı qətnaməsinə əsasən həmin uşaqla bağlı aliment öhdəçiliyinə xitam verilməsi barədə iddiası isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İş üzrə toplanmış sübutlarla Şəxs qanuni qüvvəyə minmiş Biləsuvar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 02 noyabr 2021-ci il tarixli, 2(022)-880/2021 nömrəli qətnaməsi üzrə tərtib edilmiş icra sənədinin tam icra edilməsi barədə icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən üzrsüz səbəblərdən imtina etməsi tam təsdiqini tapır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Lakin iş üzrə toplanmış sübutlarla eyni zamanda müəyyən olunur ki, Şəxs Zərərçəkmiş şəxs ilə birgə nikahından doğulmuş 10 yaşlı övladı X11 hələ Biləsuvar Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 2(022)-880/2021 saylı qətnaməsi çıxarılmazdan əvvəldən başlayaraq Şəxs yanında yaşamışdır və Zərərçəkmiş şəxs həmin uşağın Şəxs alınıb ona verilməsi barədə hal-hazıradək heç bir tələb irəli sürmədiyinə və yetkinlik yaşına çatmamış uşağın Şəxs alınıb Zərərçəkmiş şəxs verilməsi barədə heç bir məhkəmə aktı olmadığına görə həmin uşaq hal-hazıradək Şəxs yanında yaşamağa davam edir və Şəxs 10 yaşlı uşağı faktiki olaraq təkbaşına böyüdür. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə görə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs himayəsində 2 uşağının olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar