Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-567/2024 24.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Şəxs nümayəndəsi Vəkil, Biləsuvar Gömrük idarəsinin nümayəndəsi X1 iştirakı ilə xx.xx.1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Yayçı kəndində anadan olmuş, Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Yayçı kəndində qeydiyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-1500/012/000755 nömrəli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmədə Azərbaycan Respublikasından İran İslam Respublikası ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına 014429 saylı CMR-də qeyd edilən “un” buğda, minik avtomobili” yükü aparan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “Daf” markalı, **-CA-***/**-ZB-*** qeydiyyat nişanlı yük avtomobili gömrük nəzarəti məqsədi ilə rentgen yoxlamasından keçməsi üçün “HCVG” markalı stasionar rentgen qurğusuna göndərilmişdir. Rentgen yoxlaması zamanı Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “Daf” markalı, **-CA-***/**-ZB-*** qeydiyyat nişanlı yük avtomobilinin yük yerində şübhəli predmetlərin olması qurğunun müşahidə monitorunda öz əksini tapmışdır. Daha sonra nəqliyyat vasitəsinə əsaslı gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı avtomobilin yük yerinin ön hissəsində un kisələrinin altından, malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, müxtəlif ölçülü karton qutularda və kisələrdə qablaşdırılmış aşağıdakı cədvəldə adları və miqdarları göstərilən mallar aşkar edilmişdir: 63 adda- plastik diyircəklər 200 ədəd, orta ölçülü metal kəsici başlıqlar 360 ədəd, böyük ölçülü metal kəsici başlıqlar 60 ədəd, kiçik ölçülü uzunsov plastik predmet 900 ədəd, böyük ölçülü uzunsov plastik predmet 600 ədəd, düzbucaqlı formada dəmir külçələr 9 ədəd, üzərində 094 (1.4) yazısı olan dairəvi formalı metal külçə 225 ədəd, üzərində 092 (0.85) yazısı olan metal külçələr 460 ədəd, diametri 6,7 sm olan metal külçələr 10 ədəd, üzərində ’’Beauty Visage” yazısı olan kosmetik vasitələr 77 ədəd, almaz 5 ədəd, müxtəlif ölçülü formada almaz 1730 ədəd, kiçik dairəvi metal külçələr 509 ədəd, üzərində 1980-0101(3.0) yazısı olan dairəvi metal külçə 225 ədəd, diametri 10 sm olan metal külçə 5 ədəd, üzərində 1980-0136(42.0) yazısı olan dairəvi metal külçələr 192 ədəd, diametri 6.5 sm olan metal külçə 6 ədəd, üzərində BK10 yazısı olan metal külçə 1 ədəd, dairəvi metal hissə 39 ədəd, müxtəlif ölçülü formada almaz 2825 ədəd, üzərində 095 (1.8) yazısı olan dairəvi formalı metal külçə 270 ədəd, kiçik ölçülü dairəvi ortası dəlik metal külçələr 5 qutu, təyziqötrücü qurğu 13 ədəd, böyük ölçülü və ağır çəkili dəzgah avadanlığı 6 ədəd, 10L qablaşmada maye məhlul 15 ədəd, 20 L qablaşmada maye məhlul 1 ədəd, diametri 5.5 sm olan ortası dəlik metal külçələr 97 ədəd, üzərində “markovnı” yazısı olan kosmetik vasitə 108 ədəd, diametri 3 sm olan ortası dəlik metal külçələr 128 ədəd, diametri dairəvi metal külçə 40 ədəd, üzərində “Qialuronovıi” yazısı olan kosmetik vasitə 360 ədəd, diametri 6,5 sm olan ortası deşik metal külçələr 5 ədəd, üzərində 093 (1.2) yazısı olan dairəvi formalı metal külçə 527 ədəd, üzərində 096 (2.0) yazısı olan dairəvi formalı metal külçə 540 ədəd, üzərində 1980-0135(3.8) yazısı olan dairəvi formalı metal külçələr 176 ədəd, üzərində diametri 50 mm yazısı olan metal külçələr 8 ədəd, üzərində TKD 233nDOD yazısı olan predmet 1 ədəd, üzərində SEMİKRON yazısı olan ağ rəngli predmet 16 ədəd, üzərində LOTTO: 02 A10 yazısı olan predmet 2 ədəd, şəffaf selofan paketdə şuruplar 1 ədəd, dirsək formalı müxtəlif ölçülü predmet 113 ədəd, TUMPLEK MT3 yazısı olan bağlamada elektrik ayırıcı 577 ədəd, içərisində naməlum məhlul olan flakon 6 ədəd, qara rəngli elektrikayırıcı 70 ədəd, üzərində P3H34 yazısı olan predmet 34 ədəd, müxtəlif ölçülü releyə oxşar predmet 81 ədəd, konus formalı müxtəlif ölçülü yuvacıqlar 41 ədəd, üzərində P10-42LY 0283 yazısı olan yuvacıq 283 ədəd, nazik uzun külçələr 340 ədəd, üzərində 091(0.8) yazısı olan dairəvi formalı metal külçələr 450 ədəd, xamut 55 ədəd, elektrik paylayıcıya bənzər predmet 2 ədəd, üzərində 4.8561773Uup-82 yazısı olan predmet 82 ədəd, TSK101 DOD 2 ədəd, plata 12 ədəd, üzərində PC 4.521.901 yazısı olan predmet 901 ədəd, üzərində BK20 5019 yazısı olan dairəvi formalı metal külçələr 19 ədəd, üzərində G 55 yazısı olan dairəvi formalı metal külçələr 17 ədəd, müxtəlif ölçülü dairəvi yuvacıklar 114 ədəd, müxtəlif diametrdə metal külçələr 34 ədəd, sellofan paketdə elektirikayırıcıya bənzər predmet 2100 ədəd, şp 6op yazısı olan dairevi yuvacık 26 ədəd, dairəvi metal hissə 82 ədəd. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidmət mayoru X3 tərəfindən «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 29 iyun 2024-cü il tarixli qərarından görünür ki, törədilmiş əməldə cinayət tərkibinin olmaması səbəbindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci və 206.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Faktla bağlı Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İşdən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə inzibati xəta əməlini törətməsi barədə 04 iyul 2024-cü il tarixli 10000-00049/24 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs nümayəndəsi Vəkil izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olmuş, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Culfa kəndində qeydiyyatda olan və faktiki yaşayan Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı X3 tərəfindən EP-0156506 saylı, N-10000-00046/24 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokola əsasən hüquqlarını müdafiə etdiyi Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə tövsif olunmuşdur. Həmin maddədə qeyd olunur ki, malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Lakin hüquqlarını müdafiə etdiyi Şəxs əməlində sözügedən maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibi olmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi, hüquqlarını müdafiə etdiyi Şəxs Azərbaycan Respublikasından Naxçıvan Muxtar Respublikasına 014429 nömrəli yol-nəqliyyat (CMR) sənədi əsasında “un, buğda, minik avtomobili” yükünü apararkən idarə etdiyi “DAF” markalı 72CA285/72ZB285 dövlət nömrə nişanlı yük avtomobilinə xx.xx.2024-cü il tarixdə “HCVG” markalı stasionar rentgen qurğusundan istifadə etməklə keçirilmiş gömrük yoxlaması zamanı müxtəlif ölçülü karton qutularda və kisələrdə qablaşdırılmış şəkildə, ümumilkdə 63 adda mallar (plastik diyircəklər, metal kəsici başlıqlar, plastik predmetlər, almazlar, metal külçələr, dəzgah avadanlıqları, maye məhlulları, elektrik ayrıcıları, releləri, plataları, yuvacıqları, xamutları) aşkar olunmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 2024-cü ilin mart ayı ərzində Bakı şəhərində olduğu zaman ona Naxçıvan Muxtar Respublikasına aparılmasından ötrü verilmiş 34021,40 manat dəyərində müxtəlif saylarda olmaqla, ümumilikdə 63 adda predmetləri idarə etdiyi “DAF” markalı 72CA285/72ZB285 dövlət nömrə nişanlı yük avtomobilində daşıdığı un kisələrinin altında yerləşdirilmişdir. Göründüyü kimi hüquqlarını müdafiə etdiyi Şəxs məxsus yük avtomobilində aşkar olunan 63 adda mallar avtomobildə yüklərin saxlanılması üçün nəzərdə tutulan yerdə və aşkar şəkildə yüklənmiş, həmin malların gizlədilməsi üçün hər hansı tədbir görülməmişdir. Aşkar olunan 63 adda mallar ağır olduğu üçün həmin malların un kisələrinin üzərinə yüklənilməsi mümkün olmamış və həmin mallar yük avtomobilinə öncədən yüklənilmişdir. Buna görə də yük avtomobilində ilk öncə həmin mallar yerləşdirilmiş, üzərində isə un kisələri yüklənilmişdir. Beləliklə də, aşkar olunan mallar gizlədilməmiş və həmin mallar yük avtomobilində daşınan məhsulların alt hissəsində aşkar şəkildə yerləşdirilmişdir. Yəni, N10000-00046/24 nömrəli inzibati xəta haqqında protokolda əks olunduğu kimi 63 adda malların xüsusi formada gizlədilməsi həyata keçirilməmiş, yalnız aşkar olunan 63 adda malların bəyan edilməsi təmin olunmamışdır. Hüquqlarını müdafiə etdiyi Şəxs izahatında da bildirmişdir ki, aşkar olunan 63 adda malları bəyan etməyini unutmuş və həmin malları gizlətmək məqsədi olmamışdır. Belə olduğu halda isə hüquqlarını müdafiə etdiyi şəxsin əməli İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə deyil, həmin Məcəllənin 482-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, hazırkı fakt üzrə malların gizlədilməsindən söhbət getmir, yalnız aşkar olunan 63 adda malların bəyan edilməməsi faktı mövcuddur. xx.xx.2024-cü il tarixdə N-10000-00046/24 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq hüquqlarını müdafiə etdiyi şəxsə təqdim olunmuş və bildirilmişdir ki, materialın məhkəməyə göndərilməsi üçün müvafiq qərardad qəbul olunacaqdır. Həmin qərardad isə hüquqlarını müdafiə etdiyi şəxsə təqdim olunmamışdır. Ehtimal edir ki, qeyd olunan protokola uyğun müvafiq qərardad da qəbul olunmuşdur. Lakin, bu hal da qəbul olunmazdır. Belə ki, qanunvericiliyə əsasən gömrük orqanının özünün inzibati xəta haqqında müvafiq qərar qəbul etmək səlahiyyəti vardır. Bu baxımdan da araşdırma aparan aidiyyəti orqan materialı məhkəməyə göndərməməli və özü inzibati xəta haqqında qərar qəbul etməlidir. Görünür ki, gömrük orqanının materialı məhkəməyə göndərməkdə məqsədi aşkar olunan 63 adda malları müsadirə etməkdir. Bu isə yolverilməzdir. Çünki həmin malların müsadirə olunması hüquqlarını müdafiə etdiyim şəxsə külli miqdarda maddi zərər dəyməsi ilə nəticələnəcəkdir. Ona görə ki, həmin mallar hüquqlarını müdafiə etdiyi şəxsə məxsus deyil və daşınması üçün ona təqdim edilmişdir. Bunun müqabilində isə xidmət haqqı əldə etməli idi. Bir sözlə hüquqlarını müdafiə etdiyim şəxs maddi imkanı olmayan birisi olduğu üçün, aşkar olunan malların müsadirə olunması onun maddi vəziyyətinin daha da pisləşməsinə səbəb olacaqdır. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1256 saylı Fərmanının 7.1-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 480-482-ci maddələri üzrə inzibati xətalar haqqında işlərə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi baxa bilər. Göründüyü kimi, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisinin sözügedən fakt üzrə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olduğu halda, qərardad qəbul etməklə materialın məhkəməyə göndərilməsində məqsəd yalnız aşkar olunan 63 adda malların müasdirə olunmasına nail olmaqdır. Bu hal da yuxarıda qeyd olunan xüsusatlara əsasən yolverilməzdir. Ona görə də sözügedən inzibati xəta haqqında işə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən baxılmalı və müvafiq qərar qəbul olunmalıdır. Məhkəmə iclasında Biləsuvar Gömrük idarəsinin nümayəndəsi X4 izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs 2024-cü ilin mart ayı ərzində Bakı şəhərində olduğu zaman ona Naxçıvan Muxtar Respublikasına aparılmasından ötrü verilmiş 34021,40 manat dəyərində müxtəlif saylarda olmaqla ümumilikdə 63 adda predmetləri malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə idarə etdiyi “DAF” markalı 72CA285/72ZB285 dövlət nömrə nişanlı yük avtomobilində daşıdığı un kisələrinin altında gizlətməklə 29 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən keçirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs hazırkı inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 480-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan 25 iyun 2024-cü il tarixli 6/1894-6/2448-5/417-9/2643 saylı ekspert rəyinə əsasən 25 adda təzə vəziyyətdə, müxtəlif formalı və müxtəlif ölçülü predmetlərin metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, qiymətli metallara aid deyil. Həmin predmetlərin istifadəyə yararlı olub-olmaması və istifadə təyinatının müəyyən edilməsi fiziki-kimyəvi ekspertizalar şöbəsinin həll etdiyi məsələlərin predmetinə aid olmadığı üçün cavablandırılmamışdır. Təqdim edilmiş tədqiqat obyektləri məhkəmə Kompüter-texniki ekspertizanın predmetinə aid deyildirlər. Tədqiqata təqdim edilmiş şüşə flakonlarda və ağ rəngli qablardakı spesifik aromatik qoxuya malik mayelərin tərkibində 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahısı”na, həmçinin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların və xüsusilə külli miqdarlarının siyahısı”na və “Zəhərli maddələrin siyahıları”na daxil olan maddələr yoxdur. Tədqiqata təqdim edilmiş 43 adda malların 24.01 2024-cü tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 34021,40 manat müəyyən edilir. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli hesab edilməli və İnzibati Xətalar Məcəlləsinin 480ci maddəsi ilə Şəxs barəsində malların müsadirəsi növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 30, 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinsin və Şəxs götürülmüş 63 adda- plastik diyircəklər 200 ədəd, orta ölçülü metal kəsici başlıqlar 360 ədəd, böyük ölçülü metal kəsici başlıqlar 60 ədəd, kiçik ölçülü uzunsov plastik predmet 900 ədəd, böyük ölçülü uzunsov plastik predmet 600 ədəd, düzbucaqlı formada dəmir külçələr 9 ədəd, üzərində 094 (1.4) yazısı olan dairəvi formalı metal külçə 225 ədəd, üzərində 092 (0.85) yazısı olan metal külçələr 460 ədəd, diametri 6,7sm olan metal külçələr 10 ədəd, üzərində ’’Beauty Visage” yazısı olan kosmetik vasitələr 77 ədəd, almaz 5 ədəd, müxtəlif ölçülü formada almaz 1730 ədəd, kiçik dairəvi metal külçələr 509 ədəd, üzərində 1980-0101(3.0) yazısı olan dairəvi metal külçə 225 ədəd, diametri 10 sm olan metal külçə 5 ədəd, üzərində 1980-0136(42.0) yazısı olan dairəvi metal külçələr 192 ədəd, diametri 6.5 sm olan metal külçə 6 ədəd, üzərində BK10 yazısı olan metal külçə 1 ədəd, dairəvi metal hissə 39 ədəd, müxtəlif ölçülü formada almaz 2825 ədəd, üzərində 095 (1.8) yazısı olan dairəvi formalı metal külçə 270 ədəd, kiçik ölçülü dairəvi ortası dəlik metal külçələr 5 qutu, təyziqötrücü qurğu 13 ədəd, böyük ölçülü və ağır çəkili dəzgah avadanlığı 6 ədəd, 10L qablaşmada maye məhlul 15 ədəd, 20 L qablaşmada maye məhlul 1 ədəd, diametri 5.5 sm olan ortası dəlik metal külçələr 97 ədəd, üzərində “markovnı” yazısı olan kosmetik vasitə 108 ədəd, diametri 3 sm olan ortası dəlik metal külçələr 128 ədəd, diametri dairəvi metal külçə 40 ədəd, üzərində “Qialuronovi” yazısı olan kosmetik vasitə 360 ədəd, diametri 6,5 sm olan ortası deşik metal külçələr 5 ədəd, üzərində 093 (1.2) yazısı olan dairəvi formalı metal külçə 527 ədəd, üzərində 096 (2.0) yazısı olan dairəvi formalı metal külçə 540 ədəd, üzərində 1980-0135(3.8) yazısı olan dairəvi formalı metal külçələr 176 ədəd, üzərində diametri 50 mm yazısı olan metal külçələr 8 ədəd, üzərində TKD233nDOD yazısı olan predmet 1 ədəd, üzərində SEMİKRON yazısı olan ağ rəngli predmet 16 ədəd, üzərində LOTTO: 02 A10 yazısı olan predmet 2 ədəd, şəffaf selofan paketdə şuruplar 1 ədəd, dirsək formalı müxtəlif ölçülü predmet 113 ədəd, TUMPLEK MT3 yazısı olan bağlamada elektrik ayırıcı 577 ədəd, içərisində naməlum məhlul olan flakon 6 ədəd, qara rəngli elektrikayırıcı 70 ədəd, üzərində P3H34 yazısı olan predmet 34 ədəd, müxtəlif ölçülü releyə oxşar predmet 81 ədəd, konus formalı müxtəlif ölçülü yuvacıqlar 41 ədəd, üzərində P10-42LY 0283 yazısı olan yuvacıq 283 ədəd, nazik uzun külçələr 340 ədəd, üzərində 091(0.8) yazısı olan dairəvi formalı metal külçələr 450 ədəd, xamut 55 ədəd, elektrik paylayıcıya bənzər predmet 2 ədəd, üzərində 4.8561773Uup-82 yazısı olan predmet 82 ədəd, TSK101 DOD 2 ədəd, plata 12 ədəd, üzərində PC 4.521.901 yazısı olan predmet 901 ədəd, üzərində BK20 5019 yazısı olan dairəvi formalı metal külçələr 19 ədəd, üzərində G55 yazısı olan dairəvi formalı metal külçələr 17 ədəd, müxtəlif ölçülü dairəvi yuvacıklar 114 ədəd, müxtəlif diametrdə metal külçələr 34 ədəd, sellofan paketdə elektirikayırıcıya bənzər predmet 2100 ədəd, şp 6op yazısı olan dairəvi yuvacık 26 ədəd, 82 ədəd dairəvi metal hissədən ibarət mallar müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №3(022)-567/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-567/2024
24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver