Məhkəmə qərarları › İş №3(022)-574/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-574/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-574/2024 25.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Rəsulova Mədinə Camal qızının sədrliyi, məsləhətçi Abdullayev Vüsal Ramiz oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs, 08 yanvar 2024-cü il tarixli, EQ 18877547 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat, 09 yanvar 2024-cü il tarixli, EQ 18909339 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat və 07 fevral 2024-cü il tarixli, EQ 19344027 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 manat məbləğlərində inzibati cərimələr tətbiq edilmişdir. Şəxs yuxarıda göstərilən həmin qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun barəsində X1 tərəfindən 08 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə İXP seriyalı, 6388812, ******* və ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nəqliyyat vasitəsinin saxlanılması barədə xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qərardan çıxarışlarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1.6-cı maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarların qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə Şəxs məxsus “MERCEDES BENZ C180 MİNİK” markalı, 10TZ636 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması və Baş Dövlət Yol Polis İdarəsinin mühafizə olunan duracağına yerləşdirilməsi barədə qərarlar qəbul edilmişdir. İnzibati xəta haqqında 08 iyul 2024-cü il tarixli, İXP seriyalı, 6388812, ******* və ******* nömrəli protokollardan görünür ki, Şəxs tərəfindən inzibati xətaya görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş, 08 yanvar 2024-cü il tarixli, EQ 18877547 nömrəli, 09 yanvar 2024-cü il tarixli, EQ 18909339 nömrəli və 07 fevral 2024-cü il tarixli, EQ 19344027 nömrəli nömrəli elektron qərarlar qanuni qüvvəyə mindikləri gündən 3 ay müddətində icra etməmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında 08 yanvar 2024-cü il tarixli, EQ 18877547 nömrəli elektron qərardan görünür ki, Şəxs tərəfindən, 08 yanvar 2024-cü il tarixdə, saat 00:11 radələrində “MERCEDES BENZ C 180 MİNİK” markalı, 10TZ636 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmaması səbəbindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və nəticədə onun barəsində 50 manat, 09 yanvar 2024-cü il tarixli, EQ 18909339 nömrəli elektron qərardan görünür ki, Şəxs tərəfindən, 09 yanvar 2024-cü il tarixdə, saat 21:19 radələrində “MERCEDES BENZ C 180 MİNİK” markalı, 10TZ636 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı-Qazax yolu 29.5 km Qazax istiqamətində hərəkətdən olan zaman yolda müəyyən edilmiş hərəkət sürətini 29 km/saat həddində aşdığı səbəbindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və nəticədə onun barəsində 50 manat və 07 fevral 2024-cü il tarixli, EQ 19344027 nömrəli elektron qərardan görünür ki, Şəxs tərəfindən, 06 fevral 2024-cü il tarixdə, saat 15:51 radələrində “MERCEDES BENZ C 180 MİNİK” markalı, 10TZ636 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri, Moskva prospekti tunelin çıxışı istiqamətində hərəkətdən olan zaman yol nişanının tələblərinə riayət edilməməsi səbəbindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və nəticədə onun barəsində 40 manat və məbləğlərində inzibati cərimələr növündə tənbeh tətbiq edilmişdir. “AsanPay” ödəniş portalından çıxarışlardan görünür ki, hazırda B.S.Əlizədə tərəfindən inzibati xəta haqqında qərarlar üzrə müəyyən edilmiş məbləğlər dövlət büdcəsinə ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 529-cu maddəsinin qeydinə əsasən həmin Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur; 109.2-ci maddəsinin tələbinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 145.1.4-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsində şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda iş üzrə icraata xitam verilir; 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və toplanmış sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs inzibati tənbeh qismində ona təyin edilmiş məbləğləri tam ödədiyi üçün inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43,53,106,109,114 və 115-ci maddərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad edilsin və barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar