Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-583/2025 10.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X7 məhkəmə-iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon polis kiçik leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1966-cı il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində 1 il ərzində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbirləri tətbiq olunmamış, Biləsuvar rayonu, Bağbanlar kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-4-cü maddəsi ilə Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında İXP seriyalı, ******* saylı, 25 mart 2025-ci il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs 09 fevral 2025-ci il tarixdə saat 11 radələrində Biləsuvar rayon mərkəzi bazarının qarşısında ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 2107” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vuraraq ona xəsarət yetirmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyət məsələsinə baxılması üçün inzibati xəta haqqında protokol və iş üzrə toplanmış materiallar məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında: İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Biləsuvar Rayon polis kiçik leytenantı X3 göstərdi ki, Şəxs 09 fevral 2025-ci il tarixdə saat 11 radələrində Biləsuvar rayon mərkəzi bazarının qarşısında ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 2107” markalı **-CB- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə vuraraq ona xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Y.S.Quliyev məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, onun “Vaz 2107” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük huququ yoxdur. 09 fevral 2025-ci il tarixdə, saat 11 radələrində Biləsuvar rayon mərkəzi bazarına gəlmiş, bazarın qarşısında ağacların satışı yerində əhali sıxlığı üzündən və avtomaşınlar çox olduğundan şadlıq evi istiqamətindən sürüb çıxa bilməmiş, məcbur qalmış “Aran” market istiqamətindən sürüb gedərkən bu zaman bir qadın əlini avtomobilinin qabaq kapotuna vurmuş, “görmürsən adamı” demişdir. Həmin vaxtı ona bildirdi ki, “əks tərəfə mən baxıram, siz canlı adamsınız, bir qədər kənara çəkilin”. Bazarın qarşısından təxminən 10-15 dəqiqəyə yola çıxmış və evinə gəlmişdir. Ruhanə adlı qadını avtomobil ilə vurduğunu bilməmişdir. Avtomaşını idarə edərkən spirtli içki qəbul etməmişdir. Şəxs qeyd edilənlərin nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 09 fevral 2025-ci il tarixdə, saat 11 radələrində M.İbrahimov küçəsində yerləşən Mərkəzi bazardan qarşısına çıxmış, piyada hərəkətdə olarkən sonradan adını bildiiyi Şəxs idarə etdiyi “Vaz 2107” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bazarın qarşısından sürüb gedərkən sol baldır və topuq nahiyyəsindən vuraraq xəsarət yetmişdir. Oradan evə getmiş, lakin gecə saatlarında ağrıları olduğu üçün xəstəxanaya müraciət etmişdir. Şəxs ilə barışıq əldə etməmişdir və ondan şikayətçidir. Belə ki, Şəxs onun sağlamlığı ilə maraqlanmamış, müalicəsi ilə bağlı köməklik etməmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Şahid qismində çıxış edən X8 öz izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. 09 fevral 2025-ci il tarixdə, saat 11 radələrində M.İbrahimov küçəsində yerləşən Mərkəzi bazardan qarşısında sonradan adını bildiyi Şəxs idarə etdiyi “Vaz 2107” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bazarın qarşısından sürüb gedərkən Zərərçəkmiş şəxs vurdunu görmüş, bu zaman avtomobilə yaxınlaşmış və ona irad bildirmək istəyərkən sürücü də maşını sürüb çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 09 mart 2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsinə, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4cü maddələrinin tərkib əlamətləri müəyyən olunduğu üçün onun barəsində həmin maddələrlə inzibati tənbeh tədbirləri görülməsi məsələsinə baxılmasından ötrü qəbul edilmiş qərarın surəti Biləsuvar Rayon Polis X14 Polis Bölməsinə göndərilməsi, qəbul edilmiş qərarın surəti məlumat üçün maraqlı tərəflərə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilməsi və toplanmış material Biləsuvar Rayon Polis Şöbəsinin arxivində saxlanılmasına qərar verilmişdir. “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” qərardadın surətindən görünür ki, Şəxs barəsində tərtib olunmuş İXP seriyalı, ******* saylı, 25 mart 2025-ci il tarixli protokola baxılmış və Biləsuvar Rayon Məhkəməsinə göndərilməsi haqqında qərardad qəbul edilmişdir. İXP seriyalı, ******* saylı, 25 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 19 fevral 2025-ci il tarixli protokolun surətindən görünür ki, Biləsuvar Rayon Polis X2 müstəntiqi polis kapitanı X4 tərəfindən hadisə yerinəə baxış küçirilmiş adı çəkilən hadisənin Biləsuvar rayon mərkəzi bazarının qarşısında baş verdiyini və bu barədə də iki hal şahidinin olduğunu qeyd etmişdir. Hal şahidləri X9 və X10r. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X17 Cəlilabad rayon şöbəsinin 12 fevral 2025-ci il tarixli, 212 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs sol baldır-bayır topuq nahiyəsində hematoma müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, törənmə müddəti qəörarda qeyd olunan 09 fevral 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qıs müddətdəö pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Bağbanlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 aprel 2025-ci il tarixli, 5-396-6/2-997/2025 nömrəli arayışın surətindən görünür ki, Biləsuvar rayonu, Bağbanlar kəndində qeydiyyatda olan Şəxs Rusiya Federasiyasında naməlum ünvanda yaşayır. “İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılmasına dair” 14 aprel 2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs hazırda yaşadığı yeri müəyyən etmək mümkün olmadığı üçün İXP seriyalı, ******* saylı, 25 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə icraatın dayandırılması barədə qərar qəbul edilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın təzələnməsinə dair” 24 iyun 2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs hazırda yaşadığı yeri müəyyən edildiyi üçün icraatın təzələnməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir; 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirici və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114,115,117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 10 iyul 2025-ci il tarixdən, saat 14:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-583/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-583/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver