Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-59/2023 05.01.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi ilə,barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 iştirakı ilə, X1, 22 avqust 1994-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,evli, himayəsində 2 nəfər uşaqı olan, Biləsuvar rayonu Ağalıkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xətalar haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 12 noyabr 2022-ci il tarixdə, saat 22:50 radələrində «Mersedes Benz C230 minik » markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobili, nəqliyyat vasitəsini idarə etmə hüququ olmaqla, Biləsuvar şəhəri ərazisində sərxoş vəziyyətdə idarə etmiş, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Buna görə də Biləsuvar Rayon Polis X7 X8 Patrul Xidməti inspektoru X3 tərəfindən 12 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2 və 333.1-ci maddələri ilə İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Q.N.Ağazadə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol göstərilən xüsusatları etiraf edərək və inzibati xətaları törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, Biləsuvar rayonu Ağalıkənd kəndində yaşayır və «Koroğlu» firmasına məxsus “Mersedes Benz C230 minik” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 12 noyabr 2022-ci il tarixdə, saat 22:50-radələrində, həmin avtmobili Biləsuvar şəhərində, alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Sonda Q.N.Ağazadə əməlindən peşman olduğunu bildirdi və barəsində yüngül inzibati tənbeh tədbirləri tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Q. N.Ağazadənin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Q.N.Ağazadənin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Q.N.Ağazadənin əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Q.N.Ağazadənin məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən bir əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Q.N. Ağazadənin Azərbaycan Respublikası İXM-nin 327.2 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq, hesab edirəm ki, Q.N.Ağazadə barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-nin 327.2 və 333.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-nin 333.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Q.N.Ağazadənin şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, inzibati tənbehin məqsədinə nail olmaq üçün Q.N.Ağazadə inzibati cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş sanksiya çərçivəsində inzibati tənbeh kimi cərimə cəzasə tətbiq olunmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq olunmaqla, X2 barəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilininb 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-59/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-59/2023
05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver