Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-6/2024 08.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, xx.xx.1966-cı il tarixdə Naxçıvan MR Babək rayonu Çeşməbasar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli raportundan görünür ki, 26 sentyabr 2023cü il tarixdə Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci X4 Respublikasından keçməklə Naxçıvan MR-dan Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs gömrük nəzarəti zonasına daxil olaraq sadələşdirilmiş bəyannamə təqdim edərək 200 ədəd siqaretin və 20 kq ərzaqın olduğunu bəyan etmişdir. Sonra özü ilə gətirdiyi əl yüklərini piyada keçid xəttində olan “Heiman X- Ray” markalı rentgen yük yoxlama qurğusuna qoymuşdur. Şəxs məxsus əl yükləri rentgen qurğusundan keçən zaman ona məxsus beş ədəd sellofan torbaların içərisində siqaretlərin və dərman vasitələrinin təsvirlərinə oxşar təsvirin olması qurğunun müşahidə monitorunda görünmüşdür. Bundan sonra hal şahidlərinin iştirakı ilə ona məxsus əl yükləri yoxlanılmışdır. Yoxlama zamanı Şəxs məxsus əl yüklərinə daxil olan 5 ədəd selofan torbanın içərisində olan ərzaq və yuyucu vasitələrin yanından gömrük nəzarətinə bəyan olunmayan 106 (yüz altı) ədəd “Xyla-P Lidocaine/Prilocaine" adlı mazlar və gömrük nəzarətinə düzgün bəyan olunmayan hər birində 10 qutu olmaqla 14 blok aksiz markası olmayan üzərində “X6” markalanma yazısı olan siqaretlər aşkar edilmişdir.Yoxlama qurtardıqdan sonra Şəxs gömrük nəzarətinə təqdim etdiyi 1 blok (20 qutu) üzərində “X6" markalanma yazısı olan siqaretlər və yoxlama zamanı aşkar edilən aksiz markası ilə markalanmamış 14 blok (140 qutu) üzərində “X6” markalanma yazısı olan siqaretlər və 106 (yüz altı) ədəd “Xyla-P Lidocaine/Prilocaine" adlı mazlar protokol əsasında götürülmüşdür. Biləsuvar Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli № 10000-00127/23 saylı EP № ******* inzibati xəta haqqında Protokola əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş idarəsinin İstintaq idarəsinin 2-ci şöbəsində Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə 11 dekabr 2023-cü il tarixdə qəbul edilmiş “sübutların qiymətləndirilməsi haqqında” qərar ilə sonuncunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkib əlamətləri olduğundan materiallar ayrılaraq baxılması üçün aidiyyəti üzrə Təhqiqat şöbəsinə verilmişdir.232970168 nömrəli cinayət işi üzrə 11 dekabr 2023-cü il tarixdə qəbul edilmiş “sübutların qiymətləndirilməsi haqqında” qərardan və cinayət işindən ayrılmış sənədlərdən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs 2023-cü ilin sentyabr ayında İran İslam Respublikasının Culfa şəhərində olduğu zaman, oradan əldə etdiyi az miqdarda, yəni 848 manat dəyərində 106 ədəd “Xyla- P Lidocaine-Prilocaine” adlı məlhəm-mazı əl yüklərinin içərisində olan ərzaq mallarının və yuyucu vasitələrin arasında yerləşdirməklə 26 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-9/7562-7/1387-6/5260 nömrəli 17 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 106 ədəd üzərində “Xyla-P Lidocaine/Prilocaine” 30 g markalanma göstəriciləri əks olunmuş tublarda olan ağ rəngli məlhəmin tərkibində “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və “Güclü təsir edən maddələr və onların küllü miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil olan maddələr müəyyən edilmədi, istifadə müddətləri bitməmişdir və həmin mazların 26 oktyabr 2023-cü il tarixə olan orta bazar qiyməti 848 manat təşkil edir. Həmçinin sözügedən ekspert rəyindən görünür ki, 1 ədəd üzərində “Xyla-P Lidocaine/Prilocaine” 30 g markalanma göstəriciləri əks olunmuş tublarda olan ağ rəngli məlhəm ekspertiza tədqiqatına sərf edilmişdir. Qeyd olunan faktla bağlı Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X2 tərəfindən 12 dekabr 2023-cü il tarixdə İXM-in 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnizibati materialı tərtib etmiş şəxsə və Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs hazırkı inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 482.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan 17 oktyabr 2023-cü il tarixli № 3-16-16/2—9/7562-7/1387- 6/5260 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, 106 ədəd üzərlərində “..Xyla- P.Lidocaine/Prilocaine 30 g.. markalanma göstəriciləri əks olunmuş tublarda olan ağ rəngli məlhəmin tərkibində Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları"na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahharı"na daxil olan maddələr müəyyən edilmədi, istifadə müddətləri bitməmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş malların xx.xx.2023-cü il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1898,00 manat müəyyən edilir. O cümlədən:- “Xyla-P Lidocaine/Prilocaine 30 g" (30 qram) markalı maz 106 ədəd-848,00 (106x8man) -Aksiz markası olmayan “X6” markalı, ştirix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan filtrli siqaret 150 qutu - 1050,00 (105x7 man) manat müəyyən edilmişdir. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, inzibati xəta törətmiş Şəxs barəsində malların müsadirəsi növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 30, 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin və Şəxs götürülmüş 106 ədəd “Xyla-P Lidocaine/Prilocaine 30 g" (30 qram) markalı maz müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №3(022)-6/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-6/2024
08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver