Məhkəmə qərarları › İş №3(022)-60/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-60/2023

05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-60/2023 05.01.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi ilə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X1, inzibati xəta haqqında iş üzrə qərarından şikayət verilmiş vəzifəli şəxs, Biləsuvar rayon polis şöbəsi dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru Nümayəndə iştirakı ilə, X1 Biləsuvar rayon polis şöbəsi dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru Nümayəndə inzibati tənbeh vermə haqqında 19 dekabr 2022-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 19 dekabr 2022-ci il tarixdə Biləsuvar rayon polis şöbəsi dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru Nümayəndə tərəfindən X1 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Biləsuvar rayon polis şöbəsi dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru Nümayəndə inzibati tənbeh vermə haqqında 19 dekabr 2022ci il tarixli, TP ******* saylı qərarı ilə A.A.Mustafayeva barəsində 100 manat məbləğində inzibati cərimə və 4 cərimə balı tətbiq edilmişdir. 21 dekabr 2022-ci il il tarixdə X1 Biləsuvar rayon polis şöbəsi dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru Nümayəndə inzibati tənbeh vermə haqqında 19 dekabr 2022-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X3 şikayətini müdafiə etməyərək və inzibati tənbeh vermə haqqında 19 dekabr 2022-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətin geri qaytarılması barədə məhkəməyə ərizə təqdim edərək, bildirdi ki, o, Biləsuvar rayon polis şöbəsi dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru Nümayəndə inzibati tənbeh vermə haqqında 19 dekabr 2022ci il tarixli, TP ******* saylı qərarından şikayət verdikdən sonra bu sahədə təcrübəsi və müvafiq biliyi olan şəxslərlə məsləhətləşmiş və özü üçün müəyyən etmişdir ki, şikayət verdiyi inzibati tənbeh vermə haqqında 19 dekabr 2022-ci il tarixli, TP ******* saylı qərarın qəbulu zamanı Azərbaycan Respublikası İXM-nin və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə tam əməl olunmuşdur və həmin qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə olan halda o, verdiyi şikayətin mahiyyəti üzrə araşdırılmasını istəmir. Buna görə də V.Ş.İsmayılzadə şikayətin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərarından şikayət verilmiş vəzifəli şəxs Nümayəndə şikayətin geri qaytarılmasına razı olduğunu bildirdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması zamanı hakim inzibati xəta haqqında icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. Bununla əlaqədar hesab edirəm ki, V.Ş.İsmayılzadə inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxılmasını istəmədiyinə və həmin şikayətin qaytarılmasını xahiş etdiyinə görə şikayətə baxılmasına əsaslar yoxdur və şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Biləsuvar rayon polis şöbəsi dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru Nümayəndə inzibati tənbeh vermə haqqında 19 dekabr 2022-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət, öz ərizəsinə əsasən, barəsində inzibati tənbeh tədbiri barədə qərar çıxarılmış X2 qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin Sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar