Məhkəmə qərarları › İş №3(022)-615/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-615/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-615/2023 07.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxsnun iştirakı ilə, xx xxxxx 1970-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, xadimə işləyən, Biləsuvar rayonu Çaylı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Şirvan Apellyasiya Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(106)-2102/2022 saylı icra sənədinə əsasən Şəxs 1018 (min on səkkiz) manat məbləğdə pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Borclu Şəxs icra sənədində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də, Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən 07 iyun 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmədə verdiyi izahatında bildirmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(106)-2102/2022 saylı icra sənədinə əsasən Şəxs 1018 (min on səkkiz) manat məbləğdə pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Hazırkı vaxta kimi ödənişlə bağlı hər hansı sənəd təqdim edilməmişdir. Borclu Şəxs hazırda rəsmi olaraq işləyir, aylıq əmək haqqı 850 (səkkiz yüz əlli) manat təşkil edir. O, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, hal-hazırda rəsmi olaraq işləyir, aylıq əmək haqqı 850 (səkkiz yüz əlli) manat təşkil edir. Lakin borcunu tam şəkildə qaytarmağa maddi imkanı yoxdur. Zərərçəkmiş şəxs Şirvan Apellyasiya Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(106)- 2102/2022 saylı icra sənədinə əsasən 1018 (min on səkkiz) manat məbləğdə borcu vardır. İcra sənədində qeyd olunan həmin borcdan bir hissəsini ödəyib, qalan hissəni də imkan olduqca ödəyəcəkdir. Habelə, ailəsini də maddi cəhətdən təmin etmək öhdəliyi onun hazırkı borcunu ödəməyinə qismən mane olur. Hazırda icra sənədini tam şəkildə icra etmədiyi üçün səmimi peşmançılıq keçirir. O, barəsində yüngül inzibati tənbehin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(106)-2102/2022 saylı icra sənədinə əsasən Şəxs 1018 (min on səkkiz) manat məbləğdə pul vəsaiti tutularaq ona verilməlidir. Şəxs hazırkı vaxta kimi borcundan cəmi 400 manat məbləğ ödəmiş, qalan hissə ödənilməmişdir. Sonda Zərərçəkmiş şəxs borcunun tam şəkildə ödənilmədiyi halda Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, işdə olan Şirvan Apellyasiya Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(106)-2102/2022 saylı icra sənədinə əsasən Şəxs 1018 manat məbləğdə pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hallar onun səmimi peşmançılığı və borcundan qismən ödəniş edilməsidir. Şəxs ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin hallarını, Şəxs şəxsiyyətini və törədilən əməlin xarakterini nəzərə alaraq hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona İXM-in 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə izah edirəm ki, İXMin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar