Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-618/2024 17.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X8 katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X4 Bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu Günəşli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs barəsində daxil olmuş məlumatın araşdırlıması məqsədi ilə xx.xx.2024-cü il tarixdə icraatında olan 6096 nömrəli materialın icrası ilə əlaqədar Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis nəfəri İlqar Babayevlə R.Teymurovun yaşadığı Biləsuvar rayon Zəhmətabad kəndində olduqları zaman onu daxil olmuş materialla tanış etdikləri zaman R.Teymurov ucadan ünvansız nalayiq söyüş söyərək ictimai qaydanı kobud şəkildə pozmuş və ictimai asayışın bərpası zamanı polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X4 Bölməsinin sahə rəisi X2 göstərmişdir ki, Biləsuvar rayon Ağayrı kənd sakini X9 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respubilkası DİN-in “102” Xidməti-Zəng mərkəzinə zəng edərək Biləsuvar rayonu Günəşli kəndində yaşayan Gülnur Əsədovanın həyat yoldaşı Şəxs tərəfindən döyülərək buçaqla hədələməsi barədə məlumat vermişdir. Daxil olunmuş müraciətlə bağlı xx.xx.2024-cü il tarixdə saat 18:50 radələrində Səmədabad PB-nin polis nəfərləri polis baş serjantı X12, X10 və X5 ilə birlikdə Biləsuvar rayon Günəşli kənd sakini Şəxs yaşadığı ünvana gedərkən onu küçədə görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onun barəsində şikayət olduğunu ona izah etmişlər. Sonuncuya Səmədabad PB-nə onlarla getməsini bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə Səmədabad PB-nə gedərkən yolda fikirini dəyişərək bildirmişdir ki, o, polis bölməsinə getmək istəmir, bölməyə çatdıqdan sonra Səmədabad PB-nin həyətində nalayıq ifadələr işlətdiyi üçün onu nizam- intizama dəvət etmişlər, lakin o, polisin qanuni tələblərinə tabe olmamışdır. O, isə yenə polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəktlərini davam etdirmişdir. Onun barəsində qanuni tədbir görülməsi üçün Biləsuvar RPŞ-nə aparılaraq növbətçi hissəsinə təhvil verilmişdir. Beləliklə, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Biləsuvar rayonu Günəşli kəndində polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onun barəsində şikayət olduğunu ona bildirilmiş. Lakin ona Biləsuvar rayon polis şöbəsini çağırılması ilə əlaqədra heç bir bildiriş gəlməmişdir. Ona Səmədabad PB-nə onlarla getməsini bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə Səmədabad PB-nə gedərkən yolda fikirini dəyişərək o, polis bölməsinə getmək istəmədiyini bildirmişdir. Lakin polis əməkdaşları onu tutaraq Biləsuvar rayon PŞ-nə gətirmişlər. Hazırda ona elan olunmuş inzibati xətanı qəbul etmir və özünü təqsirli bilmir. Məhkəmə iclasında şahid X10 bildirmişdir ki, daxil olmuş müraciətlə bağlı xx.xx.2024-cü il tarixdə saat 18:50 radələrində Səmədabad PB-nin polis nəfərləri polis baş serjantı X12 və X7 ilə birlikdə Biləsuvar rayon Günəşli kənd sakini Şəxs yaşadığı ünvana gedərkən onu küçədə görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onun barəsində şikayət olduğu ona izah olunmuşdur. Sonuncuya Səmədabad PB-nə onlarla getməsini bildirmişlər. Şəxs polis əməkdaşları ilə birlikdə Səmədabad PB-nə gedərkən yolda fikirini dəyişərək, polis bölməsinə getmək istəməmiş, bölməyə çatdıqdan sonra Səmədabad PBnin həyətində nalayıq ifadələr işlətdiyi üçün onu nizam- intizama dəvət etmişlər. O, isə yenə polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəktlərini davam etdirmişdir. Onun barəsində qanuni tədbir görülməsi üçün Biləsuvar RPŞ-nə aparılaraq növbətçi hissəsinə təhvil verilmişdir. X3 və X7 şahid X10 ilə eyni məzmunda ifadə vermişlər. İşdə olan 16 iyul 2024-cü il tarixli AZA N 020101 saylı inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 16 iyul 2024-cü il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, habelə şahidləri dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətaların törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir. Ona görə də Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 16 iyul 2024-cü il tarixdən saat 19:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X15
Məhkəmə qərarları › İş №3(022)-618/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-618/2024
17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver