Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-619/2024 31.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, zərərçəkmiş şəxs X4 iştirakları ilə xx xxxx 1977-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü, məhkumluğu olmayan, Biləsuvar rayonu Ağalıkənd kəndində yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 15 iyun 2024-cü il tarixdə idarə etdiyi BMW-745 markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Biləsuvar rayonu Ağalıkənd kəndində hərəkətdə olan zaman X2 idarə etdiyi “Belarus-892" markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı traktorla toqquşmuş, daha sonra 200 metr kənarda sol tərəfdə yolun ehtiyyat hissəsində dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs2 məxsus VAZ-21214 markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq dayanmışdır. Nəticədə Şəxs və onun avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs1 xəsarət almışlar. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində YPX inspektoru polis baş leytenantı X6 tərəfindən 14 iyul 2024-cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, özünə məxsus BMW 745 markalı, **-KZ-*** dövlət qediyyat nişanlı avtomobili BD 403220 nömrəli, xx.xx.2021-ci il tarixli sürücülük vəsiqəsi ilə idarə edir. 15 iyun 2024-cü il tarixdə saat 23 radələrində Biləsuvar rayonu Ağalıkənd kəndinin mərkəzində özünə məxsus BMW 745 markalı, **-KZ-*** dövlət qediyyat nişanlı avtomobillə yaşadığı evə gedən zaman yolda qohumu Zərərçəkmiş şəxs1 görmüş və avtomobili saxlayaraq sonuncunu avtomobilə götürmüşdür. Biləsuvar rayonu Ağalıkənd kəndinin mərkəzi küçəsi ilə Ələt-Astara yoluna doğru hərəkətdə olan zaman qarşısına traktor çıxmış, həmin vaxt traktorun qoşqusunu görməmiş və toqquşmuşdur. Daha sonra isə hərəkətini davam edərək evə tərəf getmək istəmiş, çünki şəkər xəstəsi olduğu üçün hadisədən qorxmuş və dərmanlarını qəbul etmək istəmişdir. Yaşadığı küçəyə dönmək istəyən zaman həyəcanlı olduğu üçün idarəetməni itirmiş və yolun sol tərəfində dayanmış Niva markalı avtomobilə dəyərək dayanmışdır. Hadisə nəticəsində ozu və yanında olan qohumu Zərərçəkmiş şəxs1 xəsarət almışdır. Onlardan başqa hadisə zamanı xəsarət alan olmamışdır. Daha sonra hadisə yerinə gələn vətəndaşlar və polis əməkdaşları onları rayon mərkəzi xəstəxanasına aparmışlar. Hərəkətdə olan zaman həmin traktoru 100 metr məsafədən görmüş, lakin arxasında olan qoşqunu görməmiş, ona görə də toqquşma olmuşdur. O, hadisədən əvvəl spritli içki qəbul etməmişdir. Hadisədən əvvəl BMW 745 markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 50-60 kilometr sürətlə hərəkətdə olmuşdur. Hadisə zamanı idarə etdiyi avtomobildə bir nəfər Zərərçəkmiş şəxs1 olmuşdur. Hadisə saat 23 radələrində havanın qaranlıq vaxtı baş vermiş, yol quru olmuşdur. Hadisə zamanı bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında izahatında ona dəymiş ziyanın Şəxs tərəfindən tam şəkildə ona ödənildiyini, ona qarşı heç bir iddia və tələbinin olmadığını göstərdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Biləsuvar Rayon Polis Şöbəsinə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı YPX inspektoru polis baş leytenantı X6 tərəfindən 14 iyul 2024-cü il tarixdə tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs zərərçəkmiş şəxsə yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. İş materiallarına əlavə edilmiş 15 iyun 2024-cü il tarixli 770 saylı tibbi müayinə aktından görünür ki, müayinə nəticəsində Şəxs sərxoş olmaması aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş AR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 917 saylı ekspert rəyindən görünür ki, 1998-ci il təvəllüdlü vətəndaş X1 dirsək oynağı nahiyəsində əzilmiş yara müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmiş, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş AR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 1112 saylı ekspert rəyindən görünür ki, 1977-ci il təvəllüdlü vətəndaş Şəxs sol baldır sümüklərinin epikondilusunun oynaq daxili sınığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əyşanın, (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis kapitanı X8 tərəfindən qəbul edilmiş HK-1/1114 saylı 09 iyul 2024-cü il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri inzibati xəta haqqında protokol və tibbi müayinə aktı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə işdə olan sübutlarla Şəxs təqsiri tam sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən hal onun zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəməklə onunla barışığa nail olması və səmimi peşman olmasıdır. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №3(022)-619/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-619/2024
31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver