Məhkəmə qərarları › İş №3(022)-620/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-620/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-620/2024 18.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Rəsulova Mədinə Camal qızının sədrliyi, məsləhətçi Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1984-cü il tarixdə Biləsuvar rayonu Yuxarı Cürəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Yuxarı Cürəli kəndində qeydiyyatda olan, və həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(022)-297/2021 saylı icra sənədinə əsasən Şəxs Zərərçəkmiş şəxs xeyrinə 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutulmalıdır. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi tərəfindən 18 iyul 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 bildirdi ki, Biləsuvar rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(022)-297/2021 saylı icra sənədinə əsasən Şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay 180 manat məbləğində pul vəsaiti ödənilməlidir. İcra sənədi üzrə 09 fevral 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, borclu Şəxs 2024-cü ilin yanvar ayınadək olan bütün borcunu ödəmiş, lakin 2024-cü ilin yanvar ayından sonra bu günədək icra vərəqəsinin icrası ilə bağlı heç bir ödəniş olunmamışdır. İcra sənədinin icrası ilə bağlı Şəxs yaşadığı ünvana poçt vasitəsilə xəbərdarlıq məktubu göndərərək, eyni zamanda şöbəyə dəvət edərək borcunu ödəməsini tələb etmişdir. Hazırda Şəxs tələbkara borcu 1280 manat təşkil edir. Tələbkar isə borclunun borcunu tam şəkildə ödəməsini tələb edir. Sonda, İ.İ.Əzizov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, ödəniş etməməsinə səbəb hal-hazırda işsiz olmasıdır. Həmçinin, Şəxs bildirdi ki, tələbkar Zərərçəkmiş şəxs Məhəməd oğlu onu uşaqları ilə görüşməyə qoymur. Lakin, buna baxmayaraq məhkəmə tərəfindən ona vaxt verilərsə bu gün ərzində borcunu tam ödəyəcək. Sonda, Şəxs ödənişin edilməsi üçün məhkəmədən ona şərait yaradılaraq vaxt verilməsini xahiş etdi. İcra sənədi üzrə tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Biləsuvar Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(022)-297/2021 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 09 fevral 2022-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borcluya bildiriş ünvanlanmışdır. İşdə olan materiallardan və borclunun izahatlarından görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs 2024-cü ilin yanvar ayından sonra ödəniş edilməmişdir. 18 iyul 2024-cü il tarixli ödəniş çekinin surətindən görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs 1200 manat məbləğində pul vəsaiti göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən məhkəmə iclasında verilmiş fasilə zamanı tələbkara olan 1260 manatdan 1200 manatın ödənilməsi onun qərəzli olaraq məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmadığını göstərir. Həmçinin, qeyd edilən hallar icra məmuru və özünün izahatı, eləcə də iş materiallarına əlavə olunmuş ödəniş qəbzi ilə də təsdiq olunur. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar