Məhkəmə qərarları › İş №3(022)-624/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-624/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-624/2025 04.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Şəxs MMC-nin nümayəndəsi X4 iştirakı ilə, Şəxs MMC Biləsuvar şəhəri, 8 mart küçəsi, ev 24 (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 215.4-cü maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: xx.xx.2025-ci il tarixdə saat 13:15-də şikayət əsasında ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən plandankənar yoxlama zamanı sertifikatsız tibb fəaliyyəti göstərən rentgen- texnik X3 aşkar edilmişdir. Buna görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 215.4-ci maddəsi ilə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin mütəxəssisi X5 tərəfindən 17 iyul 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X6 izahatında baxılan inzibati xəta haqqında iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin plandankənar yoxlamanın keçirilməsi haqqında 17 iyul 2025-ci il tarixli № T-239 saylı aktından görünür ki, şikayət əsasında ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus özəl tibb müəssisəsində plandankənar yoxlama keçirilmişdir. Qeyd olunan yoxlamanın nəticəsi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin mütəxəssisi X5 tərəfindən tərtib edilmiş plandankənar yoxlamanın nəticələrinə dair 17 iyul 2025-ci il tarixli T-239 saylı Aktından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13:15-də ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən plandankənar yoxlama zamanı rentgen- texnik X1 tibb fəaliyyəti ilə məşğul olması aşkar edilmişdir. Beləliklə, toplanmış sübutlarla Şəxs MMC-nin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun əməlində İXM-in 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq QƏRARA ALDİM: ünvan 3 ünvanı Biləsuvar şəhəri, H.Əliyev küçəsi 333) ünvanında yerləşən Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, Şəxs MMC barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar