Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-633/2025 24.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X9 məhkəmə-iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X3 Bölməsinin sahə rəisi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1966-cı ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində il ərzində inzibati tənbeh tədbiri tətbiq edilməyən, Biləsuvar rayonu, Ovçubərə kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində tərtib edilmiş 24 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs 30 aprel 2025-ci il tarixdə, saat 18:00 radələrində Ovçubərə kəndində, küçədə X5 ilə mübahisə edərək ünvansız nalayiq ifadələr işlətmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, həmin inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir və həmin inzibati xəta haqqında protokola baxılması Biləsuvar Rayon Məhkəməsinin səlahiyyətinə aiddir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İnzibati xəta haqqında protokolı tərtib etmiş X14 izahatında göstərdi ki, o, Biləsuvar Rayon Polis X3 Bölməsinin sahə rəisi vəzifəsində işləyir. O, araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibinin olmasını müəyyən etmişdir. Buna görə də Şəxs barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilərək, həmin nalayiq ifadələri sərxoş halda olduğu üçün və əsəbi vəziyyəti nəticəsində dediyini, əməlindən səmimi peşman olduğunu qeyd edərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. X1 öz izahatında bildirmişdir ki, Şəxs ilə telefon danışıqları zamanı Fərrux dövlətə, hakimiyyətə və onun qanunlarına qarşı nalayiq ifadələr işlətmişdir, bundan əlavə olaraq onun özünü də təhqir etmişdir. X2 öz izahatında bildirmişdir ki, Şəxs dəfələrlə ərazisini suvarmaq üçün su lazım olduğunu bildirmiş, lakin Fərrux ona və dövlətə qarşı nalayiq ifadələr işlətmişdir. X4 öz izahatında bildirmişdir ki, əkinçilik ilə məşğul olur, Fərruxdan əkin sahəsini suvarmaq üçün su istəyən zaman Fərrux ona və dövlətə qarşı ən ağır şəkildə nalayiq ifadələr işlətmişdir. Şahid kimi çıxış edən X6 öz izahatında bildirmişdir ki, onun ailəsi hərbiçidir, oğlu da 44 günlük vətən müharibəsində döyüşmüşdür. Şəxs dövlətə qarşı nalayiq ifadələr işlətdiyini eşitmiş, bu bir vətəndaş olaraq bu halın qəbul edilməsinin mümkün olmadığı üçün ona qarşı şahidlik etmək üçün məhkəməyə gəldiyini bidlirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati xəta haqqında” 24 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs 30 aprel 2025-ci il tarixdə, saat 18:00 radələrində Ovçubərə kəndində, küçədə X5 ilə mübahisə edərək ünvansız nalayiq ifadələr işlətmişdir. “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” 24 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərardaddan görünür ki, İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsinin tələbləri pozulduğu üçün qanunvericiliyə uyğun olaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. “Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlamaq haqqında” AZA seriyalı 008355 nömrəli protokoldan görünür ki, şəxsi axtarış zamanı Şəxs üzərində heç bir əşya aşkar olunmamışdır. “İnzibati qaydada tutma haqqında” AZA seriyalı 020105 nömrəli protokoldan görünür ki, Şəxs 23 iyul 2025-ci il tarixdə, saat 11:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında materiallara əlavə edilmiş CD formatlı diskə baxış keçirilən zaman Şəxs dövlətə və onun qanunlarına qarşı nalayiq ifadələr işlətdiyi müəyyən olunmuşdur.. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokolla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 510-cu maddəsinə əsasən maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolı tərtib etmiş vəzifəli şəxsi və şahidləri dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxsnın inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə tərəfindən inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyəti və onun təqsirinin dərəcəsini nəzərə alınır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən Şəxs sərxoş halda inzibati xəta törətməsini onun məsuliyyətini ağırlaşdıran hal olaraq müəyyən edir. İşin hallarını və Şəxsnın şəxsiyyətini nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı, həbs etmənin əvvəli 23 iyul 2025-ci il tarixdən saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Şəxs barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 23 iyul 2025-ci il tarixdən saat 11:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-633/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-633/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver