Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-636/2025 28.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1969-cu il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2025-ci il tarixdə saat 19 radələrində rayonun M.B.Qasımov küçəsində polis əməkdaşları ilə mübahisə edərək onların qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X4 göstərmişdir ki, o, Biləsuvar Rayon Polis Şöbəsinin İTB-in polis sahə rəisi vəzifəsində işləyir. Şəxs xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Biləsuvar rayonu M.B.Qasımov küçəsində polis əməkdaşları ilə mübahisə edərək onların qanuni tələbinə tabe olmamışdır. Bu səbəbdən də Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində iki nəfər mülki geyimli şəxs özlərini polis əmməkdaşları kimi təqdim edərək, onu Biləsuvar RPŞ-nə dəvət etmişlər.Lakin, o, içkili olduğundan özündən asılı olmayaraq polis əməkdaşları ilə mübahisə etmiş və polis şöbəsinə getməyəcəyini bildirmişdir. Hazırda əməlindən səmimi peşimandır, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 izahatında göstərmişdir ki, o, Biləsuvar Rayon Polis X5 bölməsində işləyir. Biləsuvar polis şöbəsinin istintaq bölməsində Şəxs barəsində araşdırma aparıldığı üçün izahatının alınmasından ötrü dəfələrlə telefon vasitəsilə zəng vurub polis şöbəsinə dəvət etsələr də, gəlməkdən imtina etmişdir. Bu səbəbdən də xx.xx.2025-ci il tarixdə Biləsuvar rayonu S.Vurğun küçəsində olan zaman saat təxminən 19 radələrində barəsində araşdırma aparılan Şəxs görüb, ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, barəsində aparılan araşdırma ilə əlaqədar polis şöbəsinə dəvət etmişlər. Lakin Şəxs onlarla mübahisə etməyə başlamış və şöbəyə getməkdən imtina etmişdir.Onu nizam intizama dəvət etsələr də, o, öz əməllərini davam etdirərək, polisin qanuni tələblərinə tabe olmamışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını, 3-cü qrup əlil olması onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İşin hallarını və Şəxs şəxsiyyətini, ailə vəziyyətini, sağlamlığını və digər halları nəzərə alaraq hesab edirəm ki, Şəxs İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır və bu inzibati tənbehin məqsədlərini təmin edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(022)-636/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-636/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver