Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-639/2025 11.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, xx.xx.1978-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, il ərzində inzibati tənbehi olmayan, Biləsuvar rayonu Amankənd kəndində qeydiyyatda olan və Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi ev 24-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 232-1-ci maddəsi ilə Biləsuvar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2025-ci il tarixdə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs məxsus evinin 3 ədəd pəncərəsini sındırması nəticəsində ona 95 manat ziyan vurmuşdur. Bununla da Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxsnın inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 232-1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X1 28 iyul 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsinə dair qərarından görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və hadisəni törədən Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın dəyəri 95 manat təşkil edir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdir. İşin hallarını və Şəxsnın təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 232-1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair“ 02 noyabr 2016-cı il tarixli qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Şəxs barəsində inzibati xəta nəticəsində vurulmuş 95 (doxsan beş) manat ziyanın bir misli həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(022)-639/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-639/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver