Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-641/2024 18.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxsnın barəsində Biləsuvar rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar şəhəri M.İbrahimov küçəsində yaşayan Zərərçəkmiş şəxs 06 iyul 2024cü il tarixdə Biləsuvar RPŞ-nə müraciət edərək 6-7 ay əvvəl onunla bir firmada işləyən Şəxs tərəfindən aldadıldığını, 500 manat pulunu ələ keçirtdiyini, ondan pulunu istədikdə ölümlə hədələdiyini bildirmişdir. Buna görə də, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin sahə rəisi X3 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə Şəxs əvvəllər “Aran" marketdə bir yerdə işləmişlər. Aralarında yaranmış inam və etibardan Şəxs istifadə edərək əvvəlcə 110 manat Zərərçəkmiş şəxs borc pul almış, həmin borcun 60 manatını qaytarmış, 50 manat borclu qalmışdır. Bundan başqa Zərərçəkmiş şəxs kreditlə 400 manat dəyərində məişəd avadanlıqları (ütü və tozsoranı) almış və Pərvizə vermişdir. Pərviz kredit ödənişlərini hər ay ödəmiş, lakin borc aldığı 50 manat pulu verməmişdir. Araşdırma materiallarından görünür ki, kreditlə məişət avadanlıqlarının alınması və 50 manat borclu qalması xüsusatı mülki mübahisədir. Lakin Şəxs inam və etibarından sui istifadə edərək Zərərçəkmiş şəxs aldatmış, işə düzəldəcəyini vəd etmiş, dələduzluq edərək ondan 500 manat pul almış və nəticədə 500 (beş yüz) maddi ziyan vurmuşdur. Buna görə də 13 iyul 2024-cü il tarixdə cinayət işinin başlanması rədd edilmiş, Şəxsnın əməlində İXM-in 227-ci maddəsinin tərkibi olduğuna görə qərarın surəti inzibati qaydada müvafiq tədbirlərin görülməsi üçün Biləsuvar rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatlarla bağlı izahatında göstərmişdir ki, o, 2024-cü ilin mart ayında “Aran” marketdə satıcı işləmiş, işlədiyi müddətdə Zərərçəkmiş şəxs işlədiyi yerdə tanımışdır. Onunla başqa heç bir münasibəti olmamışdır. Şəbnəmin pula ehtiyacı olduğu üçün mart ayında 80 manat borc pul istəmiş, ona 80 manat pul vermişdir. Mart ayında maaşını almış, Şəbnəm onun pulunu qaytarmışdır. 2024-cü ilin may ayında işdən çıxma ərəfəsində olarkən pula ehtiyacı olduğundan Şəbnəmdən pul istəmiş, 110 manat Şəbnəm ona pul vermişdir. İyun aylarında onun pulundan 60 manatını ödəmiş, 50 manat borclu qalmışdır. Həyat yoldaşı ilə arasında yaranmış narazılıqla bağlı boşanmış, cehizlərini atası evinə aparmış, evdə istifadə etmək üçün ütü və tozsoran almalı olmuş, Şəbnəm öz adına kreditlə ütü və tozsoran götürmüş, aylıq pulunu ödəyəcəyi ilə razılaşmış, Şəbnəm ütü və tozsoranı gətirib ona vermiş, onun aylıq pulunu hər ay ödəmiş, altı ayda hər ay 40 manat olmaqla ödəmiş, hal-hazırda 180 manat kredit borcu qalmışdır. xx.xx.2024-cü il tarixdə axırıncı ödəməni gecikdirdiyinə görə 50 manat pul ödəmişdir. Firmada işləməmiş, Şəbnəmlə hər ikisi “Aran" marketdə işləmiş, ondan 500 manat pul almamış, ona 50 manat borcu olmuşdur. Heç bir zaman onu işə düzəldəcəyini söz verməmişdir. Araşdırma zamanı Şəxs izahatında Zərərçəkmiş şəxs aldığı 500 manat pulu işə düzələndən sonra 3 dəfəyə hissə-hissə ödəyəcəyini bildirdi. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatında bildirmişdir ki, 2019-cu il il tarixdən ‘Aran” marketdə satıcı işləyir. Şəxs onunla işləmiş, inam və etibar qazanmış, onu firmaya yüksək maaşlı işə düzəldəcəyini, 1000 manatdan artıq maaş alacağını bildirərərk ondan 500 manat nəğd pul almışdır. Daha sonra 400 manat dəyərində məişət avadanlıqlarını (ütü və tozsoran) kreditlə götürüb Şəxs vermişdir. Lakin Pərviz onu vəd verdiyi işə düzəltməmiş, ondan pulunu istədikdə isə Pərviz onun pulunu verməmiş, hətta onu ölümlə hədələmişdir. Dəfələrlə onun atasına xəbər göndərmiş, məişət avadanlıqlarının kredit pulunun bir hissəsini özü və atası vermişdir. Hal-hazırda Pərviz telefonlarını açmamış və blok etmişdir. Buna baxmayaraq, Şəxs ilə barışmamışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Sanbala oğlunun inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 227-ci maddəsi ilə tövsif olunmuşdur. Beləliklə, hesab edirəm ki, Şəxs əməlində İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən onun Vətən müharibəsi iştirakçısı olmasıdır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. İXM-in 227-ci maddəsində nəzərədə tutulmuş xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İşin hallarını, Şəxs şəxsiyyətini, törədilən əməlin xarakterini nəzərə alaraq hesab edirəm ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona İXM-in 227-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmalıdır. İXM-in 28.1-ci maddəsinə görə ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. İXM-in 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 180 (yüz səksən) saat müddətə ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(022)-641/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-641/2024
18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver