Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-642/2024 31.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Rəsulova Mədinə Camal qızının sədrliyi, məsləhətçi Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 iştirakı ilə, 21 mart 1981-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, evli, himayəsində 4 uşağı olan, fərdi əməklə məşğul olan, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, İran İslam Respublikası, ünvan 1 ünvanda yaşayan, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X1 06 may 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Rusiya Federasiyasından İran İslam Respublikasına gedən İran İslam Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “Berlıet TR260” markalı, 59AA375/59AA376 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində gömrük nəzarəti zamanı rentgen yoxlamasından keçərkən şübhəli təsvirlər müşahidə edilmiş, bundan sonra yük nəqliyyat vasitəsi əsaslı yoxlanılmış və əsaslı yoxlama zamanı qoşqunun alt hissəsində olan su çəninin içərisindən gömrük nəzarətindən gizlədilmiş, Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış, ümumi dəyəri 1129 manat təşkil edən 5 ədəd “Майконская” adlı 1 (bir) litrlik şüşə butulkalı, 6 ədəd “Белая Березка Золотая «секрет мягкости» 1 (bir) litrlik şüşə butulkalı, 2 ədəd “Белая Березка секрет мягкости” adlı 1 (bir) litrlik süşə butulkalı, 3 ədəd “Bionica" adlı 1 (bir) litrlik şüşə butulkalı, 2 ədəd “Первый ранг” adlı 1 lir) litrlik şüşə butulkalı, 9 ədəd “Хорта” adlı 1 (bir) litrlik şüşə butulkalı, 7 ədəd “Original” adlı 1 (bir) litrlik şüşə butulkalı, 5 ədəd “Белая Сова” adlı 1 (bir) litrlik şüşə butulkalı, 4 ədəd Tundra” adlı 1 (bir) litrlik şüşə butulkalı, 1 ədəd “Талка” adlı 0,5 (sıfır tam onda beş) litrlik süşə butulkalı, 2 ədəd “Белая Березка” adlı 0,5 (sıfır tam onda beş) litrlik şüşə butulkalı araqlar, 2 ədəd “Mancatcher Special” adlı 0,5 (sıfır tam onda beş) litrlik şüşə butulkalı viski, 2 əoəd “Дагестан” adlı 0,5 (sıfır tam onda beş) litrlik şüşə butulkalı, 2 ədəd “Кизляр” adlı 0,5 rr tam onda beş) litrlik şüşə butulkalı konyaklar, 2 ədəd “Каноническое” adlı 0,75 litrlik s_şə butulkalı çaxır və ümumi dəyəri 42 manat təşkil edən Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmış 21 ədəd “Baltika” adlı 0,5 (sıfır tam onda beş) litrlik şüşə butulkalı pivə aşkar edilərək götürülmüşdür. Buna görə də X5 barəsində 15 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 inzibati xəta haqqında protokolda göstərilmiş xüsusatları təsdiq edərək göstərdi ki, o, 21 mart 1981-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərində anadan olmuş və hazırda həmin ünvanda qeydiyyatda olmaqla, yaşayır. Azərbaycan dilində danışır, həmçinin yazıb-oxuyur bu səbəbdən tərcüməçiyə ehtiyacı yoxdur. Rəsmi olaraq heç bır yerdə işləməsə də təxminən 25 ildir ki, sürücü kimi çalışır. Sürücülük fəaliyyətinə başladıqdan etibarən İran İslam Respublikasından Azərbaycan Respublikasına və Rusiya Federasiyasına yük daşımaqla məşğul olur. Sonuncu dəfə 20 aprel 2024-cü il tarixdə İran İslam Respublikasının Təbriz şəhərindən Rusiya Federasiyasının Moskva şəhərinə "avtomobil boyası" yükü aparmaq sifarişi almışdır. İran İslam Respublikasının Təbriz şəhərində yükü yüklədikdən sonra Rusiya Federasiyasının Moskva şəhərinə yola düşdü. Onun qardaşının 07 may 2024- cü il tarixində toy məclisi keçiriləcəkdir. Qardaşı Rusiya Federasiyasına yük aparacağını bildikdə ondan Rusiyada daha ucuz olduğunu nəzərə alıb, onun oğlunun toyuna Rusiyadan araq alıb gətirməyini xahiş etdi. 02 may 2024-cü il tarixdə Rusiyanın Moskva şəhərinə çatdı. 03 may 2024-cü ildə Rusiyanın Moskva şəhərində yükü boşaltdıqdan sonra Rusiya Federasiyasının Moskva şəhərindən İran İslam Respublikasının Culfa şəhərinə “kosmetik pambıq” yükü aparmaq sifarişi aldı. Elə həmin tarixdə idarə etdiyi avtomobili yükün yüklənməsinə təqdim etdikdən sonra orda milliyətcə tacik olan şəxsə hardan araq ala biləcəyini soruşdu. O isə cavabında burda işləyən digər şəxsin maşını ilə mənə gedib bir yerdə spirtli içkiləri almağı təklif etdi. Gedib spirtli içkiləri aldıqdan sonra tacik olan şəxsə bildirdi ki, aldığım spirtli içkiləri yük yükləndikdən sonra gəlib istifadəsində olan avtomobil ilə dükandan götürəcəyini satıcıya bildirsin. Satıcı ilə razılaşdıqdan sonra 24650 rubl təqribən 250 dollar ödəniş etdi. 04 may 2024- cü il tarixdə şirkətdə gömrük nəzarəti vasitələri tətbiq olunduqdan sonra idarə etdiyi avtomobil ilə aldığı spirtli içkiləri dükandan götürüb Rusiyadan Azərbaycan istiqamətində hərəkətə başladı. Rusiyanın Moskva şəhərini tərk etdikdən sonra yolda qarşısına çıxan parkda avtomobili saxlayaraq, aldığı spirtli içkiləri əvvəlcədən hazırladığı gizli saxlanc yerində yerləşdirdi. Marşrut üzrə “Samur” gömrük postundan keçərkən gömrük yoxlamasına cəlb edildi, gömrük yoxlamasından keçdikdən sonra rentgen aparatları işləmədiyindən gömrük yoxlaması yekunlaşdırılıb və təyinatı üzrə yoluna davam etmişdir. Təyinat üzrə marşrutuna davam edərək Biləsuvar gömrük postuna gəlmiş, pasport nəzarətindən keçdikdən sonra avtomobilini gömrük yoxlama yerinə sürdü. Həmin vaxt gömrük əməkdaşı onunla şifahi şəkildə sorğu-sual apardı. Avtomobilində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan malların olub-olmamasını soruşdu. O da bildirdi ki, idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunmayan hər hansı predmet yoxdur. Bundan sonra avtomobil rentgen aparatına göndərildi. Rentgen yoxlamasından keçdikdən sonra avtomobil yenidən yoxlandı və yoxlama zamanı avtomobilin qoşqusunun alt hissəsində olan su çəninin içərisindən gömrük nəzarətindən gizlətdiyi 5 ədəd “Майконская" adlı 1 (bir) litrlik şüşə butulkalı, 6 ədəd "Белая Березка Золотая" adlı 1 (bir) litrlik şüşə butulkalı, 2 ədəd “Белая Березка секрет мягкости" adlı 1 (bır) litrlik şüşə butulkalı 3 ədəd “Bionica” adlı 1 (bir) litrlik şüşə butulkalı, 2 ədəd “Первый ранг” adlı 1 (bir) litrlik şüşə butulkalı, 9 ədəd "Хорта" adlı 1 (bir) litrlik şüşə butulkalı, 7 ədəd "Original’' adlı 1 (bir) litrlik şüşə butulkalı, 5 ədəd "Белая Сова" adlı 1 (bir) litrlik şüşə butulkalı, 4 ədəd “Tundra" adlı 1 (bir) litrlik şüşə butulkalı, 1 ədəd “Талка" adlı 0,5 (sıfır tam onda beş) litrlik şüşə butulkalı, 2 ədəd "Белая Березка" adlı 0.5 (sıfır tam onda beş) litrlik şüşə butulkalı araqlar. 2 ədəd "Mancatcher Special” adlı 0,5 (sıfır tam onda beş) litrlik şüşə butulkalı viski, 2 ədəd “Дагестан” adlı 0,5 (sıfır tam onda beş) litrlik şüşə butulkalı, 2 ədəd “Кизляр” adlı 0,5 (sıfır tam onda beş) litrlik şüşə butulkalı konyaklar, 2 ədəd “Каноническое” adlı 0,75 litrlik şüşə butulkalı çaxır aşkar edildi. Daha sonra yoxlama davam etdirildi və avtomobilin yük yerindən-qoşqusunun ön hissəsindən yüklərin arasından gömrük nəzarətindən gizlədilmiş Azərbaycan Respublikasının aksiz markası ilə markalanmış (daxili istehsal) 21 ədəd “Балтика" adlı 0,5 (sıfır tam onda beş) litrlik dəmir bankada pivələr aşkar edildi. Yoxlama qurtardıqdan sonra idarə etdiyi “Berlıet TR260" markalı, 59AA375/59AA376 dövlət qeydiyyat nişanlı yük avtomobilindən aşkar olunan müxtəlif adlı spirtli içkilər araşdırma məqsədilə protokol əsasında götürüldü. Sonda X5 əməlindən peşman olduğunu, bir daha belə hərəkətə yol verməyəcəyini bildirərək barəsində ədalətli qərara qəbul ediməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə protokolu tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) nümayəndəsinin iştirakı olmadan inzibati xətalara dair işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 inzibati xəta haqqında materiala əlavə olunmuş izahatında göstəmişdir ki, “Samur” gömrük postundan keçərkən gömrük yoxlamasına cəlb edilmiş, gömrük yoxlamasından keçdikdən sonra rentgen aparatları işləmədiyindən gömrük yoxlaması yekunlaşdırılıb və təyinatı üzrə yoluma davam etmiş, təyinat üzrə marşrutuna davam edərək Biləsuvar gömrük postuna gəlmişdir. Pasport nəzarətindən keçdikdən sonra avtomobilini gömrük yoxlama yerinə sürmüş, həmin vaxt gömrük əməkdaşı onunla şifahi şəkildə sorğu-sual aparmışdır. Bundan sonra avtomobil rentgen aparatına göndərildi. Rentgen yoxlamasından keçdikdən sonra avtomobil yenidən yoxlandı və yoxlama zamanı avtomobilin qoşqusunun alt hissəsində olan su çəninin içərisindən gömrük nəzarətindən gizlətdiyi 5 ədəd “Майконская" adlı 1 (bir) litrlik şüşə butulkalı, 6 ədəd "Белая Березка Золотая" adlı 1 (bir) litrlik şüşə butulkalı, 2 ədəd “Белая Березка секрет мягкости" adlı 1 (bır) litrlik şüşə butulkalı 3 ədəd “Bionica” adlı 1 (bir) litrlik şüşə butulkalı, 2 ədəd “Первый ранг” adlı 1 (bir) litrlik şüşə butulkalı, 9 ədəd "Хорта" adlı 1 (bir) litrlik şüşə butulkalı, 7 ədəd "Original’' adlı 1 (bir) litrlik şüşə butulkalı, 5 ədəd "Белая Сова" adlı 1 (bir) litrlik şüşə butulkalı, 4 ədəd “Tundra" adlı 1 (bir) litrlik şüşə butulkalı, 1 ədəd “Талка" adlı 0,5 (sıfır tam onda beş) litrlik şüşə butulkalı, 2 ədəd "Белая Березка" adlı 0.5 (sıfır tam onda beş) litrlik şüşə butulkalı araqlar. 2 ədəd "Mancatcher Special” adlı 0,5 (sıfır tam onda beş) litrlik şüşə butulkalı viski, 2 ədəd “Дагестан” adlı 0,5 (sıfır tam onda beş) litrlik şüşə butulkalı, 2 ədəd “Кизляр” adlı 0,5 (sıfır tam onda beş) litrlik şüşə butulkalı konyaklar, 2 ədəd “Каноническое” adlı 0,75 litrlik şüşə butulkalı çaxır aşkar edildi. Daha sonra yoxlama davam etdirildi və avtomobilin yük yerindən-qoşqusunun ön hissəsindən yüklərin arasından gömrük nəzarətindən gizlədilmiş Azərbaycan Respublikasının aksiz markası ilə markalanmış (daxili istehsal) 21 ədəd “Балтика" adlı 0,5 (sıfır tam onda beş) litrlik dəmir bankada pivələr aşkar edildi. Yoxlama qurtardıqdan sonra idarə etdiyi “Berlıet TR260" markalı, 59AA375/59AA376 dövlət qeydiyyat nişanlı yük avtomobilindən aşkar olunan müxtəlif adlı spirtli içkilər araşdırma məqsədilə protokol əsasında götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/2721-9/3737 nömrəli ekspertiza rəyindən görünür ki, təhqiqata təqdim edilmiş mayelər tərkiblərinə əsasən alkoqollu içkilərdir. İçkilər yoxlanılan orqanoleptik əlamətlərinə və fiziki-kimyəvi göstəricilərinə əsasən qablaşdırmaları üzərlərindəki etiket göstəricilərinə və müvafiq standartların tələblərinə cavab verirlər. Ekspertiza tədqiqatına təqdim edilmiş 16 adda spirtli içkinin 06 may 2024-cü il tarixə ümumilikdə dəyəri 1171 manat təşkil etmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, İran İslam Respublikasının vətəndaşı X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığına görə sonuncu barəsində cnayə işi üzrə icraata xitam Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş və həmin cinayət işinin materiallarından X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480ci maddəsi ilə material ayrılmışdır. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış maddi sübutlar olan spirtli içkilər, həmçinin “Barlıet TR260” markalı, 59AA375/59AA376 dövlət nömrə nişanlı yük avtomobili və həmin avtomobildə daşınan yüklər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsində saxlanılır. “Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi” (İAMAS) “Sərhədkeçməyə məhdudiyyət” siyahısına məlmatlarındaxil edilməsi və ya müvafiq əsasların aradan qalxması ilə əlaqədar onların aktiv statusunun dəyişdirilməsi haqqında 24 iyun 2024-cü il tarixli bildirişdən görünür ki, İran İslam Respublikasının vətəndaşı X3 Azərbaycan Respublikası ərazisindən getməsi müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri tərəfindən baxılır; 43.3-cü maddəsinin tələbinə uyğun olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir; 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir; 479-cu maddəsinin “Qeyd” hissəsinə görə həmin Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla X2 inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, X2 şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən iş üzrə X2 məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən iş üzrə X2 məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirə edilməsi növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirə edilməsi növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-642/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-642/2024
31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver