Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-643/2024 19.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ İş № 3(022)-643/2024 Azərbaycan Respublikası adından (İnzibati xəta haqqında iş üzrə) QƏRAR BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ 19 iyul 2024-cü il Biləsuvar şəhəri Biləsuvar Rayon Məhkəməsinin hakimi Rəsulova Mədinə Camal qızının sədrliyi, məsləhətçi Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1981-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, İİ dərəcə əlilliyi olan (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs) , fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinindən daxil olmuş inzibati xəta haqqında materiala, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 3(022)-203/2024 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 160 (yüz altmış) saat müddətə ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Əhmədova X1 Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 3(022)-203/2024 saylı qərarı ilə onun barəsində tətbiq edilmiş ictimai işlər növündə inzibati tənbeh tədbirini icra etməkdən boyun qaçırdığına görə barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə inizbati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş şəxslərin izahatları: İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 3(022)-203/2024 saylı qərarına əsasən Şəxs barəsində 160 (yüz altmış) saat müddətinə ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Lakin Şəxs həmin inzibati tənbeh tədbirini çəkməkdən boyun qaçırmışdır. Bununla əlaqədar Şəxs dəfələrlə xəbərdarlıq edilmiş, barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə veriləcəyinə dair bildiriş verilmiş, lakin həmin şəxs qanunsuz əməllərinə davam etmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi ilə inizbati xəta haqqında protokol tərtib etmişdir. R.A.Ağazadə Şəxs barəsində qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Şəxs bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 3(022)- 203/2024 saylı qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinmiş və onun barəsində 160 (yüz altmış) saat müddətinə ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. O, bildirdi ki, onkoloji xəstə olduğu üçün bu cəzanı çəkə bilməyəcək. Bu cəzanı çəkməyə heç bir fiziki imkanının olmadığını bildirdirmişdir. Sadalanan səbəblərə görə, ona tətbiq edilmiş inzibati tənbeh tədbirini icra edə bilməmişdir. O, mövcud vəziyyətdə üzrlü səbəbdən məhkəmənin qərarını icra edə bilmədiyi üçün əməlindən peşmandır. Şəxs, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Biləsuvar Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 fevral 2024-cü il tarixli, 3(022)-203/2024 saylı qərara əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 160 (yüz altmış) saat müddətində ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. 18 mart 2024-cü il tarixli “ictimai işlərə cəlb olunmuş şəxsin gəlib qeydiyyatdan keçməsi barədə” bildirişdən görünür ki, icra məmuru tərəfindən Şəxs qeydiyyatdan keçmək üçün on gün müddətində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə gəlməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 23 fevral 2024-cü il tarixli, 3(022)- 203/2024 saylı qərarın icrası ilə əlaqədar, Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, Şəxs yaşadığı ünvan 1 ünvanına getmiş və sonuncunun orada olmadığı aşkar edilmişdir. 02 iyul 2024-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, barəsində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş Şəxs barəsində axtarış elan edilmişdir. 19 iyul 2024-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşmiş Elektron İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Şəxs İİ dərəcə əlilliyi müəyyən edilmiş şəxsdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz; 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 154.11-ci maddəsinə əsasən barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda, icra məmuru bu Məcəllənin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir; 529-cu maddəsinin qeydinə əsasən, 529.4-cu maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə, üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmək, onu zədələmək və ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməmək; ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 3.1.2-ci bəndinə əsasən xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz müəyyən olunmuşdur. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, toplanmış sübutlarla Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə inzibati xətanı törətməsində təqsiri sübuta yetirilir. Belə ki, ictimai işlər növündə inzibati tənbehin icrası üçün Şəxs dəfələrlə xəbərdarlıq edilsə də o, çağırışa gəlməmiş, məhkəmə qərarı ilə ona tətbiq edilmiş inzibati tənbehin icrasından boyun qaçırmışdır. Məhkəmə, Şəxs hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, əlillik dərəcəsini və təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri tam sübuta yetirilsə də, iş materiallarına əlavə olunmuş sənədlərə əsasən onun İİ dərəcəli əlilliyi müəyyən edilmiş şəxs (orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs) olması Şəxs həmin maddənin sanksiyası həddində nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbehin tətbiqini istisna edir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cərimə növündə inzibati tətbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1, 40, 43, 76, 84, 114, 115, 117, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-643/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-643/2024
19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver