Məhkəmə qərarları › İş №3(022)-645/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-645/2023

08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-645/2023 08.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X7, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş X3 iştirakları ilə xx.xx.1975-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu, Nərimankənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Biləsuvar RPŞ X12 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2023-cü il tarixdə saat 10 radələrində aralarında yaranmış mübahisə nəticəsində X5 bel nahiyyəsindən təpiklə vuraraq dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında göstərmişdir ki, Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı X8 Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 may 2023-cü il tarixli qərarına əsasən Biləsuvar rayonu Bəydili kənd sakini X9 xx.xx.2023-cü il tarixdə DİN-nin 102 zəng xidmətinə və Biləsuvar RPŞ-nin Səmədabad PB-nə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Biləsuvar rayonu Nərimankənd kənd sakini Şəxs tərəfindən Biləsuvar rayonu Səmədabad kəndində yerləşən ərazidə təpiklə bel nahiyyəsindən vuraraq xəsarət yetirməsini bildirmişdir. Toplanmış materialla Biləsuvar rayonu Bəydili kənd sakini X3 xx.xx.2023-cü il tarixdə Biləsuvar RPŞ-nin Səmədabad PB-nə ünvanladığı müraciətində qeyd olunan xüsusatlar, yəni xx.xx.2023-cü il tarixdə Biləsuvar rayonu Nərimankənd kənd sakini Şəxs tərəfindən döyülməsi faktı təsdiq olunmuşdur. Cəlilabad rayon MTE-nin xx.xx.2023-cü il tarixli 192 nömrəli rəyi ilə X3 məhkəmə tibbi müayinəsinə, onun adına tərtib edilmiş tibbi sənədlərdəki qeydlərə, hadisə haqqında məlumatlara və qərarda qoyulan suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir: X6 bel oma və sol xaya nahiyyəsində qançır müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı X8 Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 may 2023cü il tarixli qərarı ilə cinayət hadisəsi və əməldə cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək, Biləsuvar rayonu Nərimankənd kəndində yaşayan Şəxs əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş дöymə inzibati xətasının tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə inzibati tənbeh tədbirlərinin görülməsi məsələsinə baxılmasından ötrü qəbul edilmiş qərarın surəti Biləsuvar RPŞ-nin Səmədabad PB-yə göndərilmişdir. Araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edilmiş və buna görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, Biləsuvar rayonu Səmədabad kəndi ərazisində icarəyə götürdüyü torpaq sahəsində buğda və yonca əkmişdir.26 aprel 2023-cü il tarixdə özünə məxsus fermadan çıxaraq yaşadığı evə geтmişdir. O yaşadığı evə gedən zaman icarəyə götürdüyü əkin sahəsinin yanından keçən zaman Biləsuvar rayonu Bəydili kəndindən olan X4 xırdabuynuzlu heyvanlar otardığını görmüşdür.O, özünə məxsus maşını saxlayaraq Məhəmməd Quliyevə yaxınlaşmışdır. O, Məhəmmədə yaxınlaşanda mobil telefon vasitəsi ilə danışırmış, O, həmin şəxsə mobil telefonu söndürməsini deyərək, Məhəmməd Quliyevə niyə əkin sahəsini otardığını soruşmuşdur. Məhəmməd Quliyev əkin sahəsini otarmadığını, heyvanlarının şor kollektorunun və yolun kənarlarını otartdığını demişdir. Bundan sonra onlar arasında mübahisə başlamışdır. O, həmin vaxt mobil telefonla danışmağa davam etmişdir.O, həmin şəxsin qoluna əl ataraq mobil telefonu söndürməsini, hörmətsizlik etməməsini demişqir. Məhəmməd Quliyevin əlinə əli ilə vurduqdan sonra sağ qıçının bud nahiyəsinə təpiklə zərpə vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmışdır. O, da həmin vaxt yerə yıxılmışdır. Həmin vaxt Məhəmməd Quliyev şalvarını göstərərək ünvanına nalayiq ifadə işlətmişdir. O, da Məhəmmədin cinsi orqanına əl atmışdır. Məhəmməd Quliyev bir neçə addım geriyə gedərək yerə yıxılmışdır.Bundan sonra Məhəmməd Quliyev oradan uzaqlaşmışdır. O,bu hadisə barədə DİN-nin 102 zəng xidməti mərkəzinə müraciət etmişdir. Bu hadisə rayonun Səmədabad kəndinin inzibati ərazisində yerləşən icarə müqaviləsi əsasında götürdüyü əkin sahəsində baş vermişdir, bu hadisə mübahisə ilə birlikdə təxminən 15 dəqiqə davam etmişdir və bu hadisəni başqa kənar şəxslərdən görən olmamışdır. Məhəmməd Quliyevlə xx.xx.2023-cü il tarixdə aralarında mübahisə yaransa da о Məhəmmədi vurmamışdır. Onun müraciətində göstərdikləri həqiqəti əks etdirmir. Məhkəmə iclasında X10 inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərmişdir ki, fərdi təsərrüfatla məşğul olaraq dolnışığını təmin edir. Biləsuvar rayon Səmədabad kəndində İqbal adlı şəxsin fermasında işləyir. 26 aprel 2023-cü il tarixdə həmin fermanın yaxınlığında xırdabuynuzlu heyvanları otarırmış. O, qoyunları otararkən Şəxs özünə məxsus Niva markalı maşınla torpaq yolda saxlayaraq ona yaxınlaşaraq özünə məxsus taxıl sahəsini niyə otardığını soruşmuşdur. O, həmin vaxt mobil telefon vasitəsi ilə danışırmış. O, Şəxs əkin sahəsini otarmadığını, şor kollektorunun və yol kənarlarında xırdabuynuzlu heyvanları otardığını demişdir. Bundan sonra Şəxs onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Onların aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs ona yaxınlaşaraq əlindəki telfonu almaq istəyərək üz nahiyəsinə əl ataraq onu sinə nahiyəsindən itələmişdir. O, həmin vaxt yerə yıxılmışdır. Tacəddin ona yaxınlaşaraq bel nahiyəsindən təpiklə zərbə vuraraq onu söyməyə davam etmişdir. O yerdən qalxdıqdan sonra onların arasındakı mübahisə davam etmişdir. Tacəddin onun cinsiyyət orqanına əli ilə zərbə vurmuşdur. O da zərbənin təsirindən yerə yıxılmışdır. O bir neçə dəqiqə sonra bu hadisə barədə DİN-nin 102 Zəng-xidmət mdrkəzinə müraciət etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını və himayəsində uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İşin hallarını, habelə törədilən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxsnа inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə nail olunmasına kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar