Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-646/2023 08.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X6, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş X2 iştirakları ilə xx xxxxxx 1992-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Biləsuvar RPŞ X9 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2023-cü il tarixdə saat 10 radələrində aralarında yaranmış mübahisə nəticəsində X4 bel nahiyyəsindən təpiklə vuraraq dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında göstərmişdir ki, X7 Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 may 2023-cü il tarixli qərarına əsasən Biləsuvar rayonu Nərimankənd kəndində qeydiyyatda olmaqla yaşayan X5 xx.xx.2023-cü il tarixdə DİN-nin “102” zəng-xidmət mərkəzinə zəng vurmuş və Biləsuvar RPŞ-nin X10 ərizə ilə müraciət edərək həmin tarixdə saat 10 radələrində Biləsuvar rayonu Bəydili kənd sakini Şəxs Biləsuvar rayonu Səmədabad kəndində yerləşən icarə müqaviləsi əsasında aldığı əkin sahəsini otardığı üçün aralarında yaranan mübahisə zamanı sağ qıçının baldır hissəsinə təpiklə vuraraq ona xəsarət yetirmişdir. Biləsuvar rayonu Bəydili kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə DİN-nin “102” zəngxidmət mərkəzinə zəng vurmuş və Biləsuvar RPŞ-nin X10 ərizə ilə müraciət edərək həmin tarixdə Biləsuvar rayonu Nərimankənd kənd sakini X5 tərəfindən Biləsuvar rayonu Səmədabad kəndində yerləşən ərazidə təpiklə bel nahiyəsindən vuraraq ona xəsarət yetirməsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, o, fərdi təsərrüfatla məşğul olaraq dolnışığını təmin edir. Biləsuyar rayon Səmədabad kəndində İqbal adlı şəxsin fermasında işləyir. 26 aprel 2023-cü il tarixdə həmin fermanın yaxınlığında xırdabuynuzlu heyvanları qoyunları otararkən Tacəddin Əliyev özünə məxsus Niva markalı maşını torpaq yolda saxlayaraq özünə məxsus taxıl sahəsini niyə otardığını soruşmuşdur. O, həmin vaxt mobil telefon vasitəsi ilə danışırmış. O, Tacəddin Əliyevə əkin sahəsini otarmadığını, şor kollektorunu yə yol kənarlarında xırdabuynuzlu heyvanları otardığını demişdir. Bundan sonra Tacəddin Əliyev onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Onların aralarında mübahisə, yaranmış və mübahisə zamanı Tacəddin Əliyev ona yaxınlaşaraq əlindəki telefonu almaq istəyərək üz nahiyəsinə əl ataraq onu sinə nahiyəsindən itələmişdir və o, yerə yıxılmışdır. Tacəddin ona yaxınlaşaraq bel nahiyəsindən təpiklə zərbə vuraraq onu döyməyə davam etmişdir. O, yerdən qaxdıqdan sonra onların arasındakı mübahisə davam etmiş, Tacəddin onun cinsiyyət orqanına əli ilə zərbə vurmuşdur. O da, zərbənin təsirindən yere yıxılmışdır. O, bir neçə dəqiqə sonra bu hadisə barədə DİN-nin “102” zəng-xidməti mdrkəzinə müraciət etmişdir. Məhkəmə iclasında X5 bildirmişdir ki, Biləsuvar rayonu Səmədabad kəndi ərazisində icarəyə götürdüyü torpaq sahəsində buğda və yonca əkmişdir. 26 aprel 2023cü il tarixdə özünə məxsus fermadan çıxaraq yaşadığı evə gedən zaman icarəyə götürdüyü əkin sahəsinin yanından keçərkən Biləsuvar rayonu Bəydili kənd sakini Şəxs Fizuli oğlunun xırdabuynuzlu heyvanlarını otardığını görmüşdür. O, özünə məxsus maşını saxlayaraq Məhəmmədə yaxınlaşanda Məhəmməd mobil telefon vasitəsi ilə danışırmış. O, həmin şəxsə mobil telefonu söndürməsini deyərək, niyə əkin sahəsini otardığını soruşmuşdur. Şəxs əkin sahəsini otarmadığını, heyvanlarının şor kollektorunun və yolun kənarlarını otartdığını bildirmişdir. Bundan sonra onlar arasında mübahisə başlamışdır. Şəxs ona məhəl qoymadan həmin vaxt mobil telefonla danışmağa davam etmişdir. O, Məhəmmədin qoluna əl ataraq mobil telefonu söndürməsini, hörmətsizlik etməməsini demiş, Şəxs əlinə əli ilə vurduqdan sonra sağ qıçının bud nahiyəsinə təpiklə zərbə vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmışdır. Həmin vaxt Şəxs şalvarının qabağını göstərərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. O da, Məhəmmədin cinsi orqanına əli ilə zərbə vurmuşdur. Şəxs bir neçə addım geriyə gedərək yerə yıxılmışdır. Bundan sonra Şəxs oradan uzaqlaşmışdır. Tacəddin baş verimiş hadisə barədə DİN-nin “102” zəng-xidməti mərkəzinə müraciət etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İşin hallarını, habelə törədilən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə nail olunmasına kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X13
Məhkəmə qərarları › İş №3(022)-646/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-646/2023
08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver