Məhkəmə qərarları › İş №3(022)-647/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-647/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-647/2025 31.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, İddiaçı “X3” açıq səhmdar cəmiyyətinin cavabdeh X1 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 165-179-cu və 284-1, 284-2, 284-4 və 284-5-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı “X3” açıq səhmdar cəmiyyətinin cavabdeh X1 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi məhkəmə icraatına qəbul edilsin. İşin məhkəmə iclası 22 avqust 2025-ci il tarixə, saat 09:15-ə Biləsuvar Rayon Məhkəməsinin binasına təyin edilsin. İşi məhkəmə baxışına hazırlamaq üçün aşağıdakı hərəkətlər edilsin: İddia ərizəsinin surəti cavabdehə təqdim edilsin. İşdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verilsin. Cavabdehdən iddiaya qarşı nə kimi etirazları olduğu aydınlaşdırılsın. Tərəflərə onların prosessual hüquq və vəzifələri izah edilsin. Mübahisəni həll etmək üçün tərəflərin münsiflər məhkəməsinə müraciət etmək hüququ və bu hərəkətlərin nəticələri onlara izah edilsin. Zərurət yarandıqda məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarısın. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar