Məhkəmə qərarları › İş №3(022)-648/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-648/2023

08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-648/2023 08.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1981-ci il tarixdə Biləsuvar rayonnda anadan olmuş, Azərbaycan Respubikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 uşağı olan, fərdi əməklə məşğul olan, bir il müddətində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb olunmamış, Biləsuvar şəhəri, Babək küçəsində yerləşən 6 saylı evdə qeydiyyatda olan, Biləsuvar şəhəri, Təyyarə meydanı küçəsində nömrəsiz evdə yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 26 noyabr 2022-ci il tarixdə saat 08 radələrində tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə etmiş və mübahisə zamanı sonuncunun yumruqla sifətinin sağ yarısından və boyun nahiyyələrindən tutub sıxmış və Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Q.R.Əskərzadə göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi vəzifəsində işləyir. Biləsuvar şəhəri, Babək küçəsində yaşayan Zərərçəkmiş şəxs 27 noyabr 2022-ci il tarixdə Biləsuvar rayon polis şöbəsinə müraciət edərək, 26 noyabr 2022-ci il tarixdə saat 08 radələrində Şəxs onu təhqir edərək döyməsi barədə şikayət vermişdir. Həmçinin Şəxs 28 noyabr 2022-ci il tarixdə Biləsuvar rayon polis şöbəsinə müraciət edərək, 26 noyabr 2022-ci il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs onu dişləyərək xəsarət yetirməsi barədə məlumat vermişdir. Müraciətlə bağlı olaraq Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin əməkdaşları tərəfindən hadisənin baş verdiyi yerə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilmiş və baxış keçirilməsi barədə protokol tərtib olunaraq materiala əlavə olunmuşdur. Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsində aparılmış araşdırma ilə Şəxs 28 noyabr 2022-ci il tarixli müraciətində göstərilən xüsusat, yəni 26 noyabr 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs tərəfindən dişlənərək xəsarət alması öz təsdiqini tapmamışdır. Bundan başqa, Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs 27 noyabr 2022-ci il tarixli müraciətində göstərilən xüsusat, yəni tanışı Şəxs 26 noyabr 2022-ci il tarixdə onunla mübahisə etməsi və həmin şəxsin yumruqla sifətinin sağ yarısından vuraraq və boyun nahiyyəsindən tutub sıxaraq xəsarət yetirməsi faktı öz təsdini tapmışdır. Lakin həmin xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər olduğuna görə Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin 20 fevral 2023-cü il tarixli qərarı ilə cinayət işi başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün iş materialları Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində aparılmış araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu müəyyən edilmişdir. Buna görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda qeyd olunan xüsusatları təsdiq edərək və inzibati xəta törətməkdə özünü təqsirli bilərək, bildirdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur və həmin hadisəyə kimi aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 26 noyabr 2022-ci il tarixdə saat 08 radələrində o, oğlu Namiqi çörək almaq üçün bazara göndərmiş, lakin bundan bir neçə dəqiqə sonra sonuncu ağlayaraq evə qayıtmış və bildirmişdir ki, qonşuları Zərərçəkmiş şəxs onu öldürməklə hədələyir. Daha sonra arvadı Ruhiyyə Rəhimova yaşadıqları evin qarşısına çıxaraq nə baş verdiyi ilə maraqlanmaq istəmiş, həmin zaman o özü də yataqdan qalxıb həyətə düşmüşdür. O, həyətə çıxdığı zaman Zərərçəkmiş şəxs onun arvadını və oğlunu təhqir etdiyini və onun həyətinə zorla daxil olmaq istədiyini görmüşdür. Buna görə də o, dərhal hadisə yerinə yaxınlaşmış və münaqişənin səbəbini aydınlaşdırmaq istəmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlətdiyinə görə onunla zərərçəkmiş şəxs arasında münaqişə yaranmışdır. O, hadisə zamanı Zərərçəkmiş şəxs vurduğunu xatırlamasa da, Zərərçəkmiş şəxs sinə nahiyyəsindən itələyərək yıxdığını etiraf edir. Hazırda o, etdiyi əməldən səmimi peşmandır və Zərərçəkmiş şəxs üzr istəyərək, onunla barışıq əldə etməyə cəhd göstərsə də, zərərçəkmiş şəxs onun üzrxahlığını qəbul etməmişdir. O, 2-ci qrup əlildir və himayəsində 3 uşağının olması ilə yanaşı, artıq yetkinlik yaşına çatmış böyük övladı həqiqi hərbi xidmətdədir və hazırda erməni silahlı birləşmələri ilə üzbəüz mövqedə xidmət edir. Sonda, Şəxs əməlindən, yəni Zərərçəkmiş şəxsu sinə nahiyyəsindən itələyərək yıxmasına görə peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Şəxs tanıyır, sonuncu onun qonşusudur və aralarında 26 noyabr 2022-ci il tarix qədər heç bir ədavət və şəxsiqərəzçilik olmamışdır. O, 26 noyabr 2022-ci il tarixdə saat 06:50 radələrində özünəməxsus xırda buynuzlu (qoyun-quzu) heyvanları otarmaq üçün yeni almış olduğu torpaq sahəsinə aparmışdır. O, həyətə daxil olmuş və qapının açıq olmasını görmüşdür. O, fikirləşmişdir ki, kimsə həyətə daxil olmuşdur. O, ətrafa göz gəzdirmiş, həyətdə qoymuş olduğu nişanların yerinin dəyişməsinin şahidi olmuş, həmçinin həyətdə bir neçə inək otlamasını görmüşdür. Həmin inəyin yanında azyaşlı uşaq olmuş və həmin uşaq onu görən kimi həyətdən uzaqlaşmışdır. O, inəkləri həyətdən çölə çıxartmış və qonşusu Şəxs səslənərək bildirmişdir ki, onun heyvanları həyətinə girib ziyanlıq vurmuşdur. Həmin vaxt Şəxs arvadı Ruhiyyə çölə çıxıb onu təhqir etmişdir. Onun ardınca da Şəxs özü çölə çıxmış və onu həyətlərinə tərəf çağırmışdır. Bundan sonra Ruhiyyə təkrarən onu təhqir etməyə başlamış, o da sonuncuya nalayiq sözlər işlətməməsi barədə xəbardarlıq etmişdir. Həmin vaxt Şəxs onun üzərinə gəlmiş və yumruqla onun bir dəfə sifətinin sağ yarısından və sağ gözünün alt hissəsindən vurmuşdur. Bundan sonra Şəxs onu süpürləyib yerə yıxmış və sol dizi ilə baş nahiyəsindən vuraraq onu boğmağa çalışmış və yumruqla hətta bir neçə dəfə boyun nahiyəsindən vurmuşdur. Daha sonra ətrafda olanlar onları güclə ayırmışlar Bundan sonra o, hadisə barədə Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonda, Zərərçəkmiş şəxs Şəxs etdiyi əməlinə görə bağışlamadığını bildirdi və həmin şəxs barəsində qanunamüvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs əməlindən səmimi peşman olmasını, himayəsinə 3 uşağın olmasını, hadisələrin təsadüfi axarı zəminində yaranmış mübahisə zəminində inzibati xəta törətməsini, zərərçəkmiş şəxsdən üzr istəyərək, Zərərçəkmiş şəxsla barışıq əldə etməyə cəhd göstərməsini onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İşin hallarını və Şəxs şəxsiyyətini, inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən halları, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati tutma haqqında 08 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs barəsində 08 iyun 2023-cü il tarixdə inzibati tutma tətbiq edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində tətbiq edilmiş inzibati tutma ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar