Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-651/2025 05.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) X10 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və və onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun müdiri X2 iştirakı ilə, Şəxs, xx xxxx 1992-ci il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Vətən Müharibəsi iştirakçısı, heç yerdə işləməyən, boşanmış, himayəsində 1 uşağı olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı Apellyasiya Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(103)-2520/2024 saylı icra vərəqəsinə əsasən Şəxs 02 fevral 2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, 17 noyabr 2023-cü il tarixdən hesablanmaqla, 235 manat sabit pul məbləğində aliment tutularaq, Zərərçəkmiş şəxs verilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 05 avqust 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin qətnaməsi ilə Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə 1 uşağa görə hər ay 117 manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş, həmin qətaməyə icraya yönəldikdən sonra Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 icraatında olmuşdur. Həmin vaxtdan Şəxs tələbkara hər 117 manat sabit pul məbləğində aliment ödəmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 23 aprel 2024-cü il qətnaməsi ilə həmin qətnamə dəyişdirilərək, Şəxs tutulan alimentin miqdarı artırılaraq, 235 manat məbləğində müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin icra sənədi isə onun icraatına daxil olmuş və onun tərəfindən 08 may 2024-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Həmin vaxtdan sonra bir müddət Şəxs aliment qismində ödədiyi bütün ödənişlər əvvəlki icra sənədi üzrə yaranmış borcundan çıxılmış, icra məmuru X4 icraatında olan həmin icra sənədinə xitam verildikdən sonra Şəxs hazırki icra sənədinin icrası üzrə ödənişlərə hesablanmışdır. İcra sənədi onun icraatına daxil olduqdan sonra borcluya borcunu tam şəkildə ödəmək təklif edilmiş, lakin həmin şəxs müxtəlif bəhanələrlə icra sənədini tam icra etməkdən yayınmışdır. Belə ki, borclu verdiyi bütün izahatlarda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini tam şəkildə ödəməyə imkanı olmadığını, işsiz olduğu üçün yalnız hər ay 117 manat ödəyə bildiyini bildirmişdir. O, məcburi icra tədbirləri qismində borclu Şəxs adına qeydiyyata alınmış “VAZ 21074” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəyə müraciət etmiş və Biləsuvar rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 8(022)-4/2025 saylı qərardadı ilə həmin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuş və açıq hərrac yolu ilə satılması qərara alınmışdır. Lakin borclu həmin avtomaşını Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə təhvil verməkdən qəsdən boyun qaçırmış və izahatlarında nəqliyyat vasitəsinin Biləsuvar rayonu ərazisində olmadığını və nasaz vəziyyətdə olduğunu bildirmişdir. Onun tərəfindən 19 may 2025-ci il tarixdə borclunun əmlakının axtarılması haqqında qərar qəbul edilsə də, “VAZ 21074” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin tapılması halhazıradək mümkün olmamışdır. Həmçinin Şəxs qəsdən onun çağırışlarına gəlməkdən boyun qaçırdığına görə o, 04 avqust 2025-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edərək, icra edilməsi üçün Biləsuvar rayon polis şöbəsinə təqdim edilmişdir. O, dəfələrlə həmin şəxsə mobil telefon vasitəsilə zəng edərək, sonuncunu Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə dəvət etsə də, Şəxs hər dəfə müalicəsi iə Bakıda olduğunu bildirmişdir. Buna görə də o, məcbur qalıb 04 avqust 2025-ci il tarixdə borclunun barəsində yenidən axtarış elan etmişdir. O, Şəxs epilepsiya xəstəliyindən əziyyət çəkdiyindən, bununla əlaqədar tez-tez tutmalarının baş verdiyindən məlumatlıdır, o cümlədən o, həmin şəxsin tutmaları yarandığı zaman özündən getdiyini özündə əks etdirən video görüntüləri də izləmşdir. Lakin tələbkar hazırki icra vərəqəsinin tam şəkildə icra edilmədiyinə görə yuxarı hakimiyyət orqanlarına onun barəsində mütəmadi olaraq şikayətlər ünvanlayır və icra vərəqəsinin icrasının təmin edilməsi məqəsdi ilə borclunun inzibati qaydada həbs edilməsini tələb edir. Buna görə də o, məcbur qalaraq Şəxs barədə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, məhkəməyə təqdim etmişdir. Hazırda Şəxs tələbkara cəmi 2.162 manat aliment borcu vardır və borclu həmin borcu hissə-hissə ödəyəcəyini yenə vəd etsə də, borcu ödəyəcəyinə dair inam yaratmır. Bu isə Şəxs yenə də şifahi vəd verməklə, inzibati məsuliyyətdən yayınmağa çalışdığını göstərir. Sonda, Ş.İ.İbrahimova borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək, göstərdi ki, o, əvvəllər pilləkən ustası kimi işləmiş, ailəsini dolandırmaq üçün kifayət qədər qazanc əldə etmişdir. 2020-ci ilin yayında o, dövlət rəhbərliyinin çağırışı əsasında könüllü olaraq hərbi xidmətə getmiş və 2020-ci ilin iyul ayından etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrundə döyüş əməliyyatlarında iştirak etmişdir. Vətən müharibəsi zamanı o, erməni silahlı qüvvələrinin minatanla atdığı atəş nəticəsində baş nahiyəsindən yaralanmış və aldığı xəsarətlə əlaqədar olaraq hərbi hospitalda və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhəri Əhmədli qəsəbəsində yerləşən neyrocərrahiyyə xəstəxanasında müalicələr almışdır. O, aldığı xəsarətlə əlaəqdar hərbi xidmətdən təxris edilmişdir. Həkimlər onun təpə nahiyəsində olan qəlpənin çıxarılması üçün əməliyyat edilməli olduğunu ona bildirsələr də, həmin əməliyyatın uğurlu keçməsi ehtimalının az olduğunu, nəticədə ölə və ya hansısa orqanın fəaliyyətsiz qala biləcəyi ehtimalının olduğunu da ona izah etmişlər. Buna görə də onun valideynləri əməliyyatın bütün risklərini nəzərə alaraq, onun əməliyyata girməsinə qarşı çıxmışlar və o, əməliyyat edilməmişdir. Buna görə də hazırki tarixədək ona əlillik dərəcəsi təyin edilməmişdir. O, başında olan qəlpə yarası ilə əlaqədar da tez-tez epilepsiya tutumaları keçiri və heç bir yerdə işləyə bilmir. O, baş nahiyəsində olan qəlpə ilə həyatına davam etməyə çalışır. Onun işdən çıxdıqdan sonra maddi vəziyyəti aşağı olmuş, heç bir gəlir mənbəyi olmamışdır. Həm ağır maddi şərait və səhhətinin vəziyyəti ilə əlaqədar Zərərçəkmiş şəxs ondan ayrılmış və onlar rəsmi qaydada nikahlarına son qoymuşlar. Bakı şəhər Xətai rayon Məhkəməsinin qətnaməsi ilə ondan bir uşağının saxlanması üçün hər ay 117 manat sabit pul məbləğində alimnetin tutulması qət edilsə də, tələbkar həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 23 aprel 2024-cü il tarixli qətnaməsinə əsasən aliment məbləği 2 dəfə artırılaraq, ondan keçmiş arvadı Zərərçəkmiş şəxs xeyrinə hər ay 235 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. O, həmin qətnamədən kassasiya şikayəti versə də, kassasiya instansiyası məhkəməsinin qərarı ilə həmin qərar dəyişdirilmədən saxlanılmışdır. O, uzun müddətdir ki, işsizdir və “Vətən müharibəsi” iştirakçısı olduğuna görə aldığı 80 manat məbləğində müvainətdən başqa hər hansı gəlir mənbəyi yoxdur. O, hərbçi kimi xidmət etdiyi dövrdə yüksək qazanc əldə etdiyinə, habelə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs da Cəbrayıl qəsəbəsində müəllim işləyərək, aylıq təxminən 1.100 manat məbləğində əmək haqqı qazandığına görə onların dolanışığı yaxşı olmuşdur. Hazırda isə o, Vətən Müharibəsi iştirakçısı kimi aldığı 80 manat məbləğində təqaüdün üzərinə valideynlərinin ona verdiyi təxminən 40 manat məbləğində pulu da əlavə edərək, hər ay 117 manat sabit pul məbləğində aliment ödəməyə çalışır. Bundan başqa o, mütəmadi olaraq müalicə olunmaq üçün Bakı şəhərinə gedir, lakin maddi vəziyyəti aşağı olduğuna görə tam müalicə ala bilmir. Hətta 2025-ci ilin iyul ayında səhhəti həddən artıq pisləşdiyinə görə Bakı şəhərində müalicə almaq üçün ona maddi yardım edilməsi məqsədi ilə rəsmi qaydada Biləsuvar rayon İcra Hakimiyyəti başçısına müraciət etmiş və ona verilən 200 manat maddi yardım vasitəsilə Bakı şəhərində müalicə ala bilmişdir. Həmçinin o, sonuncu ayın aliment borcunu tələbkara ödəyə bilmədiyinə görə bu barədə xəbər tutam valideynləri ailənin dolanışığı üçün saxladıqları 3 baş quzudan iksini sataraq, onun 2 aylıq aliment borcuna görə bu gün 235 manat məbləğində ödəniş həyata keçirmişlər. Əgər onun tələbkara aliment vermək niyyəti olmasa idi, heç hazırki tarixədək hər ay 117 manat alimneti də ödəməzdi. Zərərçəkmiş şəxs uşağının müalicəsini bəhanə edərək ondan ayrıldıqdan sonra Bakı şəhərinə köçmüş və orada yarımştat olaraq işləməklə, təxminən 500-600 manat əmək haqqı alır. Bundan başqa, onların birgə nikahdan olan uşağınının İ dərəcəli əlilliyinə görə pensiya qismində hər ay təxminən 500 manat məbləğində pul vəsaiti də Zərərçəkmiş şəxs verilir. Həmçinin o, müharibə veteranı olduğuna görə həmin uşağın bütün müalicə xərcləri dövlət tərəfindən qarşılanır. O isə xəstəliyi ilə əlaqədar heç bir yerdə işləyə bilmir. Hazırda ondan alimentin tutulmağa başlanıldığı 17 noyabr 2023-cü il tarixdən 20 aydan çox müddət keçib və o, aliment qismində ümumilikdə tələbkara 2.500 manatdan artıq vəsait ödəmişdir. Həmçinin o, Biləsuvar rayon İcra və Probasiya Şöbəsində olduğu zaman verdiyi bütün izahatlarında da işsiz olduğunu, tələbkara maddi vəziyyəti ilə əlaqədar cəmi 117 manat ödəməyə imkanı çatdığını bildirmişdir. İcra məmuru tərəfindən ona məxsus “VAZ 21074” markalı avtomobilin üzərinə həbs qoyulmuşdur. Lakin 2009-cu il istehsalı olan həmin nəqliyyat vasitəsi hazırda nasaz vəziyyətdədir və Bakı şəhərində onun dostunun həyətindədir. Həmin nəqliyyat vasitəsi istismara yararsız olduğuna görə həmin vəziyyətdə açıq hərrac yolu ilə satılması normal bazar qiymətindən qat-qat ucuz qiymətə satılmasına səbəb olacaq. Buna görə də o, özünə məxsus avtomaşını təmir edərək, baha sata bilməsi üçün həmin nəqliyyat vasitəssinin üzərinə həbs qoyulması barədə Biləsuvar rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli qərardadından apellyasiya şikayəti vermiş, lakin onun şikayəti təmin edilməmişdir. O, hazırki tarixədək həmin avtomaşını hərəkətə gətirə bilmədiyinə görə icra məmuruna təhvil verməmişdir və həmin nəqliyyat vasitəsini evakuator vasitəsilə icra məmuruna təqdim etmək imkanı barədə məlumatsız olmuşdur. Buna görə də o, müvafiq şərait yaradılarsa və yol polisi əməkdaşları tərəfindən saxlanılmazsa, həmin avtomaşını qısa müddətdə icra məmuruna təqdim edəcəkdir. O, məhkəmə qətnaməsi ilə tutulması müəyyən edilmiş alimenti tam qaydada tələbkara ödəyə bilmədiyinə görə peşmandır, lakin onun hər ay 117 manat sabit pul məbləğində aliment ödəməkdən başqa imkanı da yoxdur. Çünki, həmin vəsaiti belə o, valideynlərinin köməyi ilə tələbkara ödəyir. Sonda, Şəxs barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X6 bildirdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin qətnaməsi ilə Şəxs bir uşağının saxlanması üçün hər ay 117 manat sabit pul məbləğində alimnetin tutulması qət edilsə də, tələbkar həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 23 aprel 2024-cü il tarixli qətnaməsinə əsasən borcludan tələbkarın xeyrinə hər ay 235 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. O, həmin qərardan kasssasiya instansiyası məhkəməsinə kassasiya şikayəti verməkdə Şəxs kömək etmişdir. Lakin həmin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 23 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəxs Vətən müharibəsində döyüş əməliyyatlarında ağır yaralanmış və buna görə də hərbi xidmətdən təxris edilmişdir. Həmin şəxs hazırda baş nahiyəsində olan qəlpə ilə həyatına davam edir və hər an ölüm təhlükəsi ilə üzbəüzdür. Borclu səhhəti ilə əlaqədar heç bir yerdə işləyə bilmir və başında olan qəlpənin çıxarılması üçün edilməli olan əməliyyat riskli olduğuna görə əməliyyat da edilə bilməmiş və ona əlillik dərəəcəsi təyin edilməmişdir. Bir sözlə, Şəxs “Vətən müharibəsi” iştirakçısı kimi aldığı 80 manat məbləğində müvainətdən başqa hər hansı gəlir mənbəyi yoxdur və valideynlərinin maddi yardımı vasitəsilə dolanışığını təmin edir. Bununla belə borclu hər ay 117 manat sabit pul məbləğində aliment ödəyir. Həmçinin o, özü də Şəxs epilepsiya tutmaları başladığı zaman hansı hala düşdüyünə və huşunu itirdiyinə dair video görüntüləri də görmüşdür. O, özü də əvvəllər icra və probasiya şöbəsində rəis vəzifəsində xidmət etmiş və qarşısına çıxan bütün işləri də nəzərə alaraq, hesab edir ki, Şəxs tələbkara yaranmış aliment borcu qəsdlə əhatə olunmamışdır. Borclu sağlamlıq imkanlarının məhdudluğuna baxmayaraq, ona verilən 80 manat pensiyanı da öz uşağının ehtiyacları üçün xərcləyir. Sonda, M.İ.Mütəllimov Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, , inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və onun müdafiəçisini dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(103)-2520/2024 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 08 may 2024-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. İş materiallarında olan Biləsuvar rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 8(022)-4/2025 saylı qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(103)-2520/2024 saylı icra sənədinə əsasən borclu Şəxs məxsus “VAZ 21074” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuş və avtomaşının açıq hərrac yolu ilə satılması qərara alınmışdır. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2025-ci il tarixli, 8(106)-24/2025 saylı qərardadından görünür ki, borclu Şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş və Biləsuvar rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 8(022)-4/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 borclunun əmlakının axtarılması haqqında 19 may 2025-ci il tarixli qərarından görünür ki, borclu Şəxs məxsus “VAZ 21074” minik markalı, 2009-cu il buraxılışlı, ağ rəngli, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Neyrocərrahiyyə xəstəxanasının arayışından görünür ki, Şəxs tapa nahiyəsində millimetrik metal yad cisim mövcuddur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Törətdiyi əməldən səmimi peşmanlığını, “Vətən müharibəsi” iştirakçısı olmasını, “Vətən müharibəsi” zamanı həyata keçirilən döyüş əməliyyatlarında aldığı xəsarət nəticəsində epilepsiya xəstəliyindən əziyyət çəkməsini və himayəsində 1 uşağının olmasını inzibati xətaya görə Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmçinin hesab edirəm ki, borclu Şəxs sağlamlıq vəziyyəti ilə əlaqədar heç bir yerdə işləyə bilmədiyinə və heç bir gəlir mənbəyi olmadığına görə tələbkara olan aliment öhdəliyini tam həcmdə icra etməsə də, ona məxsus və üzərinə Biləsuvar rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 8(022)-4/2025 saylı qərardadı ilə həbs qoyulmuş “VAZ 21074” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icra məmuruna təqdim edərək, həmin avtomaşının açıq hərracda satılması yolu ilə tələbkara olan aliment borcunun ödənilməsinə nail ola bilərdi. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, işin hallarını və Şəxs şəxsiyyətini və səhhətini nəzərə alaraq, hesab edirəm ki, həmin şəxsin inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-651/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-651/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver