Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-652/2025 15.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, il ərzində inzibati tənbehi olmayan, Biləsuvar rayonu Bağbanlar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 232-1-ci maddəsi ilə Biləsuvar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:00-da Biləsuvar rayonu Bağbanlar kəmndində Zərərçəkmiş şəxs məxsus evinin pəncərə şüşələrini daşla vuraraq sındırması nəticəsində ona 50 manat maddi ziyan vurmuşdur. Bununla da Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərmişdir ki, o, əkinlə məşqul olur, 11 və 7 yaşlı iki övladları vardır. Zərərçəkmiş şəxs onunla əvvəllər aralarında münasibətləri yaxşı olmuşdur. Sadəcə olaraq təxminən 2022-ci ilin yayında Orxan onun əqli qüsurlu bacısı Sadıqova Mayanın otağının pəncərəsindən tullanaraq qaçdığını görmüş və bu hadisə onun ağlından silinmədiyı uçün dərin sarsıntı içindədir.Bunu evə dedikdə isə qardaşı Orxanla birləşərək onu dəli kimi qələmə vermişlər və o, da dərdini kiməsə deyə bilmədiyindən, sözun yayılmasından qorxaraq Salyanda yerləşən Nevroloji xəstəxanada 13 gun qalmalı olmuşdur. Daha sonra Salyandan Maştağada yerləşən 16 saylı nevroloji xəstəxanaya aparılmış və o, orada 27 gün qalmışdır.Bundan sonra əqlində problemin olmadığı ortaya çıxmış və o, yasadığı Biləsuvar rayonu Bağbanlar kəndinə gəlmişdir.Amma Orxanı hər dəfə görəndə yenə də əsəbləri pozulur və o, özünü saxlaya bilmir.Buna görə də tez-tez aralarında münaqişə yaranır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə oğlu Orxanın həyətlərində oturduğunu bildirdi və o, da onu göndərdi ki, Orxana çölə çıxmasını bildirsin. Orxan onun gələcəyini eşitdiyi üçün evdən qaçmışdır. O, da əsəbləşərək əlinə iri daşlar alib onun evinin pəncərəsinin şüşələrini sındırmışdır. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxsnın inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 232-1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı polis leytenantı X1 23 iyul 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsinə dair qərarından görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və hadisəni törədən Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan “Azərtikinti” inşaat materiallarının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Biləsuvar rayonu Bağbanlar kənd sakini Zərərçəkmiş şəxs məxsus evin pəncərələrinin sındırılması nəticəsində ona orta bazar qiyməti ilə 50 manat ziyan dəymişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 50 manat təşkil edir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdir. İşin hallarını və Şəxsnın təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 232-1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair“ 02 noyabr 2016-cı il tarixli qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Şəxs barəsində inzibati xəta nəticəsində vurulmuş 50 (əlli) manat ziyanın bir misli həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(022)-652/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-652/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver