Məhkəmə qərarları › İş №3(022)-654/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-654/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-654/2025 13.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X8, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X5 Bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil tərcüməçi X6 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə İran İslam Respublikasında anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, il ərzində inzibati tənbehi olmayan, İİR_nın Biləsuvar şəhərində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs 11 avqust 2025-ci il tarixdə saat 20:10 radələrində Biləsuvar rayon X13 yaxınlığındakı çayxananın qarşısında vətəndaş X10 ilə mübahisə edərək, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X5 Bölməsinin sahə rəisi X4 göstərmişdir ki, Şəxs 11 avqust 2025-ci il tarixdə saat 20:10 radələrində Biləsuvar rayon X13 yaxınlığındakı çayxananın qarşısında vətəndaş X10 ilə mübahisə edərək, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmçinin Tohidi X16 Məmmədovla mübahisə edərkən nəlayiq ifadələr işlətmiş və ictimai qaydanı pozmuşdur.Ona görə də hadisə ilə əlaqədar Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokollarda göstərilən xüsusatları təsdiq edərərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə İİR-dan Azərbaycan Respublikasına gəlmiş, xx.xx.2025-ci il tarixdə saat 20:00 radələrində Biləsuvar rayon X13 yaxınlığında yerləşən çayxanada çoxlu spirtli içki qəbul etmişdir. Sonradan həmin çayxananın qarşısına çıxmış, bu zaman orda olan tanımadığı şəxsdən yol soruşduqda o ona acıqlı cavab verdiyi üçün aralarında mübahisə yaranmış, bu zaman çayxanada olan digər şəxslər ətraflarına toplanmışlar. Bu zaman polis əməkdaşları onlara yaxınlaşmış, sərxoş olduğu üçün polis əməkdaşları ilə mübahisə etməyə başlamış, təhqiramiz ifadələr işlətmişdir. Polis əməkdaşları onu Biləsuvar Rayon Polis Şöbəsinə aparmaq istədikdə ucadan nalayiq ifadələr işlətmiş və onlarla getməkdən imtina edərək yayınmağa çalışmışdır. Onlar onu dəfələrlə nizam intizama dəvət etsə də, onların qanuni tələblərinə tabe olmayaraq eyni hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən də polis əməkdaşları onu məcburi şəkildə Biləsuvar Rayon Polis Şöbəsinə gətirmişlər. Qeyd etmək istəyir ki, X14 digər şəxslərin yanında nalayiq ifadələr işlədib polisin qanuni tələblərinə tabesizlik etdiyi üçün peşmandır, gələcəkdə belə hallara yol verməyəcəyinə söz verir və barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Vəkil Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. X2 izahat verərək bildirmişdir ki, 11 avqust 2025-ci il tarixdə saat 19:30 radələrində Biləsuyvar rayonu X13 qarşısında yerləşən çayxananın qarşısında tanımadığı İİR-nın vətəndaşı ətrafda olan digər şəxslərin yanında ona qarşı nəlayiq ifadələr işlədərək onu təhqir etmişdir.Ətrafdakı digər şəxslərin də narahatlığına səbıb olduğundan onlar da ətrafa toplanmışlar. X7 ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20:10 radələrində X21 məntəqəsi yaxınlığında 4 nömrəli avto-patrulda xidmət apararkən iki nəfər şəxsin çayxananın qarşısında mübahisə etdiyini görüb onlara yaxınlaşaraq özünü təqdim etmiş, onlardan birinin sərxoş olması aşkarca hiss olunurdu. Həmin şəxs ictimai yerdə nəlayiq sözlər işlədərək, digər vətəndaşların narahatlığlna səbəb olmuşdur. Onu nizam-intizama dəvət etsələr də, polisin qanuni tələblərinə tabe olmayaraq hərəkətlərini davam etdirmişdir.Həmin şəxsin barəsində qanuni tədbirlər görülməsi üçün Biləsuvar RPŞ-yə gətirərək növbətçi hissəyə təhvil vermişlər. X3 da X7 ilə eyni məzmunda ifadə vermişdir. İşdə olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:30-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətaların törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətalardan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxs İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 11 avqust 2025-ci il tarixdən saat 20:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X23

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar