Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-656/2025 13.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X9 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi X3, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili X4 iştirakı ilə, Şəxs, xx xxxxxxx 1971-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, dul, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmuş, Biləsuvar rayonu, Günəşli kəndində qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(022)-381/2025 saylı icra sənədinə əsasən borclu Şəxs 3.268 manat və ödənilmiş dövlət rüsumuna görə 52 manat 68 qəpik məbləğində pul vəsaiti tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında 13 avqust 2025-ci tarixli, ******* nömrəli protokoldan görünür ki, Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi X7 borclu Şəxs eyni icra sənədinə münasibətdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati tənbeh almasına baxmayaraq, inzibati tənbeh vermə haqqında həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində, təkrarən Biləsuvar rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(022)- 381/2025 saylı icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyini və icra sənədini üzürsüz səbəbdən icra etmədiyini hesab edərək, Şəxs barəsində 13 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi X7 məhkəməyə verdiyi izahatında bildirdi ki, Biləsuvar rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(022)-381/2025 saylı icra sənədinə əsasən Şəxs Zərərçəkmiş şəxs xeyrinə cəmi 3.268 manat məbləğində pul vəsaiti tutulmalıdır. Biləsuvar rayon Məhkəməsinin həmin icra sənədi Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icraatına 01 may 2025-ci il tarixdə daxil olmuş və icra məmuru X1 icraatına verilmişdir. Borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş və qanunun tələbləri həmin şəxsə izah edilmişdir. Borclu Şəxs dəfələrlə icra şöbəsinə dəvət edilərək, izahatları alınmışdır. Həmin şəxsə borcunu ödəmək təklif edilmiş, lakin borclu müxtəlif bəhanələrlə icra sənədini icra etməkdən yayınmışdır. Belə ki, borcluya icra sənədinin könüllü icra edilməsi üçün verilmiş müddət bitdikdən sonra icra məmuru Ş.İ.İbrahimova hər hansı tədbir görməmiş, Şəxs icranın yönəldilməsi üçün hər hansı əmlakının olub-olmaması barədə Biləsuvar rayon, Gnüəşli kənd icra hakimiyyəti nümayəndəsinə və ya bələdiyyəyə heç bir sorğu verilməmişdir. İcra məmuru yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra Sistemi”ndən borlcunun adına qeydiyyata alınmış hər hansı əmlakın müəyəyn eidlməməsinə əsaslanaraq, həmin şəxsin əmlakınıın axtarışı barədə qərar qəbul etməmiş, o cümlədən Şəxs evinə baxış keçirməmişdir. Borclu isə verdiyi bütün izahatlarda məhkəmə qətnaməsinin icra etməyə maddi imkanı olmadığını bildirmişdir. Buna görə də 05 iyun 2025-ci il tarixdə Ş.İ.İbrahimova tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə verilmişdir. Biləsuvar rayon Məhkəməsinin hakiminin 05 iyun 2025-ci il tarixli, 3(022)-486/2025 saylı qərarı ilə borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və sonuncunun barəsində 500 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Lakin həmin şəxs ona tətbiq olunmuş inzibati tənbeh tədbirlərindən nəticə çıxarmayaraq, öz öhdəliklərini icra etməmişdir. Tələbkar isə həmin borcun ödənilməsi ilə bağlı davamlı olaraq yuxarı icra hakimiyyəti orqanlarına onun barəsində şikayətlər edir. İcra məmuru Ş.İ.İbrahimov bir neçə gün bundan əvvəl iş yerini dəyişdiyinə görə qeyd edilən icra sənədi onun icraatına daxil olmuşdur. O, özün də borcludan icra sənədinin icrasını tələb etsə də, Şəxs borcunu bundan sonra hər ay 20 manat ödəməklə, bağlayacağını yenə vəd etsə də, borcu ödəyəcəyinə dair inam yaratmır. Bu isə Şəxs şifahi vəd verməklə, inzibati məsuliyyətdən yayınmağa çalışdığını göstərir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Sonda, İ.İ.Əzizov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qaynı arvadıdır və o, 2022-ci ildə həmin şəxsdən mərhum ərinin və övladlarının müalicəsi məqsədilə 4.000 manat pul borc almışdır. O, Zərərçəkmiş şəxs borc aldığı zaman borcunu sonuncuya qısa müddət ərzində qaytaracağını fikirləşsə də, o vədinə əməl edə bilməmişdir. Buna görə də Zərərçəkmiş şəxs həmin borcun ondan tutulması məqsədi ilə məhkəməyə müraciət etmişdir. Biləsuvar rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli icra sənədinə əsasən ondan Zərərçəkmiş şəxs xeyrinə 3.268 manat pul tutulmalıdır. Lakin onun maddi vəziyyəti tələbkara olan borcunu ödəməyə imkan vermir. Belə ki, onun bir qardaşı X2 şəhid olmuş, iki oğlu Yaqub Abdullayev və Aqşin Abdullazadə isə “Vətən müharibəsi”ndə iştirak etmiş və hər iki oğlu döyüşlər zamanı xəsarətlər alaraq, şikəst olmuşlar. Onunla yaşayan oğlu Aqşin Abdullazadə beyin nahiyəsində xəsarət aldığına görə psixi xəstəlikdən əziyyət çəkdiyi üçün uzun müddətdir ki, psixi dispanserlərdə müalicə olunur. Bununla belə həmin oğluna hal-hazıradək əlillik dərəcəsi və pensiya təyin edilməmişdir. Halbuki, oğlu X5 sonra dəfələrlə Bakı və Lənkəran şəhərlərində, Salyan rayonunda psixi dispanserlərdə stasionar müalicələr alsa da, sağalmamış və ambulator müalicə almaq üçün evə buraxıldıqdan az sonra yenidən aqressiv davranışlarına görə yenidən dispanserə yerləşdirilmişdir. Buna görə də o, oğlunun müalicəsi üçün dövlət tərəfindən pulsuz təmin edilən dərmanlar siyahısında olmayan əsəb dərmanları almalı olur. Son dəfə həkimin həmin oğluna yazdığı reseptdə aptekdən pulla almalı olduğu 300 manat dəyərində dərmanlar olsa da, maddi vəziyyəti həmin dərmanları almağa da imkan vermir. Onun əri 3 il əvvəl vəfat etmişdir. O, hazırda heç bir yerdə işləmir və oğlu Aqşin Abdullazadə, onun arvadı və 3 azyaşlı uşaqları ilə birlikdə Biləsuvar rayonu, Günəşli kəndində yaşayır. Buna görə də o, özünün və oğlunun Aqşin Abdullazadənin və sonunun övladlarının ən zəruri ərzaq və geyim tələbatlarını qohum-qonşularının etdikləri yardımlar hesabına ödəyir. Novruz bayramı” ərəfəsində Biləsuvar rayon İcra Hakimiyyəti ona bayramla əlaqədra evinə bazarlıq etmək üçün 70 manat, Azərbaycan Respublikası Təhsil Nazirliyi isə “Qurban bayramı”ndə 100 manat amddi yardım etmişdir. O, oğlu Aqşinə müvafiq əlillik dərəcəsi təyin edilməsi və sonuncunun övladlarına isə ünvanlı sosial yardım verilməsi üçün müxtəlif dövlət orqanlarına müraciət etmişdir. Sonuncu dəfə, təxminən 15 gün bundan əvvəl oğlunun tibbi sənədləri, əlillik dərəcəsinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmişdir və o, oğlu Aqşina qısa müddətdə əlillik və pensiya təyin ediləcəyinə ümid edir. Onun müxtəlif dövlət orqanlarına etdiyi müraciətlərdən sonra oğlu Aqşin Abdullazadənin arvadı 1 ay bundan əvvəl yaşadıqları Biləsuvar rayonu, Günəşli kənd məktəbində yarımştat işçi kimi xadimə işi ilə təmin edilsə də, sonuncunun alacağı məvacib heç 200 manat belə deyil. Digər oğlu Yaqub Abdullayev isə ailəsi ilə birlikdə ondan ayrı yaşayır və ona heç bir köməklik göstərmir. O, hazırda tək başına olafraq nəvələrinin qarnını doyuzdurmaq üçün qonşuluqda yerləşən mağazalardan nisyə al-ver edərək, evinə çörək və digər zəruri qida məhsulları ala bilər. O, oğlunun pensiyası və nəvələrinin sosial yardım almaları təmin edildikdən sonra alacağı vəsait hesabına tələbkara olan borcunu ödəyəcəkdir. Bu gün onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyindən xəbər tutmuş qoca atası, özünün aldığı pensiyadan tələbkara hər ay 100 manat verəcəyini vəd etmişdir. O başa düşür ki, tələbkarin da həmin pula ehtiyacı var, lakin o, Zərərçəkmiş şəxs borc aldığı zaman sonuncu da onun maddi vəziyyətindən xəbərdar olmuşdur və o, həqiqətən nəinki tələbkara olan borcunu ödəyə bilmir, hətta ona təyin edilmiş cəriməni də ödəmək iqtidarında deyil. Onun barəsində inzibati həbs tətbiq olunarsa, Vətən Müharibəsində aldığı xəsarətlər nəticəsində psixi xəstə olan oğlunun və azyaşlı nəvələrinin başına nə gələcəyini təsəvvür edə bilmir. Sonda, Şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X8 bildirdi ki, Şəxs hazırki maddi vəziyyətinin həmin şəxsə tələbkara olan borcunu ödəməyə imkan vermədiyi aşkardır. Buna görə də borclunun əməli qəsdlə əhatə olunmamışdır. Sonda, H.A.Məmmədov Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, Biləsuvar rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli icra sənədinə əsasən borclu ona olan 3.268 manat borcunu ödəməlidir. Lakin həmin icra sənədi icraata yönəldildikdən sonra Şəxs ona olan borcundan hazırki tarixədək heç bir ödəniş etməmişdir. O, borclunun maddi vəziyyətindən xəbərdardır və sonuncunun halına acıyır. Lakin o, Şəxs verdiyi borc pul vəsaitini bankdan kredit şəkildə almışdır və hazırda bank ondan kredit borcunu qaytarmasını tələb edir. Borclunun ona olan borcunu ödəməyə imkanı olmasa da, sonuncunun oğlu Yaqub Abdullayevin imkanı yaxşıdır. Buna görə də o hesab edir ki, Yaqub Abdullayev anasının həbs edildiyini bilsə, dərhal sonuncunun ona olan borcunu ödəyəcəkdir. Sonda, Zərərçəkmiş şəxs borclu barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və onun müdafiəçisini, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, habelə icra sənədi üzrə tələbkarı dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri müəyyən olunmur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar rayon Məhkəməsinin 11 mart 2025ci il tarixli, 2(022)-381/2025 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən müvafiq olaraq 01 may 2025-ci il tarixli qərarlarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Biləsuvar rayon Məhkəməsinin hakiminin 05 iyun 2025-ci il tarixli, 3(022)-486/2025 saylı qərarının surətindən görünür ki, Şəxs E.E.Səmədzadə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin şəxs barəsində 500 manat məbləöində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə grə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqzidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən isə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. İşin məhkəmə iclasında tədqiq edilib, öyrənilmiş hallarından görünür ki, Biləsuvar rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(022)-381/2025 saylı icra sənədini üzrlü səbəblərdən tam icra etməmiş borclu Şəxs hərəkətləri qəsdlə əhatə olunmamışdır. Bundan başqa, Biləsuvar rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(022)- 381/2025 saylı icra sənədinin icrasının təmin məqsədi ilə Şəxs şərait yaradılmamış, bütün imkanlar tükənmədən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmaqla, məhkəməyə təqdim edilmişdir. “İcra haqqında” Qanunun 12.1-ci maddəsinə görə həmin Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 43-cü maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və “İcra haqqında” Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləri hesab edilir. Həmçinin “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiq edilməsi üçün əsasdır. Lakin inzibati xəta haqqında iş materiallarına icra məmuru tərəfindən “İcra haqqında” Qanunun tələblərinə müvafiq olaraq borcun icrası barədə bütün tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin görülməsinə dair heç bir sübut əlavə edilməmişdir. Həmçinin inzibati xəta haqqında protokolu tərtib etmiş İ.İ.Əzizov da məhkəmə iclasında Biləsuvar rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(022)-381/2025 saylı icra sənədnin icraatında olduğu keçmiş icra məmuru Ş.İ.İbrahimova tərəfindən tələbin icra edilməsi üçün borclunun maddi və əmlak vəziyyətinin yoxlanılmadığını etiraf etmişdir. Beləliklə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, Biləsuvar rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(022)-381/2025 saylı icra sənədinin icrasının təmin məqsədi ilə icra məmurları tərəfindən Şəxs kifayət qədər şərait yaradılmamış, bütün imkanlar tükənmədən, habelə maddi və əmlak vəziyyəti tam yoxlanılmadan, yəni qəsdin mövcudluğu araşdırılmadan icra sənədini qərəzli şəkildə icra etməməsi əsası ilə borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmaqla, məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin məhkəmə iclasında müəyyən edilməklə yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edirəm ki, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxsnun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-656/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-656/2025
13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver