Məhkəmə qərarları › İş №3(022)-659/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-659/2025

15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-659/2025 15.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (məhkəmə iclas katibi) X6 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 189 nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs, barəsində Biləsuvar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 13 avqust 2025-ci il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində narkotik vasitə olan marixuana istehlak etmiş və həmin gün, saat 02:36-da şübhəli şəxs qismində Biləsuvar rayon polis şöbəsində izahatı alındığı zaman narkotik maddələrin qəbulundan yaranan sərxoşluq vəziyyətində olduğuna dair əsaslı şübhələr yarandığına görə narkoloji yoxlamadan keçirilmiş və ambulator məcburi narkoloji tibbi yoxlamanın 14 avqust 2025-ci il tarixli, 449 saylı rəyi ilə Şəxs narkotik vasitə qurudulmuş marixuanadan istifadə halları müəyyən edilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X3 göstərdi ki, o, Biləsuvar rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. 13 avqust 2025-ci il tarixdə Bakı şəhər sakini Şəxs Biləsuvar şəhərində narkotik vasitələri qanunsuz olaraq əldə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin şəxs barəsidnə əməliyyat-axtarış tədbirləri keçirilməyə başlanılmış və sonuncu polis əməkdaşları tərəfindən Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində piyada hərəkətdə olarkən əməliyyat müşahidəsinə götürülmüş və bir neçə dəqiqə sonra saxlanılmışdır. Bundan sonra Şəxs Biləsuvar rayon polis şöbəsinə aparılmışdır. Şöbənin inzibati binasında videoçəkiliş aparılmaqla Şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı həmin şəxsin üzərindən qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet aşkar edilməmişdir. Lakin Şəxs dindirildiyi zaman Biləsuvar şəhərinə işlədiyi stomotologiya klinikasında olan texniki avadanlığın ehtiyat hissəsini almağa gəldiyini bildirmiş və qurudulmuş marixuana istehlak etdiyini etiraf etmişdir. Bundan sonra iş üzrə məcburi ambulator yoxlama keçirilmiş və ambulator məcburi narkoloji tibbi yoxlamanın 14 avqust 2025-ci il tarixli, 449 saylı rəyi ilə Şəxs narkotik vasitə qurudulmuş marixuanadan istifadə halları müəyyən edilərək, kannobionidlərin qəbulundan yaranan asılıq sindromu aşkar edilmişdir. Bundan sonra 14 avqust 2025-ci il tarixdə Şəxs inzibati qaydada tutulmuşdur. Buna görə də onun tərəfindən həmin şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 189 nömrəli evdə qeydiyyatda olmaqla yaşayır. O, artıq uzun müddətdir ki, hərdənbir narkotik vasitə qurudulmuş marixuana istehlak edir. O, qeyrirəsmi şəkildə Bakı şəhərində yerləşən stomotologiya klinikasında texnik kimi çalışır. O, həmin klinikada istifadə edilən alətlərə ehtiyyat hissəsini almaq qərarına gəlmiş və bu məqsədlə internətdə yerləşdirilmiş elanlara baxış keçirmişdir. O, Biləsuvar şəhərində yaşayan şəxs tərəfindən paylaşılmış elanda olan ehtiyyat hissəsini almaq üçün 12 avqust 2025-ci il tarixdə, axşam saatlarında taksi vasitəsilə Biləsuvar rayonun gəlmək üçün yola düşümüşdür. Lakin 13 avqust 2025-ci il tarixdə, saat 02 radələrində taksi xarab olduğu üçün sürücü onu Bİləsuvar rayonu, Xırmandalı kəndində düşürməyə məcbur olmuş və bundan sonra o, piyada şəkildə Biləsuvar şəhərinə getməyə başlamışdır. Həmin vaxt o, polis əməkdaşları tərəfindən saxlanılmış və Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Şöbənin inzibati binasında onun üzərinə baxış keçirilmiş, lakin onun üzərindən qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet aşkar edilməmişdir. O, izahatında polis əməkdaşlarına narkotik vasitə qurudulmuş marixuana istehlak etdiyini etiraf etmişdir. Buna görə də onun barəsində narkotik vasitələrin qəbulundan yaranan sərxoşluq vəziyyətində olub-olmadığının müəyyən edilməsi məqsədi ilə məcburi yoxlama keçirilmişdir. O, həmçinin polis əməkdaşlarına narkotik vasitə marixuana istehlak etdiyini könüllü etiraf etmişdir. Sonda Şəxs əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül inzibati təbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, həmin şəxsə cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, inzibati həbsin əvvəli Şəxs faktiki olaraq tutulduğu və azadlıq hüququnun məhdudlaşdırıldığı vaxtdan, yəni 14 avqust 2025-ci il tarixdən 17:00-dan hesablanmalıdır. İş materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 14 avqust 2025-ci il tarixli, 449 saylı rəyindən görünür ki, Şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 14 avqust 2025-ci il tarixdən, saat 17:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Qərar inzibati həbs növündə inzibati tənbeh tətbiqinə dair hissədə dərhal icra edilsin. Qərar Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsinə dair hissədə, Şəxs ona təyin olunmuş inzibati həbs növündə inzibati tənbehi çəkib qurtardıqdan sonra icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim N.F.Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar