Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-662/2025 02.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X11 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin nümayəndəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 4 saylı X2 baş məsləhətçisi Nümayəndə iştirakı ilə, Şəxs, xx xxxxxx 1975-ci il tarixdə Biləsuvar rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 uşağı olan, fərdi sahibkar, barəsində eyni inzibati xətanın törədilməsinə görə bir il müddətində barəsində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Bəydili kəndi, M.Fizuli küçəsində yerləşən 1B nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 4 saylı X1 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 05 avqust 2025-ci il tarixdə idarə etdiyi Biləsuvar rayonu, Bəydili kəndi ərazisində yerləşən avtoyuma məntəqəsində formalaşan tullantı sularını kənara – çöllərə axıtmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə göstərdi ki, o, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 4 saylı X3 baş məsləhətçisi vəzifəsində çalışır. 4 saylı X4 rəisinin 04 avqust 2025-ci il tarixli, 16 nömrəli sərəncamına əsasən o, iş yoldaşları ilə birlikdə vətəndaş müraciəti əsasında 05 avqust 2025-ci il tarixdə Biləsuvar rayonu, Bəydili kəndi ərazisində reyd aparmışlar. Həmin baxış nəticəsində Biləsuvar rayonu, Bəydili kənd sakini Şəxs ona məxsus fərdi yaşayış evinin yaxınlığında tikdiyi və idarə etdiyi avtoyuma məntəqəsində formalaşan tullantı suyunu birbaşa kənara – həmin məntəqənin ətrafına axıtdığı aşkar edilmişdir. Həmin faktla bağlı onlar tərəfindən Şəxs iştirakı ilə 000827 nömrəli akt tərtib edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış araşdırma ilə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinin tərkibinin olması müəyyən edilmiş və buna görə də sonuncu barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sonda, Nümayəndə Şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin nümayəndəsini dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş 05 avqust 2025-ci il tarixli, 000827 nömrəli aktdan və həmin akta əlavə edilmiş fotoşəkildən görünür ki, 4 saylı X2 04 avqust 2025-ci il tarixli, 16 nömrəli sərəncamına əsasən həmin müəssisənin rəis müavini Əlipişməd Babazadə və baş məsləhətçisi Nümayəndə yerində baxış keçiriməsi məqsədi ilə Şəxs Biləsuvar rayonu, Bəydili kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında tikdiyi avtoyuma məntəqəsinə baxış keçirmiş və baxış zamanı kənd sakini Şəxs avtoyuma məntəqəsində formalaşan tullantı sularını kənara – həmin məntəqənin ətrafındakı torpaq sahəsinə axıtdığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə görə su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda və s. hallarda vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. “X10”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təqsdiq edilmiş “X10”nın 1.2.5-ci bəndinə görə tullantı suları istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 1-ci maddəsinə əsasən kanalizasiya sistemi yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Həmçinin inzibati xəta haqqında iş materillarında olan “Elektron Məhkəmə” informasiya sistemindən “Şəxsin vergi məlumatları” altsistemindən çıxarışdan görünür ki, Şəxs hüquqi şəxs yaratmadan sahbkarlıq fəaliyyəti ilə məşğul olur. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 17-ci maddəsinin “Qeyd” hissəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Beləliklə, məhkəmə hesab edir ki, fərdi sahibkar Şəxs törətdiyi inzibati xəta məhz onun həyata keçirdiyi sahibkarlıq fəaliyyəti növü ilə bilavasitə əlaqəlidir və həmin şəxs fərdi sahibkar kimi ona verilmiş və qanunla mühafizə edilən hüquqlardan və saləhiyyətlərdən ətraf mühitin mühafizəsi qaydaları əleyhinə sui-istifadə etmişdir və buna görə də Şəxs hazırki inzibati xətanın subyekti qismində fiziki şəxs kimi deyil, vəzifəli şəxs kimi çıxış edir. İşin hallarını və Şəxs şəxsiyyətini, sonuncunun vəzifəli şəxs olmasını, o cümlədən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 1.000 (bir min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-662/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-662/2025
02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver