Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-666/2025 23.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X24 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X10 Xidmətinin 4 saylı X4 baş məsləhətçisi X8 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1970-ci il tarixdə Biləsuvar rayonu, Səmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xətanın törədilməsinə görə bir il müddətində barəsində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Səmədabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X10 Xidmətinin 4 saylı X3 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X10 Xidmətinin 4 saylı X3 daxil olmuş inzibati xəta haqqında 12 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* saylı protokoldan görünür ki, Məmmədov X11 rayonu, Səmədabad kəndi ərazisindən keçən “Səmədabad” kollektorunun mühafizə zonasında qanunsuz olaraq tikili inşa edərək, Azərbaycan Respublikası Su Məcəlləsinin tələblərinə riayət etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X18 göstərdi ki, o, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X10 Xidmətinin 4 saylı X5 baş məsləhətçisi vəzifəsində çalışır. 4 saylı X6 rəisinin 04 avqust 2025-ci il tarixli, 16 nömrəli sərəncamına əsasən o, iş yoldaşları ilə birlikdə, vətəndaş müraciəti əsasında 12 avqust 2025-ci il tarixdə Biləsuvar rayonu, Səmədabad kəndi ərazisində reyd aparmışlar. Həmin baxış nəticəsində Biləsuvar rayonu, Səmədabad kənd sakini Şəxs sahibliyində olan torpaq sahəsində, “Səmədabad” kollektorunun mühafizə zonasından 2,9 metr məsafədə, yəni kollektorun mühafizə zonasında tikili inşa edildiyi aşkar edilmişdir. Şəxs öz izahatında tikilinin fermada işləyən fəhlələrin istirahətini təmin etmək məqsədi ilə inşa edildiyini, həmin torpaq sahəsini icarəyə götürdüyünü, torpağın mülkiyyətçisinin Bakıda yaşadığını bildirmişdir. Həmçinin həmin şəxs öz izahatında torpaq sahəsini əkibbiçdiyini, lakin fərdi sahibkar kimi qeydiyyatdan keçmədiyini də bildirmişdir. Belə ki, su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydaları”nın 12-ci bəndinə görə su kollektorlarının mühafizə zonası həmin kollektordan axan suyun su buraxma qabiliyyətindən asılı olaraq müəyyən edilir. “Səmədabad” kollektorunun mühafizə zonasının eni isə 10 metrdir. Şəxs sahibliyində olan torpaq sahəsində olan tikili isə həmin kollektordan 2.9 metr məsafədə inşa edildiyinə görə su hövzələrinin mühafizə zonalarının tələbləri pozulmuşdur. Tikilinin yaşının ən azı 10-15 il olması mübahisiz hal olsa da və həmin tikilinin kim tərəfindən inşa edildiyini dəqiq bilməsə də, o, həmin tikiliyə faktiki sahiblik edən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrək həmin şəxs barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Sonda, E.F.Bədəlov Şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək, göstərdi ki, o, Biləsuvar rayonu, Səmədabad kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, başqa işi olmadığına görə, tanışı X7 xahişi ilə həmin şəxsin mülkiyyətində olan 20 hektar torpaq sahəsində olan kənd təsərrüfat işlərinə rəhbərlik etməklə məşğuldur. Belə ki, həmin torpaq sahəsi əvvəllər Biləsuvar heyvandarlıq və quşçuluq kompleksinin tərkibində olmuşdur. Qeyd edilən torpaq sahəsi 2013-cü ildə bağlanmış icarə müqaviləsi əsasında X1 verilmişdir. İnzibati xətanın predmeti olan tikili onun və ya X.B.Əzizova tərəfindən deyil, sovet dövründə Biləsuvar heyvandarlıq və quşçuluq kompleksi tərəfindən inşa edilmiş bir təsərrüfat tikilisidir və bu tikilinin 30 ildən çox yaşının olmasını adi gözlə də təsbit etmək mümkündür. O, həmin torpaq sahəsində olan tikinti işlərinə X.B.Əzizovanın tapşırığı ilə, ödəniş müqabilində rəhbərlik etdiyi üçün və həmin torpaq sahəsinin 5 hektar hissəsində əkilən pambıq məhsulunu müvafiq pambıq qəbulu müəssisəsinə təhvil vermək məqsədilə 2021-ci ilədək X.B.Əzizova ilə icarə müqaviləsi bağlamışdır. Artıq yaşlaşdığına və müxtəlif müəssisələrə getməyə çətinlik çəkdiyinə görə 2021-ci ildən X.B.Əzizova ilə və pambıq zavodu ilə müqavilələr onun oğlu Məmmədli Rüfətin adından bağlanmışdır. Bununla belə, yenə də həmin torpaq sahəsinə və əkin sahələrinə X.B.Əzizova sahiblik edir. O isə orada görülən işlərə və işçilərə nəzarət edir. O, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Çünki, həmin tikilini o, inşa etməmişdir və o, torpaq sahəsinin sahibi olmadığına görə həmin tikilini sökmək səlahiyyətinə də sahib deyil. Kollektorun mühafizə zonasında inşa edildiyi iddia edilən tikili çox köhnə vəziyyətdədir və həmin tikli inşa edildiyi vaxt “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydaları” hələ qüvvədə deyildi. Buna görə də onun tərəfindən və ya X.B.Əzizova tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Sonda, Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 12 avqust 2025-ci il tarixli, 000825 nömrəli aktdan və həmin akta əlavə edilmiş fotoşəkildən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X10 Xidmətinin 4 saylı X4 04 avqust 2025-ci il tarixli, 16 nömrəli sərəncamına əsasən həmin müəssisənin baş məsləhətçisi E.F.Bədəlov, Biləsuvar rayon S.M.İ.İ-nin SEDAM-n mühəndisi Elvin Əsgərzadə yerində baxış keçiriməsi məqsədilə Biləsuvar rayonu, Səmədabad kəndinin ərazisindən keçən “Səmədabad” kollektoruna baxış keçirmiş və baxış zamanı kənd sakini Şəxs “Səmədabad” kollektorunun mühafizə zolağında, yəni kollektorun sahilindən təxminən 2-3 metr məsafədə fəhlələrin istirahəti üçün tikili inşa etdiyi aşkar edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası Su Məcəlləsinin 82 və 103-cü maddələrinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 saylı Qərarın tələblərini pozmuşdur. İş materiallarına əlavə edilmiş elektron xəritə məlumatlarından görünür ki, “Səmədabad” kollektorunun mühafizə zolağının eni 8 metrdir. Kollektorun kənarında inşa edilmiş tikili “Səmədabad” kollektorundan 2,9 metr məsafədə yerləşir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın və torpaq sahəsinin planının surətlərindən görünür ki, Biləsuvar rayonunun dövlət ehtiyat fonduna aid 20 hektar ölçüdə əkin torpaq sahəsi Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2013-cü il tarixli, 338 saylı sərəncamı və eyni tarixli icarə müqaviləsi əsasında X9 15 il müddətinə icarəyə verilmişdir. İşdə olan 18 mart 2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, X13 icarə hüququ əsasında onun sahibliyində olan, Biləsuvar rayonunun dövlət ehtiyat fonduna aid 20 hektar ölçüdə əkin torpaq sahəsinin 5 hektar hissəsini X14 icarəyə verilmişdir. İş materiallarında olan 13 fevral 2024-cü il tarixli xam pambığın alqı-satqısına dair 13 fevral 2024-cü il tarixli, 83 nömrəli müqavilənin surətindən görünür ki, X19 nun icarəsində olan 6,5 hektar sahədə əkilmiş pambıq məhsulunu “X21 Kompleksi” məhdud məsuliyyətli cəmiyyətinə satmaq barədə müqavilə bağlamışdır. İşdə olan 05 fevral 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X13 onu X21 Kompleksi” məhdud məsuliyyətli cəmiyyətində təmsil etməsi məqsədilə 05 fevral 2026-cı ilədək Şəxs səlahiyyətlər vermişdir. Beləliklə, inzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı və işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, inzibati xətanın törədildiyi torpaq sahəsi Biləsuvar rayonunun dövlət ehtiyat fonduna aid olmaqla, 20 hektar ölçüdədir, Biləsuvar rayon İcra Hakimiyyətinin 30 dekabr 2013-cü il tarixli, 338 saylı sərəncamı və eyni tarixli icarə müqaviləsi əsasında X9 15 il müddətinə icarəyə verilmişdir. X.B.Əzizova isə həmin torpaq sahəsinin 5 hektar ölçüdə hissəsini 18 mart 2021-ci il tarixdə X2 vermişdir. Eyni zamanda X.B.Əzizova hazırki inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onu “X21 Kompleksi” məhdud məsuliyyətli cəmiyyətində təmsil etməsi məqsədilə 05 fevral 2026-cı ilədək səlahiyyətlər vermişdir. Hazırki inzibati xətanın predmeti olan tikilinin yeri və həmin tikilinin ən azı 10 ildən çox yaşının olması proses iştirakçıları tərəfindən işin mübahisəsiz halları olaraq qəbul edildiyinə görə həmin xüsusatların araşdırılması üçün hər hansı ekspertizanın keçirilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Su Məcəlləsinin 74-cü maddəsinə görə su obyektlərinin mənbəyinin və mənsəbinin mühafizə zonaları xüsusi qorunan su obyektləridir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin, zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə heyvanlar və bitkilər aləminin məskunlaşdığı mühitin qorunub saxlanması üçün su mühafizə zonaları müəyyən edilir. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir. Sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, meşələrin qırılması, ağac və kolların kökündən çıxarılması, heyvandarlıq ferma və düşərgələrinin, qəbiristanlığın, zibilxananın yerləşdirilməsi, habelə həmin Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, digər fəaliyyət növləri qadağan edilir. Sahil mühafizə zolaqlarında icazə əsasında su təchizatı, istirahət, idman, balıqçılıq və ovçuluq təsərrüfatı obyektlərinin, habelə liman və hidrotexniki qurğuların yerləşdirilməsinə yol verilir. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə görə ... su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə ... və s. hallarda vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 saylı qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydaları”nın 12-ci bəndinə görə magistral və təsərrüfatlararası kanallar və kollektorlar boyu su mühafizə zonalarının minimum eni onların su buraxma qabiliyyətindən asılı olaraq saniyyədə 3 kbm-ə qədər olduqda 5 metr, saniyyədə 3-10 kbm-ə qədər olduqda 10 metr, saniyyədə 10-30 kbm-ə qədər olduqda 25 metr, saniyyədə 30-50 kbm-ə qədər olduqda 60 metr və saniyyədə 50 kbm-dən artıq olduqda 100 metr hədlərində qəbul edilir. Həmin Qaydaların 25-ci bəndinə əsasən su mühafizə zonalarının, sahil mühafizə zolaqlarının və su mühafizə nişanlarının lazımi vəziyyətdə saxlanması su istifadəçilərinə həvalə edilir. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri onların torpaq sahələrində yerləşən su mühafizə zonaları və sahil mühafizə zolaqları üçün müəyyən edilmiş istifadə rejiminə riayət etməlidirlər. Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsinə görə su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsi həmin maddə ilə inzibati xəta tərkibini yaradır. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız Azərbaycan Respublikası İXM ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqzidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 yanvar 2023-cü il tarixli Qərarına əsasən inzibati məsuliyyətin subyektləri inzibati xəta törədərkən on altı yaşı tamam olmuş anlaqlı fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslərdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli X17 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” Qərarında müəyyən etdiyi hüquqi mövqeyinə görə İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadığı halda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi). Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. Beləliklə, hüququn ən ali prinsiplərindən hesab edilən ədalətlilik prinsipinə görə inzibati xəta və ya cinayət əməli olub-olmamasından asılı olamayaraq, hər bir şəxsə (şübhəli şəxs, təqsirləndirilən şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs) fərdi yanaşılmalı və ədalətli məhkəmə araşdırılması təmin edilməlidir. Hər bir inzibati xəta tərkibinin vacib elementlərindən biri də inzibati xətanın subyektidir. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı verdiyi izahatında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs mübahisə predmeti olan və “Səmədabad” kollektorunun mühafizə zonasında inşa edilmiş tikilinin yerləşdiyi torpaq sahəsinin ona məxsus olmadığını, dövlət ehtiyat fonduna aid olmaqla, əvvəllər mövcud olmuş Biləsuvar heyvandarlıq və quşçuluq kompleksinin balansında olduğunu, torpaq sahəsinin 2013-cü ildə bağlanmış icarə müqaviləsi əsasında X1 verildiyini, inzibati xətanın predmeti olan tikilinin onun və ya X.B.Əzizova tərəfindən deyil, sovet dövründə Biləsuvar heyvandarlıq və quşçuluq kompleksi tərəfindən inşa edilmiş bir təsərrüfat tikilisi olduğunu və həmin tikilinin 30 ildən əvvəl inşa edildiyini göstərdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs E.F.Bədəlov isə Şəxs həmin dəlillərini rədd edən hər hansı sübut və ya mülahizəni məhkəməyə təqdim etməyərək, öz izahatında inzibati xətanın predmeti olan tikilinin kim tərəfindən inşa edildiyini bilmədiyini, yalnız həmin torpaq sahəsinin hazırda Şəxs faktiki sahibliyində olmasını əsas tutaraq, sonuncu barəsində Azərbaycan Respublikası İXM-nin 263.0.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etdiyini göstərmişdir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi, inzbati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün həmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsalana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 80.1-ci maddəsinin tələbinə görə sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinin tələbinə görə sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs mübahisə predmeti olan tikilinin onun tərəfindən inşa edilmədiyini, habelə həmin tikilinin olduğu torpaq sahəsinin ona məxsus olmadığı barədə izahat versə də, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə qeyd edilən tikilinin məhz Şəxs tərəfindən inşa edildiyinə dair hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə toplanmış sübutlarla məhz Şəxs tərəfindən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına yol verildiyi öz təsdiqini tapmır. Qeyd edilən tikilinin nə vaxt və kim tərəfindən inşa edildiyi müəyyən edilmədiyi halda, torpaq sahəsinin icarəçisi X.B.Əzizovadan aldığı etibarnamə əsasında inzibati xətanın predmeti olan tikiliyə faktiki sahiblik etməsi həmin şəxsin Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə əsas vemir. Belə ki, Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2013-cü il tarixli, 338 saylı sərəncamı və eyni tarixli icarə müqaviləsi əsasında X9 15 il müddətinə icarəyə verilmiş torpaq sahəsində, su obyektinin mühafizə zonasında hər hansı tikilinin olması faktı, özü-özlüyündə, həmin sahədə əkin işləri aparan və ya işlərə rəhbərıik edən Şəxs Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın subyektinə çevirmir. Hesab edirəm ki, aydınlıq gətirilməmiş, yuxarıda qeyd edilən ziddiyyətli məqamlarla şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Yaranmış şübhələr və ziddiyyətlər hər bir halda Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin məhkəmə iclasında müəyyən edilməklə yuxarıda sadlanan hallarını nəzərə alaraq hesab edirəm ki, əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-666/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-666/2025
23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver