Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-673/2023 12.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1987-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, faktiki nikah münasibətlərində olan, himayəsində 3 uşağı olan, 3-cu dərəcə əlil, heç yerdə işləməyən, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Səmədabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 dekabr 2013-cu il tarixli, 2(007)- 1488/2013 saylı icra sənədinə əsasən əvvəli 19 aprel 2013-cu il tarixdən hesablanmaqla, 05 mart 2010-cu ildə anadan olmuş X1 üçün Şəxs hər ay 100 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 2(103)-14010/2019 saylı icra sənədinə görə isə həmin alimentin məbləği artılıraq, həmin uşağın saxlanması üçün Şəxs hər ay 160 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(007)-824/2023 saylı icra sənədinə əsasən həmin alimentin məbləği artılıraq, Z.Şəxsanın saxlanması üçün Şəxs hər ay 200 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Borclu icra vərəqələrində göstərilən tələbləri və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 12 iyun 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru N.B.Bəhmənov məhkəməyə verdiyi izahatında bildirdi ki, icra sənədləri icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, Şəxs borcunu ödəmək təklif edilmiş, lakin Şəxs müxtəlif bəhanələrlə icradan yayınmışdır. Şəxs aliment borcunu tam ödəyəcəyi barədə izahatları əsas tutularaq, həmin şəxsə kifayət qədər möhlət verilmişdir. Şəxs aliment öhdəliklərini icra etmədiyinə görə tutma həmin şəxsin 3-cü dərəcə əlil kimi aldığı pensiyaya yönəldilmişdir. Lakin aylıq ödənilməli olan aliment məbləği 200 manat təşkil etdiyinə, Şəxs aylıq 150 manat məbləğində pensiyasınınn isə hər ay cəmi 70 faizi tutulduğuna görə hazırda Şəxs 9.440 manat məbləğində aliment borcu yaranmışdır. Şəxs müxtəlif bəhanələrlə aliment borcunu ödəməkdən yayındığına görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. İcra məmuru N.B.Bəhmənov həmçinin bildirdi ki, Şəxs icra sənədini icra etmədiyinə görə əvvəllər 2 dəfə, 2020 və 2022-ci illərdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə və barəsində inzibati həbs olunmasına baxmayaraq, inzibati həbsdən azad olunduqdan sonra da icra sənədinin icrası üzrə tədbirlər görməkdən faktiki imtina etmiş, yalnız ötən ay pensiyadan aparılan tutulma ilə yanaşı cəmi 100 manat ödəniş etmişdir. Sonda, N.B.Bəhmənov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək, göstərdi ki, onunla Zərərçəkmiş şəxs birgə nikahından 1 uşaqları vardır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin qətnaməsi ilə həmin uşağın saxlanması üçün ondan Zərərçəkmiş şəxs xeyrinə əvvəlcə hər ay cəmi 100 manat aliment tutulması qət edilmiş, sonradan isə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə alimentin məbləği artırılaraq 160 manat sabit pul məbləğində müəyyən edilmişdir. Həmçinin Bakı şəhəri Nizami rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qətnaməsi ilə isə ondan tutulan alimentin miqdarı təkrarən artırılaraq 200 manat sabit pul məbləğində müəyyən edilmişdir. Lakin o, 3-cü dərəcə əlil olduğuna görə heç yerdə işləyə bilmir və buna görə də maddi vəziyyəti aliment öhdəliklərini icra etməyə imkan vermir. Bundan başqa o, ikinci dəfə nikaha daxil olmuşdur və həmin faktiki nikahından daha 2 uşağı vardır. Buna görə də onun tələbkara 9.400 manatdan artıq aliment borcu toplanmışdır. Əgər məhkəmə tərəfindən ona vaxt verilərsə, o, Zərərçəkmiş şəxs olan aliment borcunu ödəmək üçün tədbirlər görəcəkdir. Hal-hazırda o heç bir yerdə işləmir və cəmi 150 manat məbləğində pensiya alır, həmin pensiya məbləğinin 70 faizi miqdarında pul isə tələbkarın xeyrinə hər ay ondan tutulur. O, söz verir ki, 150 manat məbləğində pensiyasının hamısını Zərərçəkmiş şəxs verərək, sonuncuya olan borcunu qısa müddət ərzində ödəyəcəkdir. Sonda, Şəxs onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 dekabr 2013-cu il tarixli, 2(007)-1488/2013 saylı və Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 2(103)-14010/2019 saylı icra sənədlərinə əsasən icra məmuru tərəfindən müvafiq olaraq 11 fevral 2014-cu il, 23 iyun 2020-ci il və 22 may 2023-cü il tarixli qərarlarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs himayəsində 3 uşağının olmasını və “isterik nevroz qıcolma tutulmaları nevrotik reaksiyalarla və vegetativ damar pozulmaları” növündə psixi xəstəlikdən əziyyət çəkməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, Şəxs hazırda da məhkəmə qətnaməsini icra etməməsini, habelə uzun müddət ərzində də Şəxs icra sənədinin icrasını təmin etməməsini, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 12 iyun 2023-cü il tarixdən, saat 17:20-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Şəxs
Məhkəmə qərarları › İş №3(022)-673/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-673/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver