Məhkəmə qərarları › İş №3(022)-674/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-674/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-674/2023 12.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X5 katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1985-ci ildə Laçın rayonu anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs 12 iyun 2023-cü il tarixdə saat 08:30 radələrində Biləsuvar şəhəri H.Əliyev küçəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozmuş və ictimai asayışın bərpası zamanı polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi X4 göstərmişdir ki, Şəxs 12 iyun 2023-cü il tarixdə saat 08:30 radələrində YPX-nin inspektoru polis serjantı Əhməd Məmmədzadə xidmətdə olarkən Biləsuvar şəhəri H.Əliyev küçəsində hərəkətdə olan “Qazel” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün sürücülük vəsiqəsi olmadığı üçün saxlanılmış və yoxlama zamanı sürücünün sürücülük vəsiqəsi aşkar olunmadığı üçün avtomobil Biləsuvar Rayon Polis Şöbəsinin müvəqqəti duracağına yerləşdiriləcəyi bildirildikdə avtomaşında sərnişin qismində əyləşən şəxsiyyəti sonradan məlum olan X7 uca səslə narazılğını bildirmiş, avtomaşını yandıracağını bildirərək hədə ilə polis əməkdaşlarını nəlayiq küçə söyüşləri ilə təhqir etmişdir. Polis əməkdaşları həmin şəxsə etdiyi qayda pozuntusunu izah edərək və sənədlərini təqdim etməsini bildirmişlər. Həmin şəxs onlara heç bir məhəl qoymadan maşının sükanına əyləşərək uzaqlaşmağa çalışan zaman bunu görüb həmin şəxsi sükan arxasından Post Patrul Xidmətini əməkdaşları ilə birlikdə üzaqlaşdırmışlar və Biləsuvar Rayon Polis Şöbəsinə gətirmişlər. Polis əməkdaşları onu dəfələrlə nizam intizama dəvət etsələr də həmin şəxs öz əməllərini davam etdirmişdir. Bu zaman həmin şəxs polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Həmin şəxsi nizam-intizama dəvət etsələr də o, eyni hərəkətləri davam etdirmiş və ucadan polisin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Bundan sonra həmin şəxsi məcburi şəkildə RPŞ-nə gətirib NH-nə təhvil vermişlər. RPŞ-nın NH-də məlum olmuşdur ki, həmin şəxs ünvan 1 ünvanında yaşayan Şəxsdur. Beləliklə, Şəxs barəsində İXM-in 510 və 535.1ci maddələri ilə inzibati protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, onun Biləsuvar şəhəri H.Əliyev küçəsində “Qazel” markalı **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman YPX-nin əməkdaşı ona saxla işarəsi verərək maşının saxlamasını bildirmiş, polis əməkdaşı ona yaxınlaşmış və özünü təqdim edərək sənədlərinin təqdim etməsini təklif etmiş, bu zaman cərimə yazmasınlar yoxsa maşını yandıracaq və eyni zamanda sukana əyləşərək maşını sürüb qaçırtmaq istədiyi zaman polis əməkdaşları onu saxlayaraq post patrul xidmətinin əməkdaşları ilə birlikdə Biləsuvar Rayon Polis Şöbəsinə gətirmişlər. Həmin zaman əsəbi olmuş və polis işçilərinə nalayiq ifadələr işlətmiş, buna səbəb əsəbi olması olmuşdur. Hazırda əməlindən peşman olduğunu, barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. X3 izahat verərək bildirmişdir ki, Biləsuvar Rayon Polis Şöbəsi YPX-nin polis nəfəri vəzifəsində çalışır. 12 iyun 2023-cü il tarixdə saat 08:30 radələrində YPX-nin polis nəfəri Əhməd Məmmədzadə ilə birlikdə xidmətdə olduğu zaman Biləsuvar şəhəri H.Əliyev küçəsində “Qazel” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olan zaman əlavə avadanlıq quraşdırdığı üçün YPX-nin əməkdaşı ona saxla işarəsi ilə maşının saxlamasını bildirmiş və polis əməkdaşı ona yaxınlaşmış və özünü təqdim edərək sənədlərinin təqdim etməsini təklif etmişdir. Yoxlama zamanı sürücünün sürüçülük hüququ olmadığı müəyyən edildi və maşın Biləsuvar rayon polis şöbəsinin müvəqəqəti duracağına aparılacağını bildirdikdə sərnişin qismində əyləşən şəxs uca səslə qşqıra-qışqıra polislərin onları bezdirdiyini və “102” zəng xidmətinə məlumat verəcəyini və onlardan şikayət edəcəyini bildirdi. Həmin şəxsi nizam-intizama dəvət etsələr də o, buna məhəl qoymadan qışqıra-qışqıra maşını yandıracağı ilə onlara hədə qorxu gəlmiş və maşının sükanına əyləşərək sürüb getmək istəmişdir. Bu zaman polis əməkdaşları onu sükan arxasından uzaqlaşdıraraq post patrul xidmətinin işçilərinin köməkliyi ilə Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Həmin şəxsi nizam-intizama dəvət etsələr də o, eyni hərəkətləri davam etdirmiş və ucadan polisin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. İşdə olan 12 iyun 2023-cü il tarixli AZA N 020190 saylı inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 12 iyun 2023-cü il tarixdə saat 08:45-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, habelə şahidi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətaların törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxs İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar