Məhkəmə qərarları › İş №3(022)-676/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-676/2024

26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-676/2024 26.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən - Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkarlar Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.1976-cı ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Biləsuvar şəhəri Puşkin küçəsi ev 18-də qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2(022)-654/2022 saylı, xx.xx.2022-ci il tarixli 2(022)-1139/2022 saylı və xx.xx.2024-cü il tarixli 2(022)-188/2024 saylı icra sənədlərinə əsasən cavabdeh Şəxs Soliton LTD MMC-nin xeyrinə 07 oktyabr 2020-ci il tarixli BLK5815466 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 693 manat, cərimə qismində 150 manat, 05 dekabr 2020-ci il tarixli BLK5815831 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 675 manat, 08 mart 2021-ci il tarixli BLK5881188 saylı müqavilə üzrə əsas borc qismində 484 manat, habelə 40 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 2.042 manat, xx.xx.2022-ci il tarixli 2(022)- 1139/2022 saylı icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs3 xeyrinə 2750 manat əsas borc və 40 manat ödənilmiş dövlət rüsumu və xx.xx.2024-cü il tarixli 2(022)-188/2024 saylı icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə əsas borc qismində 416 manat, cərimə borcu olaraq 41 manat və 440 manat əsas borc, 44 manat cərimə, cəmi 941 manat pul vəsaiti ödənilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 tərəfindən 26 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2(022)-654/2022 saylı, xx.xx.2022-ci il tarixli 2(022)-1139/2022 saylı və xx.xx.2024-cü il tarixli 2(022)-188/2024saylı icra sənədlərinə əsasən cavabdeh Şəxs Soliton LTD MMC-nin xeyrinə 07 oktyabr 2020-ci il tarixli BLK5815466 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 693 manat, cərimə qismində 150 manat, 05 dekabr 2020-ci il tarixli BLK5815831 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 675 manat, 08 mart 2021-ci il tarixli BLK5881188 saylı müqavilə üzrə əsas borc qismində 484 manat, habelə 40 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 2.042 manat, xx.xx.2022-ci il tarixli 2(022)-1139/2022 saylı icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs3 xeyrinə 2750 manat əsas borc və 40 manat ödənilmiş dövlət rüsumu və xx.xx.2024-cü il tarixli 2(022)-188/2024 saylı icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə əsas borc qismində 416 manat, cərimə borcu 41 manat və 440 manat əsas borc, 44 manat cərimə, cəmi 941 manat pul vəsaitinin tutulması qət edilmişdir. İcra sənədləri Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul etməklə icra sənədi icraata götürülmüş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş Şəxs ünvanına göndərilmişdir. Borclu Şəxs ümumilikdə tələbkarlara hazırda 5543 (beş min beş yüz qırx üç) manat məbləğdə borcu vardır. Hazırda icra sənədi tam şəkildə icra olunmadığına görə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs bildirmişdir ki, o, Biləsuvar Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2(022)-654/2022 saylı, xx.xx.2022-ci il tarixli 2(022)-1139/2022 saylı və xx.xx.2024-cü il tarixli 2(022)-188/2024 saylı qətnaməsinin icra edilməli olmasını və məhkəmə qətnaməsinin icra olunmamasına görə məsuliyyəti dərk edir. Hal-hazırda heç bir yerdə işləmir,ona görə də maddi imkansızlığı səbəbindən borcunu ödəyə bilmir. Borcunu birdəfəyə ödəməyə başqa imkanı olmadığından həmin borclarını hissə-hissə ödəyə bilər. Borclu Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs2 ifadəsində təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs3 təqdimatın təmin olunmasını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, işdə olan Biləsuvar Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2(022)- 654/2022 saylı, xx.xx.2022-ci il tarixli 2(022)-1139/2022 saylı və xx.xx.2024-cü il tarixli 2(022)-188/2024 saylı icra sənədlərinə əsasən icra məmuru tərəfindən 10 iyun 2022-ci il tarixli 2(022)-654/2022 saylı icra sənədi üzrə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli 2(022)-1139/2022 saylı icra sənədi üzrə xx.xx.2022-ci il tarixli və xx.xx.2024-cü il tarixli 2(022)-188/2024 saylı icra sənədi üzrə xx.xx.2024-cü il tarixli qərarlarla icraata başlanılmışdır. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, Şəxs icra sənədinin icrasının təmini istiqamətində ötən müddət ərzində heç bir tədbir görməməsini, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimə olunmasının lüzumsuz olduğunu nəzərə alaraq hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 26 iyul 2024-cü il tarixdən saat 15:40-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar