Məhkəmə qərarları › İş №3(022)-677/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-677/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-677/2023 13.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X5, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X3 Bölməsinin sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1991-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Biləsuvar şəhəri Təyyarə meydanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs 12 iyun 2023-ci il tarixdə saat 15 radələrində Biləsuvar RPŞ-nin inzibati binasında ictimai qaydanı kobud şəkildə pozmuş və ictimai asayışın bərpası zamanı polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X3 Bölməsinin sahə rəisi X6 göstərmişdir ki, Şəxs 12 iyun 2023-ci il tarixdə saat 15 radələrində Biləsuvar Rayon Polis Şöbəsinə tərəfindən dəvət olunmuş, A.Ruslan Biləsuvar RPŞ inzibati binasında olduğu zaman xidməti otaqda əsəbi halda ünvansız nəlayiq söyüşlər söymüş, bu zaman Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları onu nizam intizama dəvət etmiş və sakitləşdirməyə çalışsalara da o, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Onun bu hərəkətləri onun və digər xidmətdə olan əməkdaşların iş rejiminin pozmasına səbəb olmuşdur. Şəxs polis əməkdaşları onu çətinliklə olsa da belə Növbətçi hissəyə təhvil vermişlər. Hazırkı hadisə ilə əlaqədar Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokollarda göstərilən xüsusatları təsdiq edərək özünü tam təqsirli bildiyini, törətdiyi əməllərdən səmimi peşman olduğunu, hadisənin məhz əsəbi vəziyyətdə olması səbəbindən törədildiyini və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. X1 izahat verərək bildirmişdir ki, Biləsuvar Rayon Polis Şöbəsinin inzibati binasında olduğu zaman X2 xidməti otağında Şəxs əsəbi halda ünvansız nəlayiq söyüşlər söymüş, bu zaman Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları Şəxs nizam intizama dəvət etmiş və sakitləşdirməyə çalışsalara da o, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Onun bu hərəkətləri digər xidmətdə olan əməkdaşların iş rejiminin pozmasına səbəb olmuşdur. Həmin şəxsi nizam-intizama dəvət etsələr də o, eyni hərəkətləri davam etdirmiş və ucadan polisin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. İşdə olan 12 iyun 2023-ci il tarixli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 12 iyun 2023-ci il tarixdə saat 23:05-də inzibati qaydada tutulmuş, 13 iyun 2023-cü il tarixdə saat 12:00-da azad edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətaların törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətalardan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxs İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 13 iyun 2023-cü il tarixdən saat 15:35-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar