Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-68/2024 31.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X8 oğlunun katibliyi, iş üzrə Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1971-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 uşağı olan, fərdi əməklə məşğul olan, bir il ərzində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb edilməmiş, Biləsuvar rayonu Bəydili kəndi C.İsgəndərov küçəsi 22 saylı evdə qeydiyyatda yaşayan, barəsində Azərbaycan Respiblikası İXM-nin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Yol-Patrul Xidməti Alayının 10-cu Tağımından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 26 noyabr 2023-cü il tarixdə, saat 07 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi «VAZ 21061» markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Ələt-Astara-İran” sərhəd yolunun Biləsuvar rayonu ərazisindən keçən 111-ci kilometrliyində “Yol verin 2.4” yol nişanının tələbini pozaraq, baş yol olan “Ələt- Astara” yoluna çıxaraq, idarə etdiyi nəqliyyat vasitəsinin qabaq hissəsi ilə Astara rayonu istiqamətində öz hərəkət zolaqı ilə saatda 60 kilometr sürətlə hərəkətdə olan İran İslam Respublikası vətəndaşı X1 (X3) idarə etdiyi «Dong Feng DFL 4180-999» yük markalı, 69D371-10 qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi ilə toqquşmuş, nəticədə idarə etdiyi nəqliyyat vasitəsində sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respiblikası İXM-nin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının, yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilərək, göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır və «VAZ 21061» markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. O, 26 noyabr 2023-cü il tarixdə, saat 06 radələrində Biləsuvar şəhər avtovağzalından Biləsuvar rayonu, Aşağı Cürəli kəndinə getmək məqsədi ilə yola düşmüşdür. Həmin vaxt onun idarə etdiyi avtomaşında Zərərçəkmiş şəxs1 başqa daha bir kişi və bir qadın sərnişin də olmuşdur. O, həmin gün saat 07 radələrində “Biləsuvar-Əsgərabad” yolu ilə saatda 60 kilometrlə hərəkət etmiş və “Ələt-Astara” yolunun kəsişməsinə çatdığı vaxt surətini azaltmadan gəldiyi surətlə həmin yeri keçməyə çalışmışdır. O, həmin vaxt sağ və soluna diqqət yetirsə də, «Dong Feng DFL 4180-999» yük markalı, 69D371-10 qeydiyyat nişanlı avtomobili görməmişdir. Buna görə də onun idarə etdiyi nəqliyyat vasitəsinin qabaq hissəsi ilə «Dong Feng DFL 4180- 999» yük markalı, 69D371-10 qeydiyyat nişanlı avtomaşının sağ yan hissəsi toqquşmuşdur. Toqquşmadan sonra onun idarə etdiyi nəqliyyat vasitəsi bir neçə dəfə fırlandıqdan sonra dayanmışdır. O, baş vermiş qəza nəticəsində heç bir xəsarət alımasa da, onun idarə etdiyi nəqliyyat vasitəsində olan sərnişinlər xəsarət almışlar. Daha sonra isə yol nəqliyyat hadisəsinin baş verrdiyi yerə yol post-patrul xidmətinin əməkdaşları gəlmiş və sərnişin Zərərçəkmiş şəxs1 Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmışlar. O, törətdiyi qəzaya görə peşmandır və həmin yol nəqliyyat hadisəsi onun təqsiri üzündən baş vermişdir. O, həmin avtoqəza nəticəsində Zərərçəkmiş şəxs1 yalnız 200 manat verə bilmiş, maddi imkanı aşağı olduğuna görə həmin şəxsə başqa heç bir kömək edə bilməmişdir. Sonda Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirdi ki, o, 26 noyabr 2023-cü il tarixdə, saat 06 radələrində Biləsuvar rayon sakini Şəxs idarə etdiyi «VAZ 21061» markalı, **-DK- *** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhər avtovağzalından Biləsuvar rayonu, Aşağı Cürəli kəndinə getmək məqsədi ilə yola düşmüşdür. Həmin vaxt nəqliyyat vasitəsində onunla yanaşı qohumu Y.R.Mustafayev və tanımadığı başqa qadın sərnişin də olmuşdur. Onlar köhnə “Ələt-Astara” yolunun kəsişmə nöqtəsinə çatdıqları zaman Şəxs dayanmadan əsas yola çıxmış və surətini azaltmamışdır. Həmin vaxt onun içərisində olduğu «VAZ 21061» markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə öz yolu ilə hərəkət edən «Dong Feng DFL 4180-999» yük markalı, 69D371-10 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sağ yan hissəsi toqquşmuşdur. Hadisə nəticəsində o, müxtəlif xəsarətlər almış və Biləsuvar rayon mərkəzi xəstəxanasına aparaılmışdır. Baş vermiş qəzadan sonra Şəxs ona cəmi 200 manat məbləğində yardım etmiş və qalan müalicə xərclərini qarşılmamaşdır. Buna görə də o, həmin şəxsi bağışlamır və Şəxs şikayətçidir. Sonda, Zərərçəkmiş şəxs1 Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş üzrə digər zərərçəkmiş şəxs X2 (X3) məhkəmə iclasının vaxtı və yerə barədə məlumat verilməsinə baxmayaq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 327.8-ci maddəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Beləliklə, inzibati xəta haqqında iş materiallarında olan 29 noyabr 2023-cü il tarixli, 1348 saylı canlı şəxsin ekspertizası rəyinin surətindən görünür ki, X4 aşkar edilmiş alının sağ yarısında əzilmiş yara, sağ aşıq-baldır oynağı nahiyəsində şişkinlik və qançır, hər iki diz oynağı nahiyəsində sıyrıqlar xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti 26 noyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş təhqiqatçısı Hakim Şahbazovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 dekabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tədbiri görülməsi qərar alınmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını və himayəsində 1 uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə hakim baxa bilər. Buna görə də məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında, Şəxs qeydiyyatda olduğu yer üzrə məhkəmədə mülki iddia qaldırmaq hüququ zərərçəkmiş şəxslərə izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaın törədilməsində təqsirli bilinsin və onun barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrinin idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X2 (X3) vurulmuş maddi və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında Şəxs qeydiyyatda olduğun yerin məhkəməsində iddia qaldırmaq hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-68/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-68/2024
31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver