Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-680/2025 22.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1995-ci ildə Biləsuvar rayonu Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Biləsuvar RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Biləsuvar rayonu Xırmandalı kəndində yaşadığı evdə Zərərçəkmiş şəxs döyərək, dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 izahatında göstərmişdir ki, X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 avqust 2025-ci il tarixli qərarına əsasən Biləsuvar rayonu Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs xx.xx.2025-ci il tarixdə DİN-nin 102-yə və Bİləsuvar RPŞ-nə müraciət edərək həmin tarixdə baldızı Nuranə tərəfindən döyülməsini bildirmişdir.Həmçinin Biləsuvar şəhəri İ.Məmmədov küçəsində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə ərizə ilə Bİləsuvar RPŞ-nə müraciət edərək Şəxs tərəfindən döyülməsini bildirmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə baldızı Zərərçəkmiş şəxs yaşadığı evə gəlmişdir.O,Nuranəni gördüyü zaman ona məxsus paltarları niyə aparmasını və geri verməməsini soruşmuş və paltarlarını geri istəmişdir.O, həmin paltarları qaytarmayacağını bildirmiş və bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə əsnasında Nuranə onun saçından tutaraq dartmış, bu zaman o da onun saçından yapışmış, aralarında dava-dalaş yaranmışdır.Qarşılıqlı dava-dalaş zamanı Nuranə onun boğazından tutaraq ona xəsarət yetirmişdir, həmin vaxt müqavimət göstərdiyi üçün o da Nuranənin boğazından yapışıb saçını yolmuşdur.Həmin vaxt evdə olan yaşlı qaynanası Rəbiyyə yaxınlaşıb onları ayırmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2025- ci il tarixdə anası Fərəcova Rəbiyyəyə baş çəkmək üçün Xırmandalıda yaşadığı evə getmişdir, evdə anası və qardaşı Orucəlinin arvadı Şəxs olmuşdur.Onunla əvvəllər münasibətləri normal olsa da, son vaxtlarda münasibətləri pozulmuşdur. xx.xx.2025-ci il tarixdə onların evində olarkən ailə daxili məsələlərlə bağlı sözlə mübahisələri olmuş, mübahisə bir müddüt sonra şiddətlənmiş və Əsmər qəflətən onun üzərinə gəlib saçıdan tutaraq onun burun nahiyəsinə vurmuşdur.Bu zaman o da onun saçından tutmuş və özünü müdafiə etməyə çalışmışdır.Onlar əlbəyaxa olduqdan sonra Əsmər onu yerə yıxaraq boğazından tutub boğmalamış, bu zaman onun boğazından yapışmış və əlindən çıxmağa çalışmışdır. Mübahisə zamanı anası gəlib Əsməri tutaraq ayırmışdır, o da onun əlindən çıxmışdır. Daha sonra oradan uzaqlaşıb getmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxsnun şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İşin hallarını, habelə törədilən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə nail olunmasına kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(022)-680/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-680/2025
22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver