Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-69/2024 29.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1989-cu ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu Əliabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Biləsuvar rayon polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: xx.xx.2023-cü il tarixdə saat 15:30-da Şəxs idarə etdiyi Mercedes Benz markalı, **- LX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri, M.İbrahimov küçəsindən RTS adlanan yerə dönmək istəyərkən həmin döngədə velosipedlə hərəkətdə olan Zərərçəkmiş şəxs vurmuşdur.Buna görə də Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, atası isayev İslam Rzalı oğluna məxsus olan Mercedes Benz markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edir. 19 dekabr 2023-cü il tarixdə saat 17 radələrində o, Mercedes Benz markalı, **- LX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri M.İbrahimov küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkət edərək RTS adlanan yerə gedən zaman RTS adlanan yerin döngəsində avtomobili dayandırmış və sola dönmə işığını yandıraraq qarşıdan gələn avtomobillərə yol vermişdir. O, sonuncu avtomobil keçdikdən sonra hərəkətə başlamış, lakin bu zaman qarşısında velosipedçini görmüş, buna görə də avtomobili sağa çəkmiş, amma məsafə qısa olduğu üçün velosipedi avtomobilin sol tərəfi ilə vurmuşdur. Dəymə nəticəsində velosipedçi yerə yıxılmışdır. O da dərhal avtomobili saxlamış və yerə düşmüşdür. O, xəstəxanaya getməyi təklif etmiş, lakin velosipedçi razılaşmamışdır. Buna görə o, velosipedçiyə telefon nömrəsini vermiş və “özünü narahat hiss etsən mənə xəbər et” sözlərini demişdir. Biraz sonra həmin şəxs, yəni Zərərçəkmiş şəxs ona zəng vurmuş və “məni xəstəxanaya apar” sözlərini demişdir. O da Zərərçəkmiş şəxs öz avtomobili ilə Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmışdır. Xəstəxanada müayinə olunmuş və hər hansı bir sınığının olmadığı bilinmişdir. Onlar xəstəxanada olan zaman Zərərçəkmiş şəxs özü velosipeddən yıxılmasını bildirmişdir. Bundan sonra o, Hüseyni aptekə aparmış, dərmanlarını almış və daha sonra onun işlədiyi dönərxanaya aparmışdır. O, idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs RTS adlanan yerin döngəsində vurmuşdur. O, hadisə zamanı tormuz sistemindən istifadə etmiş, lakin məsafə qısa olduğu üçün dayana bilməmişdir. O, hadisədən əvvəl spritli içki qəbul etməmişdir. Hadisə zamanı onun idarə etdiyi avtomobilin sürəti təxminən 20 km/saat olmuşdur. Odur ki, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək göstərmişdir ki, Biləsuvar rayonu mərkəzi bazarın qarşısında dönərxana işlədir. Yaşadığı evlə işlədiyi yer arasında məsafə çox olduğu üçün piyada gedə bilmir, buna görə də velosipedlə hər gün işə gedib-gəlir. 19 dekabr 2023-cü il tarixdə saat 17 radələrində o, velosipedlə Biləsuvar şəhəri, M.İbrahimov küçəsi ilə Mərkəzi bazar istiqamətində RTS adlanan yerdə hərəkətdə olan zaman sol tərəfindən bir ədəd Mercedes markalı avtomobil onu vurmuşdur. Dəymə nəticəsində o, yerə yıxılmış və bud, diz nahiyələrindən xəsarətlər almışdır. Bundan sonra həmin avtomobilin sürücüsü Şəxs onu Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmışdır.Xəstəxanada olan zaman o, özü həkimlərə yıxılmağı barədə məlumat vermişdir.Onun elə məlumat verməyinə səbəb sürücü Şəxs ondan xahiş etməsi olmuşdur. Bundan sonra o, yaşadığı evə getmişdir. Səhəri gün o, demək olar ki, yeriyə bilməmiş, buna görə də sürücü Şəxs zəng edərək ondan kömək istəmişdir. Lakin sürücü Şəxs ona kömək edə bilməyəcəyini bildirmişdir. Buna görə də o, DİN-in 102 xidmətinə müraciət edərək Mercedes markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin onu Biləsuvar rayon mərkəzi bazarının yaxınlığında vurmasını bildirmişdir.Lakin hazırda Şəxs onunla barışıq əldə edərək, ona dəymiş ziyanı ödəmişdir.Ona görə də Şəxs heç bir tələb və şikayəti yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 1402 saylı ekspert rəyindən görünür ki, 1991-ci il təvəllüdlü vət. Zərərçəkmiş şəxs sol bud və sol bud-çanaq oynağı nahiyyəsini əhatə edən hematoma, sol bud çanaq oynağında hərəkət məhdudluğu, sağ çiyin qurşağı nahiyyəsində qançır müəyyən olunmuş. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsərindən törənmişdir.xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hal onun səmimi peşmançılığı, həmçinin zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayəti olmaması, məsuliyyətini ağırlaşdıran hal isə müəyyən olunmamışdır. İş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlirəm ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, habelə digər iş materialları ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, onun təqsiri tam sübuta yetirildiyinə görə, inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşin hallarını, habelə törədilən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə nail olunmasına kifayət edir və ona İXM-in 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 9, 32, 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №3(022)-69/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-69/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver