Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-690/2023 16.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, 13 noyabr 1985-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, bir il müddətində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb olunmamış, orta təhsilli, heç yerdə işləməyən, Cəlilabad rayonu, Alar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi Yol-Patrul Xidməti Alayının 10-cu tağımından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 26 may 2023-cü il tarixdə, saat 17:45 radələrində Ələt-Astara-İran sərhədi yolunun Biləsuvar rayonu ərazisindən keçən 114-cu kilometrində, sürücülük hüququ olmadan idarə etdiyi «VAZ-21063» markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobili Ələt qəsəbəsi istiqamətinə yol sağ ehtiyat hissəsində dayandığı yerdən sağdan sola doğru manevr qaydasını pozaraq, arxadan eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «VAZ-21053» markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmqla, nəqliyyat vasitəsinin qabaq hissəsi ilə «VAZ-21063» markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində Şəxs «VAZ-21063» markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs maddi zərər vurulmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cəlilabad rayonu Alar kəndində yaşayan Şəxs 26 may 2023-cü il tarixdə, saat 17:45 radələrində Ələt-Astara-İran sərhədi yolunun Biləsuvar rayonu ərazisindən keçən 114-cu kilometrində, sürücülük hüququ olmadan idarə etdiyi «VAZ-21063» markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobili Ələt qəsəbəsi istiqamətinə yol sağ ehtiyat hissəsində dayandığı yerdən sağdan sola doğru manevr qaydasını pozaraq, arxadan eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «VAZ-21053» markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış sonuncu nəqliyyat vasitəsinin qabaq hissəsi ilə «VAZ-21063» markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində «VAZ-21053» markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuş, Zərərçəkmiş şəxs idarə etdiyi «VAZ-21053» markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş X1 zərər vurmayan xəsarət almışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Baş İstintaq və Təhqiqat İdarəsində təhqiqat aparılmış və Şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə 12 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2, 86, 207.5.2 və 212-ci maddələrinə əsasən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Lakin Cəlilabad rayonu Alar kəndində yaşayan Şəxs əməlində inzibati xəta tərkibinin olması müəyyən edildiyinə görə, həmin şəxs barəsində toplanmış material Baş X6 İdarəsi Yol-Patrul Xidməti Alayının 10-cu tağımına göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış araşdırma ilə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibinin olması müəyyən edilmiş və buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi Yol-Patrul Xidməti Alayının 10-cu tağımının yol-patrul xidməti inspektoru X2 tərəfindən Şəxs barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilərək, göstərdi ki, «VAZ-21063» markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomaşın etibarnamə əsasında ona məxsus olsa da, onun minik avtomobillərini idarə etməyə hüquq verən sürücülük vəsiqəsi yoxdur. Buna görə də o, həmin avtomobili arabir və yalnız qısa məsafələrə idarə etmişdir. 26 may 2023-cü il tarixdə, saat 17:45 radələrində o, Ələt-Astara-İran sərhədi yolunun Biləsuvar rayonu ərazisindən keçən 114cu kilometrində, sürücülük hüququ olmadan idarə etdiyi «VAZ-21063» markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobili Ələt qəsəbəsi istiqamətinə yol sağ ehtiyat hissəsində dayandığı yerdən hərəkət etdirmək istədiyi zaman arxadan eyni istiqamətdə hərəkətdə olan sonradan adını bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi «VAZ-21053» markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və onun maşının sol yan hissəsi ilə digər maşının ön hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs maddi ziyan dəymiş və Zərərçəkmiş şəxs avtomaşınında olan sərnişin X3 alın nahiyəsində cızığa oxşar xəsarət almışdır. O, hal-hazırda əməlindən peşmandır. Yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan icbari sığorta şirkəti tərəfindən ödəniləcəyinə görə o, həmin şəxsə vurulmuş maddi ziyanı ödəmək üçün heç bir tədbir görməmişdir. Sonda Şəxs əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxslə barışıq əldə etdiyini bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 26 may 2023-cü il tarixdə, saat 17:45 radələrində idarə etdiyi «VAZ-21053» markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ələt-Astara-İran sərhədi yolunun Biləsuvar rayonu ərazisindən keçən 114cu kilometrində hərəkətdə olarkən ondan öndə eyni istiqamətdə hərəkətdə olan sonradan adını bildiyi Şəxs idarə etdiyi «VAZ-21063» markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən sola doğru manevr etmiş və nəticədə onu avtomoblinin ön hissəsi ilə sonuncunun nəqliyyat vasitəsinin sol yan hissəsi toqquşmuşdur. Hadisə nəticəsində ona maddi ziyan dəymiş və sərnişin Ə.Ə.Abbasov alın nahiyəsinddən yüngül cızıqlar almışdır. Sonradan Şəxs əməlindən peşman olduğunu bildirərək, onunla barışsa da, maddi ziyanı ödəməmişdir. Belə ki, yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş maddi zərərin məbləği ilkin olaraq 2.200 manat məbləğində müəyyən edilsə də, icbari sığorta şirkətinin məsul şəxsləri inzibati xəta haqqında iş üzrə məhkəmə qərarı qüvvəyə mindikdən sonra ziyanın əvəzinin ödəniləcəyini vəd etdiklərinə görə o, maddi zərərin əvəzini Şəxs tələb etməmişdir. Sonda Zərərçəkmiş şəxs Şəxs bağışladığını və həmin şəxsə qarşı heç bir iddiasının və tələbinin olmadığını bildirdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətalar törətməsində təqsiri tam sübuta yetir və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə görə ümumi istifadədə olan nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin idarə edilməsi nəticəssində zərərçəkmiş şəxsin sağlamllğına yüngül bədən xəsarətinin yerinə yetirilməsi həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Beləliklə, inzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan «VAZ-21063» markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmiş və bu zaman yol-hərəkəti qaydalarını pozması nəticəsində digər avtomobilin sürücüsünə maddi ziyan vurmuşdur. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyinin prinsiplərini əsas tutaraq hesab edirəm ki, Şəxs hazırki halda yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxsə cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Şəxs barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-690/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-690/2023
16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver