Məhkəmə qərarları › İş №3(022)-692/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-692/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-692/2024 05.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X4, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X7 iştirakları ilə xx.xx.1989-cu ildə Fizuli rayonu Dövlətyarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Fizuli rayonu Dövlətyarlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Biləsuvar RPŞ-nın X6 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar rayonu Səmədabad kəndində yaşayan X11 02 iyul 2024-cü il tarixdə Biləsuvar RPŞ-nin Səmədabad PB-yə ərizə ilə müraciət edərək həmin tarixdə yaşadığı evin həyətində yeznəsi Şəxs onu döyərək xəsarət yetirdiyini bildirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində uşaqları ilə görüşmək üçün arvadı X2 rayonu Səmədabad kəndində yerləşən yaşadığı evə getmiş, həyətdə qaynatası Zərərçəkmiş şəxsla söhbət edərkən uşaqlarını və arvadını özü ilə aparmaq istəməsini dedikdə sonuncunun etiraz edərək icazə verməməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən yumruqla zərbə vurmaqla “sol çiyin qurşağı nahiyəsində sıyrıq”la nəticələnən sağlamlığına zərər vurmayan və Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində göstərilən nəticələrə səbəb olmayan xəsarət yetirmiş, həmin mübahisə vaxtı qaynanası Sveta İbadova onları ayırmaq istədikdə əli ilə onu itələyib yerə yıxmaqla “boyunun sağ yan səthində və sol qulaqönü nahiyədə kəsilmiş səthi yara” ilə nəticələnən sağlamlığına zərər vurmayan və Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində göstərilən nəticələrə səbəb olmayan xəsarətlər yetirmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, 2015-ci il tarixdə X5 ilə evlənmiş, həmin evlilikdən 4 övladı dünyaya gəlmişdir. Evliliklərinin ilkin vaxtlarında münasibətləri normal olsa da sonradan münasibətləri pisləşmişdir. Buna səbəb isə ailədaxili münaqişələr olmuşdur. Buna görə də arvadı Şəmsiyyə Nəbiyeva boşanma ilə bağlı Biləsuvar rayon məhkəməsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarıxadə Füzuli rayonunda taksi işləyən tanışı Alim adlı şəxsin idarə etdiyi avtomobillə Biləsuvar rayonu Səmədabad kəndində yaşayan qaynatası Zərərçəkmiş şəxs yaşadığı evə uşaqları ilə görüşmək üçün yola düşmüşdür. Evə çatdıqdan sonra həyət qapısına çatıb maşından düşəndə maşının səsinə qaynatası Zərərçəkmiş şəxs küçəyə çıxmışdır. Onunla söhbət edərək arvadı Şəmsiyyə və uşaqlarını özü ilə aparmaq istədiyini demiş, Xəlil isə buna etiraz edərək aparmasına icazə verməyəcəyini, lakin uşaqlarla görüşə biləcəyini bildirmiş və öz həyətinə keçmişdir. Bir neçə dəqiqədən sonra azyaşlı uşaqları evin həyət qapısına çıxmış və onlarla görüşmüşdür. Bundan sonra uşaqları ilə anasını çağırmasını istəmiş, uşaqlar Şəmsiyyəni çağırmış və həyət qapısında görüşmüşlər. Söhbət edərək uşaqlarını da götürüb evə getmələrini təklif etmiş, lakin Şəmsiyyə gəlmək istəmədiyini və DİN-in 102 xidmətinə zəng edəcəyini demişdir. Həmin vaxt qaynatası Zərərçəkmiş şəxs qapıya gələrək “qapımdan rədd ol get” deyə qışqırmağa başlamış, nəticədə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə 3 dəfə yumruqla zərbə vurmuşdur. Sveta İbadova onları ayırmaq istəyəndə sonuncunu əli ilə itələmiş və nəticədə yerə yıxılmışdır. Daha sonra oradan çıxaraq taksiyə minib oradan uzaqlaşmışdır. Həmin vaxt əlində bıçaq olmamış, Sveta İbadova və Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirməmişdir, həmin vaxt ümumiyyətlə əlində bıçaq olmamış, lakin Zərərçəkmiş şəxsla aralarında yaranmış mübahisə zamanı Sveta İbadova onları ayırmaq istəyəndə əli ilə itələyərək yerə yıxmış, bıçaq yaxud digər kəsici alətlə vuraraq xəsarət yetirməmişdir. Sveta yerə yıxılan zaman xəsarət almışdır. Zərərçəkmiş şəxsla aralarında yaranmış mübahisə zamanı sifət nahiyəsinə 3 dəfə yumruqla zərbə vuraraq xəsarət yetirmiş, lakin həmin vaxt əlində bıçaq yaxud digər kəsici-deşici alət olmamış, bıçaqla vuraraq xəsarət yetirməmişdir. Yumruqla vuran zaman zərbə nəticəsində dəmir qapıya dəyib xəsarət almışdır. Mübahisə 5-10 dəqiqə davam etmiş, mübahisə zamanı xəsarət almamışdır. Məhkəmə iclasında X11 bildirmişdir ki, barəsində şikayət etdiyi Füzuli rayonu Fin qəsəbəsində yaşayan X9 yeznəsidir. Sonuncu 2015-ci il tarixdə qızı Şəmsiyyə Nəbiyeva ilə evlənmiş, həmin evlilikdən 4 övladı dünyaya gəlmiş, əvvəllər münasibətləri normal olsa da sonradan münasibətləri pozulmuşdur və boşanma ilə bağlı qızı Şəmsiyyə Biləsuvar rayon məhkəməsinə müraciət etmiş, lakin Fuad Nəbizadə boşanmaq istəmədiyindən münaqişələr yaratmağa başlamışdır. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində yaşadığı Biləsuvar rayonu Səmədabad kəndində yerləşən fərdi yaşayış evində olarkən əri Zərərçəkmiş şəxs Şəxs yaşadıqları evin həyət qapısında gözlədiyini bildirmiş, münaqişə yaranmasın deyə həyətə düşmüşdür. Şəxslə söhbət edərkən “uşaqlarınla görüşmüsən, evinə get” deyə bildirdikdə Fuad ondan Şəmsiyyəni çağırmasını istəmişdir. Fuada “Şəmsiyyənin boşanma ilə bağlı məhkəməyə müraciət etdiyini, sözün varsa məhkəmədə deyərsən” deyə bildirmişdir. Fuad Şəmsiyyə ilə mübahisə etməyə başlamış, onu sakitləşdirmək istəyən zaman əli ilə onu itələmiş, zərbə nəticəsində yerə yıxılmışdır. Şəxs cibində gizlətdiyi bıçağı çıxararaq onun boğazının sağ nahiyəsinə vurmuş, daha sonra boğazının sol nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Əri səs-küyə həyətə düşmüş, Şəxs sakitləşdirmək istəyən zaman Şəxs Zərərçəkmiş şəxs yumruqla zərbə vurmuş və bıçaqla xəsarət yetirmişdir. Baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Şəxs daha sonra isə həyətdən çıxaraq birlikdə gəldiyi taksi sürücüsü ilə uzaqlaşmışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında izaha verərək bildirmişdir ki, barəsində şikayət etdiyi Füzuli rayonu Fin qəsəbəsində yaşayan yeznəsi X9 2015-ci il tarixdə qızı Şəmsiyyə Nəbiyeva ilə evlənmiş, həmin evlilikdən 4 övladı dünyaya gəlmişdir. Əvvəllər münasibətləri normal olsa da sonradan münasibətləri pozulmuş və boşanma ilə bağlı qızı Şəmsiyyə Biləsuvar rayon məhkəməsinə müraciət etmiş, lakin Fuad Nəbizadə boşanmaq istəmədiyindən münaqişələr yaratmağa başlamışdır. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində yaşadığı Biləsuvar rayonu Səmədabad kəndində yerləşən fərdi yaşayış evinin həyətində olan zaman küçədə qapısında avtomobil dayandığını görmüş, kim olduğunu öyrənmək üçün küçəyə çıxmışdır. Küçəyə çıxdıqdan sonra avtomobildə olan şəxsin yeznəsi X9 olmasını görmüş, həyətə girərək uşaqlarına atasının gəldiyini deyərək görüşmək istəyirlərsə görüşmələrini təklif etmiş və evə daxil olmuşdur. Şəxs uşaqları ilə görüşmüş, həmin vaxt arvadı X11 evin həyət qapısına tərəf getmişdir. Təxminən 5 dəqiqə sonra həyətdə səs-küy olduğunu eşitmiş və nə baş verdiyini öyrənmək üçün həyətə düşmüşdür. Həmin vaxt Şəxs onun baş nahiyəsinə zərbə vurmuş, daha sonra əlindəki bıçaqla sol çiyin nahiyəsinə iki dəfə zərbə vurmuş, başının arxa nahiyəsinə isə bir dəfə bıçaqla zərbə vurmuş, nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Daha sonra isə həyətdən çıxaraq onunla birlikdə gələn taksi sürücü ilə birlikdə evdən uzaqlaşmışdır. İş materiallarına əlavə edilmiş 02 iyul 2024-cü il tarixli 181 nömrəli Məhkəmə-Tibbi Ekspertiza və X8 publik hüquqi şəxsinin rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol çiyin qurşağı nahiyəsində sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarət bər küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsləri dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İşin hallarını, habelə törədilən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə nail olunmasına kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 05 avqust 2024-cü il tarixdən saat 19:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar