Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-694/2024 07.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakları ilə, 28 avqust 1969-cu il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində 07 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 17:45 radələrində Biləsuvar şəhəri, H.Aslanov küçəsi, ev 40 ünvanında Rəhimov X2 Şəfiqə Kamal qızını döyərək bədən xəsarəti yetirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X8 izahatında göstərdi ki, Biləsuvar Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən cinayət işinin başlanmasının hissəvi rədd edilməsi haqqında 31 iyul 2024-cü il tarixli qərar qəbul edilmiş və qərarın surəti Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından barəsində qeyd edilən maddənin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə rayon polis şöbəsinə göndərilmişdir. Belə ki, 07 avqust 2024-cü il tarixdə Biləsuvar rayonu, Həzi Aslanov küçəsində yerləşən evlərində Şəxs bacısı Zərərçəkmiş şəxs döyərək bədən xəsarəti yetirmişdir. Buna görə də qeyd olunan faktla əlaqədar vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur inzibati xətaya dair iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, Zərərçəkmiş şəxs vurmamışdır. Belə ki, Zərərçəkmiş şəxs onun bacısıdır, bir evdə yaşayırlar. 11 iyul 2024-cü il tarixdə bacısı ilə aralarında yaşanmış münaqişə nəticəsində Zərərçəkmiş şəxs itələmiş və sözlü şəkildə mübahisə etmişdir. O, bacısı ilə barışmaq istəsə də Zərərçəkmiş şəxs buna razı olmamışdır. Əməlindən peşmandır və barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. İnzibati xətaya dair iş üzrə Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun qardaşıdır, bir evdə yaşayır. Qardaşı mütəmadi spirtli içki qəbul edir pis vərdişləri vardır narkotik maddə qəbul edir. Hər dəfə sərxoş halda evdə münaqişə yaradır, onu və övladlarıı söyərək təhqir edir və döyür 11 iyul 2024-cü il tarixdə, saat 18 radələrində evdə qızı Şəbinə ilə olan zaman Təvəkgül sərxoş halda onu döyməyə başlamış. həmin vaxtı ev əşyalarını sındırmış, qızı Səbinə harayçılıq etmək istədikdə, Təvəkgül əl atıb saçından tutmuş, yumruqla ağız nahiyyəsindən vuraraq yerə yıxmış, təpiklə baş və kürək nahiyyələrindən vuraraq döyməyə başlamışdır Qızı onun əlindən çıxıb qaçarkən Təvəkgül həyətdə darvazanı bağlamış, təkrar saçından tutub yerə yıxmış, paltarını əynində cırmış, saçından tutub sürümüş eyni qaydada döyməyə başlamışdır. Qızı Səbinə əlindən çıxmış, küçəyə qaçmış küçədə bacısı qızı Ülkərlə rastlaşmış, onu bacısı evinə aparmışdır Övladları təcili yardıma və 102 xidmətinə məlumat vermiş, həkimlər gəlmiş və ona tibbi yardım etmişlər DİN- nin 102 xidmətinə məlumat verdikdən sonra bacısı qızları Asiya, Sənubər və Ülkər qızı Səbinəni evə gətirmişlər. Səsə evlərinə gələn qonşular onları ayırmışlar. Həmin şəxsi bağışlamaq fikri yoxdur. Məhkəmədən Şəxs barəsində qanun çərçivəsində ağır cəza təyin edilməsini xahiş edir. İnzibati iş üzrə şahid qismində X5 izahat verərək anası Şəfiqənin vermiş olduğu izahatı təsdiq etmiş və bildirmişdir ki, 11 iyul 2024-cü il tarixdə, saat 18:24 radəiərində xalası qızı Ülkər onun telefonuna zəng edərək Təvəkgül tərəfindən anasının və oacısı Səbinənin döyülməsin demişdir. İşdən çıxmış, ağlaya-ağlaya anası evinə gəlmiş və nəyətə daxil olarkən Səbinənin üz gözü qanın içində, eyni qaydada anasının vurulub yerə yıxıldığını görmüşdür. Dayısı Təvəkgülə acıqlanmış, polisə çikayət edəcəyini bildirdikdə Təvəkgül üzərinə hücum çəkmiş, saçını tutmuş, sillə və yumruqla onun başına və sifətinə vuraraq döymüşdür. Həyətlərində olan şəxslər onu Təvəkgülün əlindən almışlar. Təvəkgülün əlindən çıxıb küçəyə qaçmış, Təvəkgül ardınca küçəyə çıxmış, ardınca qaçaraq onu qovmuşdur. İnzibati iş üzrə şahid qismində X6 izahat verərək anası Şəfiqənin vermiş olduğu izahatı təsdiq etmiş və bildirmişdir ki, Şəxs onun dayısıdır, bir evdə yaşayırlar Dayısı mütəmadi spirtli içki qəbul edir, sərxoş halda evdə münaqişə yaradır, onu və anasını söyərək təhqir edir və döyür. 11 iyul 2024-cü il tarixdə, saat 18 radələrində evdə olmuş, dayısı sərxoş halda anasını döyməyə başlamış, həmin vaxtı ev əşyalarını sındırmış, anasına harayçılıq etmək istədikdə Təvəkgül saçından tutmuş, yumruqla ağız nahiyyəsindən vuraraq yerə yıxmış, təpiklə baş və kürək nahiyyələrindən vuraraq onu döymüşdür. Onun əlindən çıxıb qaçarkən Təvəkdül həyətdə darvazanı bağlamış, təkrar saçından tutub yerə yıxmış paltarını cırmış, saçından tutub sürümüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Biləsuvar Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən cinayət işinin başlanmasının hissəvi rədd edilməsi haqqında 31 iyul 2024-cü il tarixli qərar qəbul edilmiş və qərarın surəti Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından barəsində qeyd edilən maddənin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə rayon polis şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik Hüquqi şəxs tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş 12 iyul 2024-cü il tarixli 294 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş sağ kürək və kürəkaltı nahiyyədə sıyrıqlar müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 11 iyul 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. 31 iyul 2024-cü il tarixli qərardaddan görünür ki, Biləsuvar rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı Tural Həsənov tərəfindən Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından barəsində inzibati icraat açılmış və inzibati araşdırma aparılmışdır. 07 avqust 2024-cü il tarixli MN ******* nömrəli qərardada əsasən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. 07 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən 11 iyul 2024-cü il tarixdə saat təxminən 17:45 radələrində Biləsuvar şəhəri, H.Aslanov küçəsi, ev 40 ünvanında Rəhimov X2 Şəfiqə Kamal qızını döyərək bədən xəsarəti yetirdiyi üçün Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 06 avqust 2024-cü il tarixli AZA020106 nömrəli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 06 avqust 2024-cü il tarixdə saat 11.00-da inzibati qaydada tutulmuş, 07 avqust 2024-cü il tarixdə saat 11.00-da azad edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın; 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlini etiraf edərək peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, məhkəmə hesab edir ki, həmin şəxsə cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı, inzibati həbsin əvvəli 07 avqust 2024-cü il, saat 14:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbs etmənin əvvəli 07 avqust 2024-cü il saat 14.00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-694/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-694/2024
07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver