Məhkəmə qərarları › İş №3(022)-699/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-699/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-699/2024 26.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X7, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X11 iştirakı ilə xx.xx.1979-cu il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, il ərzində inzibati tənbehi olmayan, Biləsuvar şəhəri T.İsmayılov küçəsi, ev 31-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 232-1-ci maddəsi ilə Biləsuvar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Ağayev X10 şəhəri ərazisində yerləşən X14 məxsus balıqçılıq təsərrüfatında quraşdırılmış avadanlıqları qəsdən qıraraq 848 manat dəyərində maddi ziyan vurmuşdur. Bununla da Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, mərhum əmisi X3 Xalid Əliyevlə dostluq münasibətləri olmuşdur. Əmisi 2014 cü ildə vəfat etmişdir. Mərhum əmisinin Biləsuvar şəhəri PMK-19 adlanan ərazinin yaxınlığında 1.5 ha ölçüsündə balıq gölü təyinatlı torpaq sahəsi var idi. Həmin torpaq sahəsi 1998-ci ilin sentyabr ayında mərhum əmisi Şəmsi Ağayevə 10 illik müqavilə əsasında verilmişdir. Həmin müddət ərzində sözügedən ərazidən mərhum əmisi istifadə etmişdir. Həmin ərazidə balıq gölü və yardımçı tikili vardır. Mərhum əmisi həmin gölün ətrafına meyvə ağacları əkmişdir. 10 illik müqavilənin müddəti bitən zaman mərhum əmisinin səhhətində narahatçılıqlar yaranmışdır. Bu vəziyyətdən istifadə edən X21 şəhər bələdiyyəsi ilə 20 illik müqavilə bağlayaraq həmin ərazini icarəyə götürmüşdür. Əmisi oğlu Şəhriyar Ağayev 2016-cı ildə Xalid Əliyevə yaxınlaşaraq mərhum atasının istifadəsində olan göldən istifadə etmək istədiyini deyən zaman sonuncu Şəhriyara “mənim sənin mərhum atan Şəmsi Ağayevlə 2022-ci ilədək müqaviləm vardır, müqavilənin müddəti bitdikdən sonra göldən istifadə edərsən sözlərini” demişditr. Bu səbəbdən Şəhriyar 2022-ci ilədək Xalid Əliyevin dediyi müddəti gözləmişdir. 2023-cü ilin sentyabr ayında Şəhriyar həmin gölə getmişdir. Bu zaman orada balıq çıxarılması vaxtı olmuşdur. X20 gölü istifadə etmək üçün icarəyə verdiyi şəxslə söhbət etmişdir. Bu zaman Ramin adlı şəxsə mərhum əmisi ilə Xalid Əliyev arasında olan müqavilənin müddətinin bitməsini bildirmiş və həmin şəxsə gölə yenidən balıq doldurmamalarını bildirmişdir. Ramin adlı şəxs Şəhriyara bu barədə Xalid Əliyevə söhbət etməsini bildirmişdir. O və Şəhriyar qeyd edilən məsələ ilə bağlı dəfələrlə həmin balıq gölünə getmişlər. Bundan başqa məsələyə aydınlıq gətirmək üçün Xalid Əliyevlə söhbət etmək üçün əmisi oğlu Şəhriyar ilə birlikdə işlədiyi yerə getmiş və söhbət etmişlət.O, Xalid Əliyevə heç vaxt hədə-qorxu gəlməmiş, Xalid Əliyevdən mərhum əmisinin istifadəsində olmuş 1.5 ha ölçüdə balıq gölünü əmisinin ailə üzvlərinə qaytarmasını təklif etmişdir. 1.5 ha ölçüdə olan balıq gölü təyinatlı torpaq sahəsinin mərhum əmsi Şəmsi Ağayevə 10 illik icarəyə verilməsi ilə bağlı 1998-ci il tarixli müqavilə ailəsində vardır. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs X17 məhkəmə iclasında izahatında göstərmişdir ki, bələdiyyə tərəfindən onlara verilmiş 1,5 ha balıqçılıq gölündə balıqçılıq təsərrüfatı ilə məşğul olmaq üçün su matorları, suyun vurulması üçün borular, elektrik naqilləri, elektrik dirəkləri alınmış və həmin göldə quraşdırılmışdır. Şəxs, Ramin Ağayev və Şəhriyar Ağayev əvvəlcə onlara məxsus 1000 (bir min) manat dəyərində əmlakı məhv etmişlər. Bununla bağlı müraciət etdikdən sonra məhv edilmiş avadanlıqları yenidən alıb bərpa etmişlər. 14 aprel 2024-cü il tarixdə Şəxs, Ramin Ağayev və Şəhriyar Ağayev təkrar balıqçılıq təsərrüfatına gələrək orada yeni qurulmuş iki ədəd su matorunu, politelin boruları, elektrik naqillərini və elektrik dirəklərini kəsib yararsız hala salmaqla 2000 (iki min) manat maddi ziyan vurmuşlar. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərmişdir ki, 16 mart 2024-cü il tarixdə Xalidə məxsus balıqçılıq gölündə gölə su vurarkən İdrak və Şəhriyar adlı şəxslər həmin yerə gələrək, su borularını və elektrik nasoslarını kəsmiş və onun oradan çıxmasını tələb etmişlər.Ona bildirmişlər ki, kim ora gəlsə balta ilə vuracaqlar. Daha sonra o, 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş və rayon polis şöbəsinə gedərək izahat vermişdir. Məhkəmə iclasında şahid X4 ifadə verərək göstərmişdir ki, o, Biləsuvar şəhər sakini Xalid Əliyevin fermasında gözətçi işləyir. Təsərrüfatın ərazisində göl vardır, balıqçılıq fəaliyyəti ilə Xalid Əliyev və ya qardaşları orada məşğul olmuşlar. Balıqçılıq gölünə su doldurulması üçün nasoslar, borular quraşdırılmışdır, gölün işıqlandırılması üçün elektrik dirəkləri basdırılmışdır və naqillər çəkilmişdir. 14 aprel 2024-cü il tarixdə saat 19 radələrində həmin otlaq sahəsində mal-qara və qoyun otararkən üç nəfər şəxsin Xalid Əliyevə məxsus balıqçılıq gölündə boruları çıxardıb kanala atmalarını, naqilləri kəsmələrini görmüşdür. O, həmin şəxslərə yaxınlaşa bilməmiş, bir qədər kənardan dəqiqləşdirmişdir ki, həmin şəxslər X18, Şəxs və X8r. Həmin şəxslər su matorunu aşırıb sındırmış, su borularını çıxardıb yararsız hala salmışlar. O, bu barədə X13 məlumat vermişdir. X15 hadisə baş verdiyi yerə gəlmiş, lakin o həmin yerə getməmişdir. Baş vermiş mübahisəni o, görməmişdir. Amma orada olan avadanlıqların İdrak və Şəhriyar tərəfindən yararsız hala salınmasını özü şəxsən görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 2024cü ilin mart ayında X14 məxsus balıqçılıq gölündə Gəncalı ilə İdrakın mübahisə etdiklərini görmüşdür. Həmin vaxt İdrak və Şəhriyar Gəncalıdan balıqçılıq gölündən çıxıb getmələrini tələb etmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 232-1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan Biləsuvar RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X9 HK-1/515,522, 684 nömrəli yoxlama materialı üzrə «cinayət işi başlanılmasının rədd edilməsi haqqında» 31 iyul 2024-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığına görə Biləsuvar Rayon Polis Şöbəsinin icraatında olan materiallar üzrə cinayət işinin başlanması rədd olunmuş, X17 və X13 məxsus balıqçılıq təsərrüfatında quraşdırılmış avadanlıqları, yəni plastik su borularını və elektrik naqillərini qəsdən özgə əmlakını məhv edən Biləsuvar şəhər sakinləri Şəxs və X2 barəsində Azərbaycan Respublikasının İXM-in 232-1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin gürülməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surətinin Biləsuvar RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Ağayev X10 şəhəri ərazisində yerləşən X14 məxsus balıqçılıq təsərrüfatında quraşdırılmış avadanlıqları qəsdən qıraraq 848 manat dəyərində ziyan vurmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 05 iyun 2024-cü il tarixli 19/377 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında malların istifadə olması nəzərə a!ınmaqla 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti təxminən 848,00 manat müəyyən olunur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, Şəxs tərəfindən vurulmuş ziyan ümumilikdə 848 manat təşkil edir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdir. İşin hallarını və Şəxs təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 232-1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair“ 02 noyabr 2016-cı il tarixli qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Şəxs inzibati xəta nəticəsində vurulmuş 848 (səkkiz yüz qırx səkkiz) manat ziyanın bir misli, yəni 848 (səkkiz yüz qırx səkkiz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X26

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar