Məhkəmə qərarları › İş №3(022)-7/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-7/2024

08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-7/2024 08.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ünvanı Xaçmaz rayonu Üçgünqışlaq kəndi hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin malların bəyan olunduğu gündən 180 gün ərzində ixracatçıların müvəkkil banklarda olan hesablarına köçürülməmiş pul vəsaitlərinə dair tərtib edilmiş statistik cədvələ əsasən məlum olmuşdur ki, "xxxx" MMC tərəfindən qoşmada göstərilən bəyannamə üzrə ümumilikdə 606.35 (altı yüz altı ABŞ dolları 35 sent) ABŞ dolları məbləğində qalıq vəsait müvəkkil bankdakı hesabına köçürülməmişdir. Bununla əlaqədar xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin ünvanına qalıq vəsaitin köçürülməsinin təmin edilməsi, əks təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin və ya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 208-ci maddəsinin tələblərinə uyğun qanunamüvafiq tədbirlər görüləcəyinə dair bildiriş göndərilmiş, lakin vəsaitin köçürülməsinə dair indiyədək hüquqi şəxs tərəfindən heç bir məlumat verilməmişdir. Faktla bağlı Biləsuvar Gömrük İdarəsi Əməliyyat və təhgigat şöbəsində araşdırma aparılmışdır, fakt üzrə işin hallarının aydınlaşdırılması ilə əlaqədar Gömrük Xidmətinin Vahid X1 informasiya resursuna baxış keçirərək "BESTPROD” MMC- nin ünvanının “Xaçmaz rayonu, Üçqünqışlaq” olduğu müəyyən edilmişdir. Araşdırma ilə əlaqədar olaraq 1 ABŞ dollarının Azərbaycan manatına qarşı məzənnəsinin müəyyən olunması zərurəti yaranmışdır. Bu məqsədlə 3-33-/3-1- 001738/2023 saylı material üzrə ABŞ dollarının Azərbaycan manatına qarşı rəsmi məzənnəsi barədə məlumatı dəqiqləşdirmək Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid X1nə girilmişdir.Baxış zamanı Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış sisteminin“Əməkdaşlıq” bölməsinin “X3 məzənnəsi” alt bölməsindəki Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqpozmanın aşkar edildiyi tarixə yəni xx.xx.2023-cü il tarixinə xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələri bülletenində göstərilmiş 1 ABŞ dollarının Azərbaycan manatına qarşı rəsmi məzənnəsinin 1,70 manat olması müəyyən edilmişdir. 1 ABŞ dollarının Azərbaycan manatına qarşı məzənnəsinin 1,70 manat olmasını nəzərə alınsa, hüquqpozma predmeti olan 606.35 (altı yüz altı ABŞ dolları otuz beş sent) ABŞ dollarının 1030.80 (bir min otuz manat səksən qəpik) manat təşkil etdiyi müəyyən edilmişdir. Şəxs MMC tərəfindən **********0366 sorğu nömrəli bəyannamə üzrə də miqdarı 1030.80 (bir min otuz manat səksən qəpik) manat təşkil edən xarici valyuta vəsaitlərinin ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməmişdir. Şəxs MMC-nin hüquqi ünvanına xəbərnamə əsasında göndərilmiş xx.xx.2023-cü il tarixdə «İxrac olunmuş malların müqabilində vəsitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablaşma hesablara köçürülməməsi barədə» Bildirişin xx.xx.2023-cü il tarixdə əldə edildiyi qeyd edilsə də, MMC tərəfindən xarici valyuta vəsitlərinin müvəkkil bankda olan hesablara tam qadada köçürülməsi istiqamtində müvafiq tədbirlər görülməmişdir. Qeyd olunan faktla bağlı 11 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə 01200- 00390/23 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Protokol tərtib etmiş səlahiyyətli orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndələrini göndərməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsində təqisiri sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdir. İş materiallarında olan ümumilikdə hazırda qalıq borc 1030.80 (bir min otuz manat səksən qəpik) manat məbləğində təşkil edir. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs MMC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq hesab edirəm ki, «Bestprod” ” MMC-nin barəsində İXM-in 483cü maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs MMC-nin barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 606.35 (altı yüz altı ABŞ dolları otuz beş sent) ABŞ dollarının 1030.80 (bir min otuz manat səksən qəpik) manat dəyərinin otuz faizi məbləğdə inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar