Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-70/2024 12.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X6, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bunda sonra - İXM-in) 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və barəsində həmin maddə ilə cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair 3 X8 və Təbii Sərvətlər İdarəsinin 05 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının 3 X8 və Təbii Sərvətlər İdarəsinin 05 dekabr 2023-cü il tarixli MN ******* saylı qərarı ilə X3 İXM-in 272.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində 1000 (min) manat məbləğdə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X3 Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər İdarəsinin 05 dekabr 2023-cü il tarixli MN ******* nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yaşayır. Cəlilabad-Biləsuvar ekologiyanın qorunmasına yardım ictimai birliyinin əməkdaşıdır. Ovçular Cəmiyyətinin üzvüdür. Ov tüfəngi vardır.Ov mövsümü başlanmışdır. 11 noyabr 2023-cü il tarixdə saat 01 radələrində o, üzv olduğu cəmiyyətin əməkdaşı kimi gecə saatlarında cəmiyyətin digər üzvü Mehman Əzimovun çağrışı ilə onun yanına getmişdir. Mehman Əzimov ona bildirmişdir ki, bir nəfər ərazidə gəlib ov edir və ov qaydalarına əməl etmir.Belə ki, Mehman Əzimov hesab edirdi ki, həmin şəxs qanunsuz ov edir və o müəyyən edilmiş normadan artıq quş ovlayır.Neçə vaxtdır ki, onun bu hərəkətlərinin qarşısını ala bilmirlər. Ona məsləhət görmüşdür ki, o, ovçu qismindaə əraziyə gəlsin və orada müşahidə aparsın, həmin ovçunu gördükdə ona xəbər versin.Razılaşmaya əsasən o, ovçu kimi görünməli idi. Buna görə o, ov tüfəngini götrüb Mahmudçala adlanan ovçuluq təsərüfatının ərazisinə getmişdir.Orada o, su olan əraziyə daxil olmamış, quru ərazidə su hövzəsinə yaxın bir yerdə durmuşdur.Tüfəngi də çiynində asılmış vəziyyətə olmuşdur.Hətta üzərində və silahında patron belə olmamışdır. Həmin vaxt Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətiər Nazirliyi 3 X8 və Təbi Sərvətlər idarəsinin əməkdaşları əraziyə gəlmiş və ona yaxınlaşıb ondan ov etməsini soruşmuşlar. O, isə cavabında ov etmədiyini bildirmişdir. Onlar ondan ov üçün lisensiya və tüfəngin sənədlərini tələb etmiş, o da öz növbəsində tələb olunan sənədlərini təqdim etmişdir. Amma ov etmək məqsədi ilə gəlmədiyini və ov tüfəngi ilə gəlməyinin səbəbini həmin şəxslərə izah etmişdir.Onlar onun sənədlərinin şəkillərini telefonları vasitəsi ilə çəkmişlər və ona demişlər ki, “sənlik bir iş yoxdur çıx get, biz özümüz bu məsələni həll edəcəyik”. O, daha sonra evə qayıtmışdır.Bu haqda Mehman Əzimova məlumat vermişdir. Daha sonra ona məlum olmuşdur ki, barəsində protokol tərtib etmişlər. Həmin protokolun tarixini 14 noyabr 2023-cü il kimi göstərlər. Halbuki, həmin tarixdə o, ov yerində olmamışdır. 14 noyabr 2023-cü il tarixli protokola əsasən inzibati xəta törədilməsində onu təqsirli bilərək İXM-in 272.3-cü maddəsinə əsasən barəsində inzibati tənbeh tətib edilərək 1000 (bir min) manat məbləğində cərimə edilməsi haqda 05 dekabr 2023-cü il tarixli MN1440985 nömrəli Qərar qəbul edilmişdir.Həmin qərarla razılaşmır və onu qanunsuz hesab edir.Belə ki, qeyd etdiyi kimi o, üzv olduğu cəmiyyətin digər üzvünün çağrışı əsasında həmin əraziyə daxil olmuş, həmin vaxt ov etməmişdir. Bundan başqa inzibati orqan barəsində olan inzibati xəta ilə bağlı işə baxarkən ona heç bir məlumat verməmiş, onun iştirakı təmin olmamış və onun bu qərardan xəbəri olmamışdır. Qərar ona xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə rəsmi olaraq təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X3 şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər İdarəsinin 05 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 3 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 izahat verərək X1 şikayətinin təmin edilməməsini xahiş etdi. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxs X1 və Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 3 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 izahatlarını dinləyib, inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, şikayət təmin edilməli, 3 X8 və Təbii Sərvətlər İdarəsinin 05 dekabr 2023-cü il tarixli MN ******* saylı qərarı ləğv edilməli və X1 barəsində İXM-in 272.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından olan 3 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 14 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən X3 “Mahmudçala” ovçuluq təsərrüfatının ərazisində qanunsuz ov etdiyinə görə saxlanılmış və onun barəsində İXM-in 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş İctimai Təhlükəsizlik idarəsi tərəfindən X2 verilmiş 1/03 saylı Şəhadətnamənin surətindən görünür ki, 12 kalibrli “MR 155” markalı ********** nömrəli qoşalülə ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün 28 oktyabr 2016-cı il tarixdən icazə verilmişdir. İş materiallarında olan 2351 saylı Ovçuluq biletindən görünür ki, X3 xx.xx.2016-cı il tarixli 2351 qeydiyyat nömrə ilə qeydiyyata alınmışdır. İXM-nin 272.3-cü maddəsinin dispozisiyasına görə ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati hüquq normasının obyektiv cəhəti ov qaydalarının kobud şəkildə pozulmasında ifadə olunur ki, ov qaydalarının kobud şəkildə pozulmasını qanunverici aşağıdakı hərəkətlərin edilməsində ehtiva edir: lazımi icazə olmadan ov edilməsi, qadağan edilmiş yerlərdə ov edilməsi, qadağan olunmuş müddətlərdə ov edilməsi və qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsi. Qadağan edilmiş ərazidə ov edilməsinə görə təqsirin müəyyən edilməsi zamanı əvvəlcə şəxsin həqiqətən də ov edib-etməməsi, daha sonra isə həmin ovun qadağan edilmiş ərazidə olması müəyyənləşdirilməlidir. Buna görə də, adıçəkilən hüquq normalarını hazırkı işin faktiki hallarına tətbiq edərkən məhkəmə müəyyən edir ki, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən X1 əməlində İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın mövcud olmasını təsdiq edən kifayət qədər sübutlar toplanmamış, əksinə toplanmış sübutlar sonuncunun əməlində İXM-nin 272.3-cü maddəsinin tərkibinin mövcudluğu qənaətinə gəlinməsi üçün yetərli deyildir. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan X1 12 kalibrli “MR 155” markalı ********** nömrəli qoşalülə ov silahı aşkar edildiyi qeyd etsə də, sonuncunun üzərində ov edilməsi üçün əlavə ləvazimatlar, həmçinin patron və ya ovlanmış hər hansı ov obyekti aşkar edilməmişdir. Halbuki, İXM-in 272.3-cü maddəsinin tərkibinin yaranması üçün şəxsin “ov etməsi” halının sübuta yetirilməsi zəruridir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan hüquq normasının məzmunundan görünür ki, şəxsin əməlində inzibati xətanın mövcudluğu sübuta yetirilməli, şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. İnzibati xəta törədilməsində təqsirin sübuta yetirilməsi vəzifəsi şəxsin özünün deyil, inzibati orqanın üzərinə düşür. Hazırkı işin materiallarından da göründüyü kimi, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan – 3 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən X1 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən onun əməlində İXM-in 272.3-cü maddəsinin tərkibinin mövcud olmasını təsdiq edən sübutların onun təqsirinin sübuta yetirilməsinə kifayət edib-etməməsinə diqqət yetirməmiş, X1 14 noyabr 2023-cü il tarixdə Biləsuvar rayonu “Mahmudçala” ovçuluq təsərrüfatının ərazisində həqiqətən də ov edib-etməməsi aydınlaşdırılmamışdır. Halbuki, İXM-in 84.1-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 53.0 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 135.1.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. İXM-in 105-105.1-ci maddələrinin tələbinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcüd olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları nəzərə alaraq və qüvvədə olan qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, X1 şikayəti təmin edilməli, Azərbaycan Respublikasının 3 X8 və Təbii Sərvətlər İdarəsinin 05 dekabr 2023-cü il tarixli MN ******* saylı qərarı ləğv edilməli, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X1 əməlində İXM-in 272.3-cü maddəsinin tərkibi sübuta yetirilmədiyi üçün onun barəsində İXM-in 272.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda götərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının 3 X8 və Təbii Sərvətlər İdarəsinin 05 dekabr 2023-cü il tarixli MN ******* saylı qərarı ləğv edilsin. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(022)-70/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-70/2024
12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver