Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-705/2024 09.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, məhkəmə iclas katibi Abullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin İTB-nin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, bir il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, Biləsuvar rayonu Yuxarı Cürəli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Biləsuvar RPŞ-nın X4 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar rayonu Təzəkənd kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidməti zəng mərkəzinə və Biləsuvar RPŞ-nə müraciət edərək Biləsuvar rayonu ərazisində Paşayev Anar adlı şəxsin onun üstünə avtomaşın sürdüyünü bildirmişdir. Biləsuvar rayonu Təzəkənd kəndində yaşayan Şəxs 06.07 2024-cü il tarixdə DİNnin 102 xidməti zəng mərkəzinə və Biləsuvar RPŞ-nə müraciət edərək dayısı Zərərçəkmiş şəxs özünü onun avtomaşınının qarşısına ataraq qəza şəraiti yaratdığını, daşla avtomaşınını vuraraq əzdiyini və ağacla qıçından vuraraq onu döyərək xəsarət yetirdiyini bildirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin İTB-nin sahə rəisi X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, Biləsuvar rayonu Təzəkənd kəndində yaşayan Zərərçəkmiş şəxs və Biləsuvar rayonu Aşağı Cürəli kəndində yaşayan Şəxs qarşılıqlı müraciətlərində göstərdikləri xüsusatlar, yəni xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Biləsuvar rayonu Təzəkənd kəndi ərazisində, yolda və əvvəlcədən aralarında olan mübahisə səbəbindən Zərərçəkmiş şəxs əlində olan ağacla Şəxs vuraraq döyməsi, çay daşı ilə Şəxs idarə etdiyi Mercedes Benz 190 markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurması və Şəxs əlləri ilə xx.xx.2024-cü il tarixdə vuraraq X1 döyməsi, araşdırma zamanı öz təstiqini tapsa da, Şəxs tərəfindən avtomobil və bıçaqla Zərərçəkmiş şəxs vuraraq öldürmək istəməsi araşdırma zamanı öz təsdiqini tapmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Şəxs idarə etdiyi “Meıcedes” markalı, 99-RA-19 nömrəli avtomobil ilə Təzəkənd kəndində yaşayan xalası evinə gedərkən, yolda dayısı Zərərçəkmiş şəxs ilə rastlaşmış, onunla aralarında mübahisə baş vermiş, Zərərçəkmiş şəxs əlində olan ağacla Şəxs vuraraq “boynun sol yarısının ön səthində sıyrıq və sol baldırın ön səthində qançır” ilə nəticələnən, lakin sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısıdır, lakin onunla münasibəti yoxdur.Aralarında əvvəllər dava-dalaş olmuş və qarşılıqlı olaraq polis şöbəsinə müraciət etmişlər. Onlar ailəvi Bakı şəhərində yaşayır və Yuxar Cürəli kəndində evləri vardır, arasıra evlərinə gəlirlər. xx.xx.2024-cü il tarixdə Bakı şəhərindən evinə gəlmiş, ondan sonra valideyinləri də kəndə gəlmişlər. 06.07 2024-cü il tarixdə saat 19 radələrində idarə etdiyi Mercedes markalı, **-RA-*** nömrəli avtomaşınla Təzəkənd kəndində yaşayan xalası evinə gedərkən, yolda dayısı Murtuz ilə rastlaşmış, onun yanından keçərkən əvvəlcə ədəbsiz işarə göstərmiş və daha sonra özünü maşının qarşısına vermək istəmişdir. O yavaş sürətlə hərəkət etdiyi üçün maşını saxlamış, əli ilə ona işarə etmiş, niyə belə edirsən demiş və bundan sonra sürüb getmişdir. Siqareti olmadığı üçün geri dükana qayıtmış, yenə dayısı evinin yanından keçməli omuşdur. O, qayıdanda Murtuzu yenə yolda görmüşdür. Lakin ona əhəmiyyət verməmiş, sürüb yanından keçərkən Murtuz əlində olan daşı avtomaşına çırpmışdır. Onun daşı avtomaşının qabaq alın şüşəsinə dəymiş və şüşəni sındırmışdır. O, irəlidə maşını saxlamış, avtomaşına baxarkən Murtuz oğlanları ilə üzərinə hücum çəkmiş, Murtuz şeytanka ağacını qıraraq üstünə gəlmiş, çatan kimi sol diz nahiyyəsinin aşağı hissəsindən vuraraq xəsarət yetirmişdir. Onu özündən kənarlaşdırmaq üçün geri itələmiş və avtomaşına oturmuş, Murtuz əlində olan daşla vuraraq qapını əzmiş və ünvanına təhqiramiz söyüşlər söymüşdür. Oradan bir başa evə gəlmiş və DİN-nin 102 xidmətinə məlumat vermişdir. Mübahisə və dava-dalaş ani baş vermiş, 1-2 dəqiqəyə yaxın davam etmiş, kənd sakinləri görməmişdir. Murtuzun üzərinə avtomaşını sürməmiş və qeyrilərini vurmamış və ya bıçaqla hədələməmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs onun bacısı oğludur. Normal həyat yaşamadıqları üçün kənddən çıxmışlar və iki gün olar ki, kəndə gəlmişlər. Anarın küçədə avtomobili yüksək sürətlə idarə etmiş və evinə çatanda sürəti daha da artırmışdır. xx.xx.2024-cü il tarixdə axşam üstü Anar onu görmüş və avtomobili üzərinə sürmüş, özünü kənara atmış və avtomobil ona dəyməmişdir. Evə gəlmiş, lakin polisə müracıət etməmişdir. Bundan sonra oğlu ilə küçəyə çıxmış, Anar təkrar evlərinin yanında avtomobili saxlamış, avtomobildən ağac götürüb onu söyərək üzərinə gəlmişdir. O, sonuncunu uzaqlaşdırmağa çalışmış, lakin Anar avtomaşının oturacağı altından bıçaq çıxartmış, onu vuracağını demiş, lakin ona yaxınlaşmamışdır. Anar onu söyərək təhqir etmiş, bundan sonra DİN-nin 102 xidmətinə məlumat vermişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri müəyyən olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Şəxs onun doğma bacısı oğlu olduğunu, Şəxs hadisədən sonra onunla barışıq əldə etdiyini, Şəxs bağışladığını, ondan heç bir şikayət və tələbinin olmadığını, ona görə də Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs onun doğma dayısı olduğunu, hadisədən sonra Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyini, ondan heç bir şikayət və tələbinin olmadığını, ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri sübuta yetir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışması, habelə Zərərçəkmiş şəxs da Şəxs ilə barışmaqla ondan heç bir şikayət və tələbinin olmaması nəzərə alınmaqla Şəxs barəsində olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 39-cu maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda, habelə həmin Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxslə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barışdıqda xitam verilir. İXM-in 105.1-ci maddəsinin tələbinə görə bu Məcəlllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39, 105, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(022)-705/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-705/2024
09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver