Məhkəmə qərarları › İş №3(022)-710/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-710/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-710/2024 13.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxxx 2004-cü il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar şəhəri, 28 May küçəsində yerləşən 16 nömrəli evdə qeydiyyatda olan, Biləsuvar şəhəri, S.Rufullayev küçəsi, 16 saylı evdə yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xətalar haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim olunmuş 29 iyul 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 iyul 2024-cü il tarixdə, saat 10:28-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi «Mitsubishi Aırtirek minik» markalı, **- EV-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsi qaydalarını pozmaqla, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində Zərərçəkmiş şəxs idarə etdiyi «VAZ 2107» markalı, **-FM- *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, hadisə nəticəsində “VAZ 2107” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər vurmuşdur Buna görə də Biləsuvar rayon polis şöbəsinin Dövlət yol polis bölməsinin yol patrul xidməti baş inspektoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsə və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətaları törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, o, 2023-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə getmiş və o, 2023-cü ilin sentyabr ayında Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilmiş anti-terror əməliyyatlarında xüsusi təyinatlı hərbi hissənin hərbi qulluqçusu kimi iştirak edərək, Xankəndi şəhərinin erməni silhalı birləşmələrindən təmizlənməsində iştirak etmişdir. Onun nəqliyyat vasitəsini idarə etməyə səlahiyyət verən heç bir sənədi yoxdur. 2024-cü ilin iyul ayında o, həqiqi hərbi xidmətini başa vurub yaşadığı rayona qayıtdıqdan bir neçə gün sonra, 12 iyul 2024-cü il tarixdə, axşamüstü saatlarında, şəxsi işləri ilə əlaqədar atasına məxsus «Mitsubishi Aırtirek minik» markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobili götürərək, idarə etmişdir. O, həmin avtomaşınla Biləsuvar şəhəri, M.İbrahimov küçəsində hərəkətdə olduğu vaxt onun qarşısında hərəkət edən “VAZ 2107” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürcüsü, adını sonradan bildiyi Zərərçəkmiş şəxs qəflətən əyləcdən istifadə edərək dayandığına görə o, idarəetməni itirərək, həmin nəqliyyat avsitəsini arxa hissədən vurmuşdur. O, hadisə baş verdiyi zaman spirtli içki qəbul etməmiş və sərxoş vəziyyətdə olmamışdır. Hadisə nəticəsində digər nəqliyyat vasitəsinə təxminən 200 manat məbləğində maddi ziyan dəysə də, həmin qəza nəticəsində sonuncu avtomobildə olan sürücü və sərnişin xəsarət almamışlar. O, hal-hazırda əməlindən peşmandır. O, zərərçəkmiş şəxslə barışığa cəhd etmiş və sonuncuya zərərin əvəzi qismində 200 manat verməyi təklif etsə də, Zərərçəkmiş şəxs onun təklifi ilə razılaşmamış, zərərin məbləğini 660 manat həddində tələb etmişdır. Sonda, Şəxs əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbehtətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 12 iyul 2024-cü il tarixdə, saat 10:28-də idarə etdiyi “VAZ 2107” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Biləsuvar şəhəri, M.İbrahimov küçəsində hərəkətdə olduğu zaman onun qarşısında olan nəqliyyat vasitəsi anidən tormoz vermiş və o, buna görə də dərhal avtomobili saxlamışdır. Lakin onun arxasında hərəkətdə olan və adını sonradan öyrəndiyi Şəxs idarə etdiyi avtomobillə onun avtomaşının vurmuşdur. Avtoqəza digər sürücü Şəxs təqsiri üzündən baş vermiş və onun avtomaşınının arxa tərəfi bütöv əzilmişdir. Bundan başqa, hadisə nəticəsində ona maddi ziyan dəymişdir və həmin ziyan ona ödənilməmişdir. Belə ki, onun idarə etdiyi avtomobilə təxminən 660 manat miqdarında maddi ziyan dəymişdir. Şəxs onunla barışıq əldə etmək üçün ona maddi ziyanın əvəzi qismində cəmi 200 manat miqdarında pul vəsaiti verməyi təklif etsə də, o, sonuncunun təklifini qəbul etməmişdir. Çünki, sığorta şirkəti ona maddi ziyanın əvəzi qismində 500 manat pul vəsaiti ödəməyi təklif etmişdir və məhkəmə qərarını təqdim etdikdən sonra o, həmin vəsaiti sığorta şirkətindən alacaqdır. Sonda, Zərərçəkmiş şəxs Şəxs etdiyi əməlinə görə bağışladığını bildirdiv və həmin şəxsə inzibati həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilnməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri müəyyən edilsə də, həmin şəxsə istinad edilən və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanın baxılması Biləsuvar rayon Məhkəməsinə aid olmadığına görə, həmin hissədə inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Biləsuvar rayon polis şöbəsinin Dövlət yol polis bölməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə görə ümumi istifadədə olan nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin idarə edilməsi nəticəssində zərərçəkmiş şəxsin sağlamllğına yüngül bədən xəsarətinin yerinə yetirilməsi həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Beləliklə, işdə olan 29 iyul 2024-cü il tarixli, İXP İXP ******* saylı inzibati xəta haqqında protokoldan inzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs «Mitsubishi Aırtirek minik» markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan həmin avtomaşını idarə etmiş və bu zaman yol-hərəkəti qaydalarını pozması nəticəsində digər avtomobilin sürücüsü Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını, cavanlığını və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatlarında iştirak etməsini onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə görə həmin Məcəllənin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara rayon (şəhər) məhkəmələri baxırlar. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, inzibati tənbehin məqsədinə nail olmaq üçün Şəxs inzibati cərimə növündə inzibati tənbeh kifayət etmir,onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-ci il tarixli Fərmanının 5.1-ci maddəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 – 327.7-ci maddələri nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Beləliklə, işdə olan sübutlarla müəyyən edilir ki, 29 iyul 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda Şəxs istinad edilən Azərbaycan Respublikası İXMnin 327.1 və 332.4-cü maddələri ilə inzibati xətalardan birinin (İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın) baxılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, digərinin baxılması isə (İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş) rayon (şəhər) məhkəmələrinə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarında şəxsin eyni vaxtda törətdiyi (bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edərək, belə bir hüquqi mövqe müəyyən etmişdir ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarının 1-ci bəndinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə hakim baxa bilər. Buna görə də məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında, Şəxs qeydə alındığı yer üzrə məhkəmədə mülki iddia qaldırmaq hüququ zərərçəkmiş şəxslərə izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Biləsuvar rayon polis şöbəsinin Dövlət yol polis bölməsinin yol patrul xidməti baş inspektoru X1 tərəfindən tərtib edilmiş 29 iyul 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxılması üçün Biləsuvar rayon polis şöbəsinin Dövlət yol polisi bölməsinə göndərilsin. İş üzrə Zərərçəkmiş şəxs vurulmuş maddi və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında Şəxs qeydiyyatda olduğun yerin məhkəməsində iddia qaldırmaq hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar