Məhkəmə qərarları › İş №3(022)-714/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-714/2023

05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-714/2023 05.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X3 katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Cəlilabad rayonu Üçtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Üçtəpə kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs 04 iyul 2023-cü il tarixdə saat 21:40 radələrində Biləsuvar şəhəri H.Əliyev küçəsində ictimai qaydanı kobud şəkildə pozmuş və ictimai asayışın bərpası zamanı polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi X4 göstərmişdir ki, Şəxs 04 iyul 2023-cü il tarixdə saat 21:40 radələrində PPXB-nin inspektoru polis kiçik serjantı Azər Xanəhmədli ilə birlikdə xidmətdə olan zaman Biləsuvar şəhəri, H.Əliyev küçəsində bir nəfər şəxsin yolun hərəkət hissəsinə çıxaraq avtomaşınların hərəkətinə maneəçilik törətdiyi üçün həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra həmin şəxsə yolun hərəkət hissəsinə çıxmamasını bildirdikdə həmin şəxs heç bir səbəb olmadan onların ünvanına nəlayiq küçə söyüşləri işlətmişdir. Polis əməkdaşları onu dəfələrlə nizam intizama dəvət etsələr də həmin şəxs öz əməllərini davam edərək insanların üstunə gedərək maşınlara təpik, yumruq ataraq insanları ətrafına toplamışdr. O, zaman həmin şəxs polis əməkdaşlarına tabeçilik göstərməyərək mübahisə etməyə başlamışdır. Bu zaman onu nizam-intizama dəvət etsələr də o, eyni hərəkətləri davam etdirmiş və ucadan polisin ünvanına nalayiq söyüşlər söyməyə başlamışlar. Bundan sonra onlar İTB-nin polis nəfəri Əli Hüseynzadə və PPXBnin xidmətdə olan naryadını kömək üçün çağırmışlar. Bundan sonra həmin şəxsi məcburi şəkildə RPŞ-nə gətirib NH-nə təhvil vermişlər. RPŞ-nə gətiriləndən sonra o, yenə həmin hərəkətlərini davam etdirərək polisin ünvanın nəlayiq ifadələr işlətmişdir. RPŞ-nın NH-də məlum olmuşdur ki, həmin şəxs Cəlilabad rayon Üçtəpə kəndində yaşayan Şəxsdur. Beləliklə, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, onun Cəlilabad rayonuna gedən zaman halı pisləşib maşını saxlatdırıb düşərək hava alamq istəmiş, lakin halı pisləşmiş halı pis olduğu üçün əsəbləşmiş və nəlayiq ifadələr işlətdiyinə görə polis işçiləri ona yaxınlaşmışdır. Həmin hərəkətlərindən çəkinməsini təklif etmişlər o, bərk əsəbi və içkili olduğu üçün polis işçilərinə nalayiq ifadələr işlətmiş, buna səbəb əsəbi olması olmuşdur. Hazırda əməlindən peşman olduğunu, barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İşdə olan 04 iyul 2023-cü il tarixli AZA N 007578 saylı inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 04 iyul 2023-cü il tarixdə saat 21:20-da inzibati qaydada tutulmuş və 05 iyul 2023-cü il tarixdə saat 15:00-da azad edilmişdir. İşdə olan 04 iyul 2023-cü il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi N 712 saylı Aktına əsasən Şəxs orta sərxoşluq dərəcəsi müəyyən olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətaların törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxs İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 05 iyul 2023-cü il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar